Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(044)-875/2022 03.03.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi ilə, İddiaçılar X1 və İddiaçı2 Cavabdeh qarşı «ev əşyaları» tələbinə dair iddia ərizəsinə və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən kecirib, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçılar X2 və İddiaçı2 Cavabdeh qarşı «ev əşyaları» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi nəzərdən keçirilərkən müəyyən edildi ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-150-ci maddələrinin tələblərinə riayət edilmədən verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, iddia ərizəsi imzalanmadığına görə iddia ərizəsinin icraata qəbul edilərək baxılması mümkün deyildir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263- 264, 266-269, 395-396-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : İddiaçılar X1 və İddiaçı2 Cavabdeh qarşı «ev əşyaları» tələbinə dair iddia ərizəsi geri qaytarılsın. Qərarqaddan 10 gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(044)-875/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(044)-875/2022
03.03.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver