Məhkəmə qərarları › İş №2(044)-901/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(044)-901/2021

29.01.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(044)-901/2021 29.01.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hünmətov Zaur Adil oğlu, Ərizəçi Qədir qızının maraqlı şəxs Gəncə şəhər Nizami Rayon Qeydiyyat Şöbəsinə qarşı “X2 Türkiyə Respublikasında ölməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: Ərizəçi Qədir qızı xx xxxx 1968-ci ildə Gəncə şəhərindıə anadan olmuş X2 Türkiyə Respublikasında ölməsi faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. O, ərizəsini onunla əsaslandırmışdır ki, ailə başçısını itirməyə görə uşağına pensiya almaq istəyir. X1 ölüm şəhadətnaməsi olmaması səbəbindən o bunu edə bilmir. O, bununla bağlı müxtəlif orqanlara, o cümlədən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə müraciət etmiş və və müraciətinə cavab olaraq bildirmişlər ki, Vüqar Abbasov xx xxxx 2019-cu ildə Türkiyə Respublikasında vəfat etmiş, bu barədə “Əhalinin Dövlət Reyestri”informasiya sisteminə daxil olmuşdur.Lakin, cavabdeh orqan Vüqar Abbasovun ölüm haqqında akt qeydinin aşkar edilmədiyini bildirərək, ona ölüm haqqında şəhadətnamə və ya arayış verməkdən imtina etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbulunundan imtina olunmalıdır. Belə ki, ərizənin məzmunundan və ərizəyə əlavə edilmiş sənədlərdən göründüyü kimi ərizəçi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə müraciət etmiş və müraciətinə cavab olaraq ona izah edilmişdir ki, o tələbində inzibati orqandan Vüqar Abbasovun ölümünə dair arayış deyil, onun vəfat etməsi barədə məlumatın həqiqiliyinə dair informasiya əldə etmək istəmişdir ki, bu barədə ərizəçiyə informasiya da verilmişdir. Məhkəmə ərizəçiyə onu izah edir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə ( mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı Qərarında məhkəmələrə izah edilmişdir ki, lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. Nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə ( mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Ərizəyə əlavə edilmiş sənədlərdən görünür ki, Vüqar Abbasovun ölümü barədə məlumatlar “Əhalinin Dövlət Reyestri” informasoiya sisteminə daxil edildiyindən və bu fakt artıq öz-özülüyündə meüəyyən olduğundan onun ölməsi faktının yenidən müəyyən edilməsi məhkəmə baxışının predmeti ola bilməz.Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”na əsasən qanunvericilikdə bu faktın qeydiyyatı qaydası müəyyən edilmişdir.Xarici ölkələrdə müvəqqəti və ya daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşları vəfat etdikdə onların ölümünün qeydə alınması (yəni ölüm faktının Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatının akt qeyd kitabına qeyd edilməsi və ölmüş şəxsin adına ölüm haqqında şəhadətnamənin verilməsi) Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqları tərəfindən aparılır. (https://ankara.mfa.gov.az/az/content/86/diger-konsulluq-xidmetleri). Beləliklə qərardadın təsviri-əsaslandırıcı hissəsində göstərilənlərə əsasən belə qərara gəlirəm ki, ərizəyə məhkəmə qaydasında baxılmalı olmadığından iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilməli, iddiaçıya vətəndaşlıq vəziyyətinin qeydiyyatını aparan orqanlara müraciət etmək hüquqlarının olması izah edilməlidir. Azərbaycan Respublikasının 153-cü maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2 və 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. QƏRARA A L D İ M: Ərizəçi Qədir qızının maraqlı şəxs Gəncə şəhər Nizami Rayon Qeydiyyat Şöbəsinə qarşı “X2 Türkiyə Respublikasında ölməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizənin icraat qəbul olunmasından imtina edilsin, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər ərizəçiyə qaytarılsın. Ona hazırki tələblə bağlı Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinə və ya Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı diplomatik nümayəndəlik və konsulluqlarına müraciət etmək hüququnun olması izah edilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar