Məhkəmə qərarları › İş №2(044)-717/2020

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-717/2020

15.09.2020 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-717/2020 15.09.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Orucov Maarif Arif oğlunun katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2, X2 və iddiaçıların vəkili X1, Cavabdeh və onun nümayəndəsi X8 və vəkili X5 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, X2 Cavabdeh qarşı «giriş-çıxış qapısının açılmasına dair cavabdehin etdiyi qanunsuz hərəkətlərinə son qoyulması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, X4 Cavabdeh qarşı «giriş-çıxış qapısının açılmasına dair cavabdehin etdiyi qanunsuz hərəkətlərinə son qoyulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh qonşu Cavabdeh onlara məxsus Bağmanlar küçəsi 171A ünvanında yerləşən fərdi yaşayış evinə dalandan giriş-çıxış qapısının açılmasına dair cavabdehin etdiyi qanunsuz hərəkətlərə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçı1 məhkəmə iclasında bildirdi ki, Gəncə şəhəri, Nizami rayonu, Bağmanlar küçəsində yerləşən 171A saylı fərdi yaşayış evi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin X14 tərəfindən verilmiş dövlət reyestrinə əsasən iddiçıların mülkiyyətlərindədir və həmin ünvana dalandan giriş-çıxış qapısı açılması üçün Gəncə şəhər İcra Hakimiyyətinə müraciət etmişlər və xx.xx.2019-cu il tarixdən etibarən Gəncə şəhəri baş memar vəzifəsini icra edən Elxan Məmmədovun imzası ilə həmin ünvana dalandan giriş-çıxış qapısı açılmasına icazə verilmişdir. Cavabdeh həmin qapının açılmasına kobud surətdə mane olur, eyni zamanda o, və onun atasız böyümüş övladlarını söyüşlərlə təhqir edir, hətta onları qan tökməklə hədələyirlər. Bu barədə sahə rəisinə dəfələrlə müraciət etsələr də sahə rəisi orada iştirak etmiş, ancaq heç bir nəticə verməmişdir. Məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçılar İddiaçı2 və X4 məhkəmə iclasında İddiaçı1 ilə eyni məzmunlu izahat verdilər və məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdilər. İddiaçıların vəkili X3 məhkəmə iclasında, məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında bildirdi ki, o, iddia tələbi ilə razı deyildir və iddia tələbi tam əsassızdır. Bölgü müqaviləsi əsasında iddiaçıların tələb etdiyi hissə ona məxsusdur və iddiaçıların başqa yerdən çıxışları vardır. Məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X11 məhkəmə iclasında cavabdehin izahatına uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin vəkili X9 məhkəmə iclasında, məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçıların, cavabdehin və onun nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Bağmanlar küçəsi, 171A saylı fərdi yaşayış evi hər birinə 1/3 hissə payı olmaqla İddiaçı1, İddiaçı2 və İddiaçı3 adlarına qeyd edilmişdir. Azərbaycan Respublikası Gəncə şəhər İcra Hakimiyyəti Memarlıq və tikinti şöbəsinin xx.xx.2019-cu il tarixli 26 saylı məktubundan görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Bağmanlar küçəsi, 171A saylı ünvanda yerləşən mülkdən dalana qapı açılmasına icazə verilməsi barədə Gəncə şəhər İcra Hakimiyyəti başçısı Aparatına daxil olmuş müraciət ilə bağlı, mülkdən dalana giriş-çıxış qapısının açılmasının məqsədə uyğun olması bildirilmişdir. xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Bağmanlar küçəsi, 167 saylı saylı fərdi yaşayış evi hər birinə 1/3 hissə ilə Cavabdeh, X10 və X8 adlarına qeyd edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestri xidmətinin 3 saylı X14 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Bağmanlar küçəsi, 171A saylı ünvanda yerləşən fərdi yaşayış evi xx.xx.2019-cu il tarixli **********09-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən İddiaçı1 Ələsdər qızı-1/3 hissə ilə, İddiaçı2 1/3 hissə ilə və İddiaçı3 1/3 hissə payları göstərilməklə adlarınadır. Gəncə şəhəri, Nizami rayonu, Bağmanlar küçəsi, 167 saylı ünvanda yerləşən fərdi yaşayış evi xx.xx.2019-cu il tarixli **********09-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh 1/3 hissə, X10 1/3 hissə və X8 1/3 hissə ilə payları göstərilməklə adlarınadır. xx.xx.2015-ci il tarixli0588918 saylı çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Bağmanlar küçəsi, 167 saylı fərdi yaşayış evi Cavabdeh, X10 və X8 ümumi birgə mülkiyyətlərindədir. Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti başçısının xx.xx.2019-cu il tarixli M-64- 159 saylı məktubun surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Bağmanlar küçəsi, 171A saylı ünvana baxış keçirilmiş, mülkdən dalana giriş-çıxış qapısının açılmasının mümkün olduğu bildirilmiş, lakin qapının açılması ilə bağlı qonşular narazı qaldığından məhkəməyə müraciət edilməsi tövsiyyə olunması bildirilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı özünün irəli sürdüyü tələbinin qanuni əsasını göstərə bilməmiş, tələbini yalnız onunla əsaslandırmışdır ki, ona məxsus Gəncə şəhəri, Nizami rayonu, Bağmanlar küçəsi, 171A saylı ünvanda yerləşən fərdi yaşayış evinə dalandan giriş-çıxış qapısının açılmasına cavabdehin etdiyi qanunsuz hərəkətlərinə son qoyulmasını xahiş etmişdir. Əgər qanunda iddiaçının ərizəsində qoyduğu iddia tələbinin qanuni əsası yoxdursa, iddia tələbi iddiaçının öz bildirdiklərinə əsasən əsassız kimi qəbul edilməlidir. Hazırkı mübahisənin həlli ilə əlaqədar olaraq məhkəmə ilk növbədə iddiaçıların öz tələbini əsaslandıran bütün faktları və onları dəstəkləyən sübutlarını məhkəməyə bildirməsini yoxlamışdır. Bu mənada, məhkəmə hesab edir ki, iddiaçıların mübahisənin faktiki halları ilə bağlı bildirdiklərinə, onun təsdiqinə dair təqdim etdiyi sübutlara əsasən iddia tələbi təmin edilə bilməz. Məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, X2 Cavabdeh qarşı «giriş-çıxış qapısının açılmasına dair cavabdehin etdiyi qanunsuz hərəkətlərinə son qoyulmasına» dair iddia tələbi təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, X2 Cavabdeh qarşı «giriş-çıxış qapısının açılmasına dair cavabdehin etdiyi qanunsuz hərəkətlərinə son qoyulmasına» dair iddia tələbi təmin edilməsin. Qətnamədən bir ay müddətinə Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar