Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-920/2021 03.03.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, X14 oğlunun katibliyi, ərizəçinin nümayəndəsi X13 iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək nənəsi, X4 1948-ci il tarixdə vəfat etməsi (ölməsi) faktın müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçinin nümayəndəsi məhkəmə iclasında ərizəni müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, ərizəçi onun atasıdır. Atası Ağa X4 nəticəsidir. X7 təxminən 1948-ci ildə ölmüşdür. X4 əri, uşaqları və nəvələri də rəhmətə gediblər. Lakin bu günədək X4 ölümü barədə hər hansı sənəd alınmamışdır. Atası bu barədə Milli Arxiv İdarəsinə, Maraqlı şəxsnə müraciət etsə də, X4 ölümü barədə hər hansı sənəd, akt qeydi aşkar edilməmişdir. Maraqlı şəxsndən isə ərizəçiyə bildirmişlər ki, şəxsin ölməsi faktının müəyyən edilməsi məqsədi ilə məhkəməyə müraciət etməlidir. Həmin sənəd onlara ona görə lazımdır ki, halhazırda yaşadıqları Gəncə şəhəri, Nizami rayonu, Ozan küçəsi, ev 127-də yerləşən mülk X4 adına qalmışdır. Ərizəçi müvafiq orqanlara müraciət edərək, mülki öz adına rəsmiləşdirmək istəsə də, X4 ölüm haqqında şəhadətnaməsi olmadığı üçün bu mümkün olmamış, həmin mülkü ərizəçi adına rəsmləşdirə bilməmişdir. Buna görə də ölüm faktının müəyyən olunması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Nizami rayon qeydiyyat orqanı tərəfindən verilmiş arayışla 1954-cü ildə X4 öldüyü qeyd edilsə də, orada ünvan olaraq başqa ünvan göstərilmiş və onun ulu nənəsi Zəhra təxminən 1947- 1948-ci illərdə vəfat etmişdir. Sonda ərizəçinin nümayəndəsi ərizənin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs məktubla məhkəməyə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Mülki iş materiallarında olan: - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* № li arayışdan görünür ki, ünvan 1 ünvanında Seyidov Arif Ağa oğlu, Ərizəçi, X9, X5, X10, X6, X15 qeydiyyatdadırlar. - Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli № 05/Q-1712 saylı cavab məktubundan görünür ki, Vətəndaş vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində və şöbənin arxivində 1945-1970-ci illər üzrə yoxlama aparılmış , lakin vətəndaş X4 ölümü haqqında akt qeydi aşkar edilməmişdir. Ölüm bərpa Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il tarixli 1 mart tarixli 52 saylı qərar ilə təstiq edilmiş “Vətandaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydaları” ilə müəyyən edilir. Belə ki, həmin qərara əsasən ölüm bərpa həqiqətən bu cür qeydlərin olduğunu təstiq edən sənədlər əsasında aparılır. Odur ki, qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəməyə müraciət edilməlidir. - Azərbaycan Respublikası Dövlət Arxivinin Gəncə filialının xx xxxxxx 2020-ci il tarixli vətəndaş X1 cavab məktubundan görünür ki, Dövlət X12 mühafizə oluna Gəncə şəhər Nikah evi arxiv fondunun 1929-1931-ci illər üzrə ölüm qeydlərinin aktları yoxlanılmış, X4 ölüm qeydi aşkar olunmamışdır. - Kirovabad şəhər İcrakomunun Kommunal Təsərrüfat İdarəsinin Texniki inventarlaşdırma bürosunun arayışından görünür ki, Ozan küçəsi, ev № 127 kvartal 46d sahə 26-da yerləşən mülk vətəndaş X4 adına tikinti 1893-cü ildə tikilmiş və 1938-ci ildə isə qeydə alınmışdır. - xx.xx.1975-ci il tarixli arayışdan görünür ki, 1910-cu il təvəllüdlü X2 1941-ci il tarixdə Soved ordusu tərəfindən hərbi çağırışa çağırılıb, 1043-cü il tarixdə itkin düşmüşdür. - Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx xxxxx 1995-ci ilı tarixdə vəfat etmişdir. Ölüm səbəbi kəskin mikro infarkt. - Kirovabad şəhər qeydiyyat idarəsinin arayışından görünür ki, X4 1940-cı ildən 1960-cı ilədək ölməsinə dair məlumat aşkar edilməmişdir. - Gəncə şəhər Nizami rayon qeydiyyat şöbəsinin xx xxxxxx 2020-ci il tarixli məktubundan görünür ki, X4 ölüm haqqında məlumatın müəyyən edilməsi məqsədilə Vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2020-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm akt qeydi aşkar olunmamışdır. - Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X16 ilə X8 arasında x xxxxxx 1960-cı il tarixdə Kirovabad şəhərində qeydə alınmışdır. - Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X20 xx xxxxxx 1992-ci il tarixdə doğulmuşdur. Məhkəmənin sorğusuna cavab olaraq Maraqlı şəxs tərəfindən verilmiş xx xxxx 2021-ci il tarixli arayışdan görünür ki, X7 xx.xx.1954-cü il tarixdə ölmüş, bu barədə xx.xx.1954-cü ildə 5 saylı aktla qeydiyyat aparılmışdır. Ölümün səbəbi ürək xəstəliyi olmuşdur. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib mülki iş materiallarını tədqiq edərək hesab edir ki, ərizəçinin xahişi rədd olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. - 307.2 və 307.2.8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, məhkəmə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. - 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maraqlı şəxs xx.xx.2021-ci il tarixli arayışı ilə təsdiq olunur ki, ərizəçinin nənəsi X7 xx.xx.1954-cü il tarixdə vəfat etmişdir. Lakin məhkəmədə ərizəçinin nümayəndəsi bununla razılaşmayaraq ulu nənəsi Zəhra Seyidovanın 1947-48–ci illərdə vəfat etdiyini, həmçinin arayışdakı şəxsin qeydiyyat orqanında qeyd edilmiş ünvanının onların ünvanına uyğun olmadığını bildirmişdir. Göründüyü kimi ərizəçi və onun nümayəndəsi nənələri X4 dəqiq olaraq hansı tarixdə vəfat etməsini bilmirlər və sonuncunun 1948-ci ildə vəfat etməsinə dair məhkəməyə hər hansı sübut təqdim edə bilməmişlər. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. - 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutmaqla, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək, ərizəni əsassız sayır və onun rədd edilməsi qənaətinə gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizəsi təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №2(044)-920/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-920/2021
03.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver