Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-820/2021 22.02.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Orucov Maarif Arif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsinə qarşı «hüquq əhəmiyyəti olan faktın müəyyən edilməsinə» dair ərizəsi üzrə mülki işə Gəncə şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsinə qarşı «hüquq əhəmiyyəti olan faktın müəyyən edilməsinə» dair ərizə ilə məhkəməyə müraciət edərək, onun oğlu X2 xx.xx.2007-ci il tarixdə vəfat etməsi (ölməsi) faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi onunla əsaslandırılmışdır ki, o, X4 ilə 1995-ci ildə ailə qurmuş, nikahlarını xx.xx.2005-ci il tarixdə rəsmiləşdirmişlər, onlar uzun müddət müalicə olunduqdan sonra onların xx.xx.2006-cı il tarixdə əkiz Yusif və Səbuhi adlı iki uşaqları anadan olmuş və onlar xx.xx.2007-ci il tarixdə uşaqlara Gəncə şəhəri Nizami rayon VVADQ şöbəsi tərəfindən doğum haqqında şəhadətnamə almışlar. Uşaqlar xəstə doğulduqları üçün onlar doğum şöbəsindən çıxadıqdan sonra xx.xx.2007-ci il tarixdən Gəncə şəhəri 2 saylı uşaq xəstəxanasına yerləşdirilmişlər, uşaqların səhhəti bir az düzəldiyi üçün xx xxxxxx 2007-ci il tarixdə xəstəxanadan çıxaraq evə qayıtmışlar və onlar evə qayıtdıqdan sonra, əkizlərdən biri Səbuhi keçirtmiş olduğu xəstəlikdən vəfat etmiş, Səbuhinin vəfatından sonra, həyat yoldaşı X4 bir neçə qonşu ilə uşağı aparıb dəfn etmişlər. Uşaq 1 ay 6 günlük olduğundan, digər uşaq və o, xəstə olduqlarından onlar ölən uşağa ölüm haqqında şəhadətnamə almamışlar. Uşaq körpə olduğu üçün ölüm haqqında şəhadətnamə alınmalı olmasını fikirləşməmişlər, hazırkı günə kimi də Səbuhinin ölüm haqqında şəhadətnaməsi onlara lazım olmamışdır. Əkizlərdən sağ qalan Yusifin 18 yaşı tamam olanda hərbi xidmətə getməsi məqsədi ilə orta məktəbdən Səfərbərlik və hərbi xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri üzrə Nizami Rayon şöbəsində qeydiyyata alınması üçün şöbədən oğlu Yusiflə müəyyən sənədlərin yığılmasına dair siyahı verilmiş, həmin siyahıda olan yaşayış yerindən arayışı Yusif üçün Gəncə “ASAN xidmət” mərkəzindən alan zaman xx.xx.2007-ci il tarixdə vəfat etmiş Səbuhinin də adı qeyd edilmiş, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri üzrə Nizami rayon şöbəsindən onlara Səbuhi adlı uşağının da gələcəkdə hərbi xidmətə getməsi üçün şöbədə qeydiyyata durması üçün gəlməsini bildirmişlər, onlar həmin uşağın xx xxxxxx 2007-ci il tarixdə vəfat etməsini bildirmiş, onlardan uşağın ölümü haqqında şəhadətnamə tələb edilmiş, onlar uşağın ölümü haqqında şəhadətnamənin olmadığını bildirdikdə, onlara irad tutulmuş ki, guya onlar uşağı gizlətmişlər. Onlar məcbur olub, Səbuhi adlı uşağın ölməsi barədə şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmişlər, lakin onlara Səbuhi adlı uşağın ölməsinə dair hər hansı həkim arayışı olmadığı üçün Qeydiyyat şöbəsindən onlara ölüm haqqında şəhadətnamənin verilməsinin mümkün olmaması bildirilmiş və bu barədə məhkəməyə müraciət olunması tövsiyyə edilmişdir. Odur ki, hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Ərizəçi məhkəmə iclasına ərizəyə uyğun izahat verərək, məhkəmədən ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirdi ki, o, Ərizəçi ilə yaxın qonşudur. Onlar uşaqlıqdan bir böyümüşlər. O, ərizəçinin hamiləliyi dövrünü görmüşdür. Ərizəçinin Yusif və Səbuhi adlı ekiz uşaqları olmuşdur lakin ekiz uşaqlardan Səbuhi adlı uşağı xx.xx.2007-ci il tarixdə vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində bildirdi ki, o, Ərizəçi ilə qonşudur. Ərizəçi Mahruq X1 ilə birgə yaşadıqları müddətdə 2006-cı ilin dekabr ayında Yusif və Səbuhi adlı ekiz uşaqları olmuşdur. Həmin ekiz uşaqlardan Səbuhi xəstə olduğundan xx.xx.2007-ci il tarixdə vəfat etmişdir. O, Ərizəçi yoldaşı İsrəfil ilə Topalhasanlı kəndinin yaxınlığında olan “Lüləli” qəbirstanlığında Səbuhi adlı uşağı dəfn etməyə getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində bildirdi ki, o, Ərizəçi ilə qonşudur. Ərizəçi 2006-cı ilin dekabr ayında Yusif və Səbuhi adlı ekiz uşaqları olmuşdur. Uşaqlar doğulandan xəstə olduğundan, sonradan ekiz uşaqlardan biri Səbuhi xx.xx.2007-ci il tarixdə vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirdi ki, o, Ərizəçi ilə yaxın qonşudur. Ərizəçi 2006-cı ilin dekabr ayında Yusif və Səbuhi adlı ekiz uşaqları olmuşdur. Ekiz uşaqlardan Səbuhi adlı uşağı bir aydan çox yaşamışdır. Ərizəçi ekiz uşaqlarından Səbuhi adlı uşağı 2007-ci ilin yanvar ayında vəfat etmiş və digəri Yusif isə sağdır. xx.xx.2005-ci il tarixdə Gəncə şəhəri Nikah Evi tərəfindən verilmiş nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X4 ilə Səfərova (Əliyeva) Mahruq Cəmil qızının nikahları xx xxxxxxxx 2005-ci il tarixdə 341 saylı akt qeydi ilə bağlanmışdır. xx.xx.2007-ci il tarixdə Gəncə şəhəri Nizami rayon VVADQ şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 ilə Ərizəçi birgə nikahlarından xx xxxxxx 2006-cı il tarixdə X5 anadan olmuşdur. xx.xx.2007-ci il tarixdə Gəncə şəhəri Nizami rayon VVADQ şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 ilə Ərizəçi birgə nikahlarından xx xxxxxx 2006-cı il tarixdə X6 anadan olmuşdur. İş materiallarında olan xx.xx.2021-ci il tarixdə X11, X12, X3, X9 və X8 tərəfindən tərtib olunmuş AKT-dan görünür ki, X4 ilə Ərizəçi birgə nikahlarından xx xxxxxx 2006-cı il tarixdə anadan olmuş X5 adlı uşaqları xx.xx.2007-ci il tarixdə keçirtdiyi xəstəlikdən vəfat etmişdir. İş materiallarında olan Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2021ci il tarixdə verilmiş 05/Q-27 saylı məktubdan görünür ki, Ərizəçi qanunvericiliyə əsasən X2 ölüm faktının müəyyən edilməsi məqsədi ilə məhkəmə orqanlarına müraciət etməsi bildirilmişdir. Azərbaycan Respublikası MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı, şahid ifadələri ilə təsdiq olundu ki, ərizəçinin oğlu xx xxxxxx 2006-cı il tarixdə anadan olmuş X5 xx.xx.2007-ci il tarixdə vəfat etmişdir. Məhkəmə hesab edir ki, xx xxxxxx 2006-cı il tarixdə Gəncə şəhərində anadan olmuş X2 xx.xx.2007-ci il tarixdə Gəncə şəhərində vəfat etməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307,.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx xxxxxx 2006-cı il tarixdə Gəncə şəhərində anadan olmuş X2 xx.xx.2007-ci il tarixdə Gəncə şəhərində vəfat etməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən 1 (bir) ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(044)-820/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-820/2021
22.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver