Məhkəmə qərarları › İş №2(044)-699/2020

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-699/2020

15.10.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-699/2020 15.10.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Orucov Maarif Arif oğlunun katibliyi, İddiaçıların nümayəndəsi, vəkil X1, Cavabdeh2 iştirakı ilə, İddiaçılar (Tarverdiyeva (Əliyeva) Yetər Namiq qızının, Kərimova (Əliyeva) Gülnarə Namiq qızının, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «payın müəyyən edilməsi və payın ayrılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar (Tarverdiyeva (Əliyeva) Yetər Namiq qızı, Kərimova (Əliyeva) Gülnarə Namiq qızı, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «payın müəyyən edilməsi və payın ayrılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 saylı ünvanda yerləşən qeyri-yaşayış sahəsindən onların payının müəyyən edilməsi və cavabdehlərdən həmin payın ayrılaraq onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehlər onların valideynləridir. 1990-cı illərdə Daşkəsən rayonu Qaraqovlar kəndində onların ailə təsərrüfütları olmuş, həmin təsərrüfatda onlar 800 baş qoyun, 150 baş iribuynuzlu mal-qara saxlamışlar və həmin heyvanların yay aylarında yem tədarükünün toplanmasında, otarılmasında, altının təmizlənməsində və sağılmasında iştirak etmişlər. Onun atası onların hər birinin payını verməsinə söz vermiş və bu barədə aralarında akt bağlamışlar. Onun atası 2001-ci ildə şəkər xəstəliyinə tutulmuş, ağrıdığı üçün heyvanların yanına gedə bilməmiş, təxminən 2008-ci il tarixdə qərara gəlmişlər ki, heyvanları satsınlar və həmin pula Gəncə şəhəri, D.Qorqud küçəsi, 38 ünvanda yerləşən qeyri-yaşayış obyekti alsınlar, bunun üçün onlar bütün heyvanları sataraq, əldə edilmiş pula həmin obyekti almışlar. Sənədləşmə işlərinin asan olması üçün həmin obyekti atasının adına rəsmişləşdirmişlər. Obyekt alınandan sonra icarəyə verilmiş və ilk illərdə atası həmişə onların paylarını vermişdir. Lakin son vaxtlar yəni valideynləri ayrıldıqdan sonra onlara heç nə verməmişlər. Onlar paylarını tələb edəndə isə onlar hər dəfə bir bəhanə gətirmişlər. İddiaçıların nümayəndəsi, vəkil X2 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında bildirdi ki, o, iddia tələbi ilə razıdır. İddiaçılar onun övladlarıdır. Odur ki, iddianın həlli məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçıların nümayəndəsinin və Cavabdeh2 izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki,xx.xx.2008-ci il tarixdə Cavabdeh2, Cavabdeh1, X5, X4, İddiaçı3, İddiaçı4, X6 və X3 tərəfindən tərtib olunmuş AKT-dan görünür ki, Daşkəsən rayonu Qaraqollar kəndində yaşayan ataları Cavabdeh2 və onun övladları X5, X4, İddiaçı3 Lamiq qızı və İddiaçı4 1990-cı ildən Qaraqollar kəndində iləsi ilə birlikdə 800 baş qoyun-quzu, 150 baş iribuynuzlu mal-qara saxlamışlar. Həmin heyvanlara yay aylarında yem tədarükünün toplanmasında, otarılmasında, altının təmizlənməsində və sağılmasında həmişə kömək etmişlər valideynlərinə. Atası onlara söz vermişdir ki, heyvanlardan hər birinin payını verəcəkdir. 2001-ci ildən atası şəkər xəstəliyinə tutulmuş, xəstələndiyi üçün heyvanların yanına gedib-gələ bilməmişdir. 2008-ci ildə ailə üzvlərinin hər birinin razılığı əsasında heyvanları satası olmuşlar və qərara gəlmişlər ki, həmin pula Gəncə şəhərində obyekt alsınlar, həmin vaxt Gəncə şəhərində, D.Qorqud küçəsində 38 ünvanda yerləşən mebel mağazasını almışlar. Atası aldıqları obyekdən onların hər birinə pay verəcəyinə söz vermişdir. xx.xx.2020-ci il tarixli 26 saylı arayışdan görünür ki, Cavabdeh2 həqiqətən 1990-cı ildən 2008ci ilə kimi Daşkəsən rayon Qaraqollar kəndində ailəsi ilə birlikdə (yəni övlarları X5, X4, İddiaçı3, İddiaçı4) təsərrüfatlarında olan 800 baş xirda və 150 maş iri buynuzlu mal-qara saxlamışlar. Həmin heyvanların saxlanmasında və yem tədarük olunmasında ailəsi və övladları ilə birgə çalışmışlar. xx.xx.1987-ci il tarixdə Kirovabad şəhər Gəncə rayon VVAQ şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 ilə Cavabdeh1 birgə nikahlarından xx xxxxx 1987-ci il tarixdə X5 anadan olmuşdur. xx.xx.1990-cı il tarixdə Gəncə şəhəri Gəncə rayon VVAQ şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 ilə Cavabdeh1 birgə nikahlarından xx xxxx 1990-cı il tarixdə X4 anadan olmuşdur. xx.xx.1991-ci il tarixdə Gəncə şəhəri Gəncə rayon VVAQ şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 ilə Cavabdeh1 birgə nikahlarından xx xxx 1991-ci il tarixdə İddiaçı3 anadan olmuşdur. xx.xx.1993-cü il tarixdə Gəncə şəhəri Nizami rayon VVAQ şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 ilə Cavabdeh1 birgə nikahlarından18 iyul1993-cü il tarixdə İddiaçı4 anadan olmuşdur. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Ona görə də, məhkəmə hesab edir ki, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhz iddiaçı iddia ərizəsində göstərilmiş halların mövcud olmasını sübut etməlidirlər. İddiaçılar tərəfindən isə iddia tələbini təsdiq edən kifayət qədər mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Hazırkı mübahisənin həlli ilə əlaqədar olaraq qanunvericilik müddəalarını rəhbər tutmaqla məhkəmə ilk növbədə iddiaçının öz tələbini əsaslandıran bütün faktları və onları dəstəkləyən sübutlarını məhkəməyə bildirməsini yoxlamışdır. Bu mənada, məhkəmə hesab edir ki, iddiaçının mübahisənin faktiki halları ilə bağlı bildirdiklərinə, onun təsdiqinə dair təqdim etdiyi sübutlara əsasən iddia tələbi təmin edilə bilməz Məhkəmə hesab edir ki, iddiaçılar (Tarverdiyeva (Əliyeva) Yetər Namiq qızının, Kərimova (Əliyeva) Gülnarə Namiq qızının, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «payın müəyyən edilməsi və payın ayrılması» tələbinə dair iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddiaçı (Tarverdiyeva (Əliyeva) Yetər Namiq qızının, Kərimova (Əliyeva) Gülnarə Namiq qızının, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «payın müəyyən edilməsi və payın ayrılması» tələbinə dair iddia tələbi təmin edilməsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar