Məhkəmə qərarları › İş №2(044)-93/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-93/2021

25.10.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-93/2021 25.10.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh8, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı özbaşına tikililərin sökülməsi, torpaq sahəsindən çıxarma və torpaq sahəsinin boşaldılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş MA seriyalı, ******* nömrəli çıxarışa əsasən Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivi, “Əriklik bağı” ərazisində yerləşən və xüsusi mülkiyyət hüququ üzrə ona məxsus olan 1,0 ha torpaq sahəsində cavabdehlər tərəfindən inşa edilmiş özbaşına tikintilərin onların hesabına sökülməsi, cavabdehlərin və onun mülkiyyət hüququnun reallaşmasına maneə törədən digər şəxslərin torpaq sahəsindən çıxarılması və torpaq sahəsinin boşaldılaraq ona təhvil verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsində göstərilən xüsusatları təsdiq edib bildirdi ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin MA seriyalı, ******* nömrəli çıxarışına əsasən Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivi, Əriklik bağı ərazisində yerləşən 1,0 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə ona məxsusdur. Həmin torpaq sahəsi onun mülkiyyətinə keçən zaman Göygöl rayonu Quşqara kənd inzibati ərazi dairəsinin tərkibində yerləşdiyindən Çıxarışda torpağın ünvanı ünvan 1l edilmiş “Gəncə şəhərinin və Daşkəsən, Goranboy, Göygöl Samux rayonlarının sərhədlərində qismən dəyişikliklər edilməsi haqqında” 21 dekabr 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 3.5-ci bəndinə əsasən Gəncə şəhər Nizami rayonunun inzibati ərazisinə verilmişdir. Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti Başçısının qanunsuz sərəncamları ilə ona məxsus torpaq sahəsində ayrı-ayrı vətəndaşların adına fərdi yaşayış evlərinin yerləşdərilməsinə (layihələndirilməsinə) icazə verilmiş və həmin ərazidə müxtəlif şəxslər tərəfindən qanunsuz tikinti işləri aparılmışdır. Ona məxsus torpaq sahəsində cavabdehlər tərəfindən fərdi yaşayış evinin yerləşdərilməsinə (layihələndirilməsinə) icazə verən Gəncə şəhər Nizami rayon İcra Hakimiyyətinin 435 nömrəli 16 avqust 2012-ci il tarixli, 135 saylı 10 may 2012-ci il tarixli, 151 saylı 10 may 2012-ci il tarixli, 160 saylı 10 may 2021-ci il tarixli, 341 saylı 27 iyun 2012-ci il tarixli, 333 saylı 27 iyun 2012-i il tarixli və 340 saylı 27 iyun 2012-ci il tarixli qanunsuz sərəncamları Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2-1(83)-03/2017 saylı 11 yanvar 2017-ci il tarixli qərarı ilə ləğv edilmişdir. Gəncə şəhər Nizami rayon İcra Hakimiyyətinin apellyasiya şikayəti əsasında işə baxmış Gəncə Apellyasiya Məhkəməsinin 2-1(104)-12/2018 saylı 07 may 2018-ci il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilməklə göstərilən sərəncamların ləğvi hissəsində Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2-1(83)-03/2017 saylı 11 yanvar 2017-ci il tarixli qərarı qüvvədə saxlanmışdır. Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti tərəfindən Gəncə Apellyasiya Məhkəməsinin 2- 1(104)-12/2018 saylı 07 may 2018-ci il tarixli qərarından kassasiya şikayəti verilmiş, lakin sonradan şikayətçi öz kassasiya şikayətindən imtina etdiyindən Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1753/2018 saylı 07 noyabr 2018-ci il tarixli qərardadı ilə kassasiya icraatına xitam verilmiş və bununla da Gəncə Apellyasiya Məhkəməsinin 2- 1(104)-12/2018 saylı 07 may 2018-ci il tarixli qərarı qanuni qüvvəyə minmişdir. Göstərilən qanunsuz sərəncamlar əsasında cavabdehlər tərəfindən ona məxsus torpaq sahəsində özbaşına tikinti sayılan fərdi yaşayış evləri inşa edilməkə onun mülkiyyət hüququ ciddi surətdə pozulmuşdur. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət edərək iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər heç bir üzürlü səbəb göstərmədən gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehlərin və üçüncü şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İştirak etdikləri məhkəmə iclasında cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh6 iddianı qəbul etməyərək iddianın rədd edilməsini xahiş etmişlər. İş materiallarında olan: - MA seriyalı, ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Göygöl rayonu Quşqara kəndində yerləşən 1.0 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 22 nömrəli reyestr kitabının 68 nömrəli vərəqində 02.05.2012-ci il tarixdə qeydiyyata alınmışdır. - Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti başçısının 435 saylı, 16 avqust 2012ci il tarixli sərəncamının surətindən görünür ki, Gəncə şəhəri 3-cü mikr. bina 8, mənzil 8-də yaşayan Cavabdeh8 müraciətini və Gəncə şəhər İcra Hakimiyyəti başçısı aparatının Memarlıq və tikinti bölməsinin rəyini nəzərə alaraq, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 57-ci maddəsinin 4-cü bəndini və Azərbaycan Respublikası Prezidentinin 16 iyun 1999-cu il tarixli, 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli İcra Hakimiyyətləri haqqında” Əsasnamənin 13-cü maddəsinin 1-ci bəndini əsas tutaraq Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivi, “Əriklik bağı” ərazisinin 400,0 kvm olan 59 nömrəli sahəsində Cavabdeh8 tərəfindən inşa ediləcək fərdi yaşayış evinin yerləşdirilməsinə (layihələndirilməsinə) icazə verilməsi, torpaq sahəsinin yerində ölçülüb vətəndaşa təhvil verilməsinin Memarlıq və tikinti bölməsindən xahiş edilməsi, vətəndaşa inşa ediləcək fərdi yaşayış evinin eskiz layihəsinin Memarlıq və tikinti bölməsi ilə razılaşdırması, sərəncamın icrasına nəzarət Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti başçısının müavini A.Vəliyevə həvalə edilməsi qərara alınmışdır. - Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti başçısının 135 saylı 10 may 2012-ci il tarixli sərəncamının surətindən görünür ki, Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivi bina 30, mənzil 48-də yaşayan Cavabdeh1 müraciətini və Gəncə şəhər İcra Hakimiyyəti başçısı aparatının Memarlıq və tikinti bölməsinin rəyini nəzərə alaraq, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 57-ci maddəsinin 4-cü bəndini və Azərbaycan Respublikası Prezidentinin 16 iyun 1999-cu il tarixli, 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli İcra Hakimiyyətləri haqqında” Əsasnamənin 13-cü maddəsinin 1-ci bəndini əsas tutaraq Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivi, “Əriklik bağı” ərazisinin 500,0 kvm olan 59 nömrəli sahəsində Cavabdeh1 tərəfindən inşa ediləcək fərdi yaşayış evinin yerləşdirilməsinə (layihələndirilməsinə) icazə verilməsi, torpaq sahəsinin yerində ölçülüb vətəndaşa təhvil verilməsinin Memarlıq və tikinti bölməsindən xahiş edilməsi, vətəndaşa inşa ediləcək fərdi yaşayış evinin eskiz layihəsinin Memarlıq və tikinti bölməsi ilə razılaşdırması, sərəncamın icrasına nəzarət Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti başçısının müavini A.Vəliyevə həvalə edilməsi qərara alınmışdır. - Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti başçısının 151 saylı 10 may 2012-ci il tarixli sərəncamının surətindən görünür ki, Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivi bina 46, mənzil 10-da yaşayan Cavabdeh2 müraciətini və Gəncə şəhər İcra Hakimiyyəti başçısı aparatının Memarlıq və tikinti bölməsinin rəyini nəzərə alaraq, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 57-ci maddəsinin 4-cü bəndini və Azərbaycan Respublikası Prezidentinin 16 iyun 1999-cu il tarixli, 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli İcra Hakimiyyətləri haqqında” Əsasnamənin 13-cü maddəsinin 1-ci bəndini əsas tutaraq Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivi, “Əriklik bağı” ərazisinin 500,0 kvm olan 60 nömrəli sahəsində Cavabdeh2 tərəfindən inşa ediləcək fərdi yaşayış evinin yerləşdirilməsinə (layihələndirilməsinə) icazə verilməsi, torpaq sahəsinin yerində ölçülüb vətəndaşa təhvil verilməsinin Memarlıq və tikinti bölməsindən xahiş edilməsi, vətəndaşa inşa ediləcək fərdi yaşayış evinin eskiz layihəsinin Memarlıq və tikinti bölməsi ilə razılaşdırması, sərəncamın icrasına nəzarət Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti başçısının müavini A.Vəliyevə həvalə edilməsi qərara alınmışdır. - Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti başçısının 160 saylı 10 may 2012-ci il tarixli sərəncamının surətindən görünür ki, Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivi bina 28A, mənzil 31-də yaşayan Cavabdeh3 müraciətini və Gəncə şəhər İcra Hakimiyyəti başçısı aparatının Memarlıq və tikinti bölməsinin rəyini nəzərə alaraq, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 57-ci maddəsinin 4-cü bəndini və Azərbaycan Respublikası Prezidentinin 16 iyun 1999-cu il tarixli, 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli İcra Hakimiyyətləri haqqında” Əsasnamənin 13-cü maddəsinin 1-ci bəndini əsas tutaraq Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivi, “Əriklik bağı” ərazisinin 500,0 kvm olan 58 nömrəli sahəsində Cavabdeh3 tərəfindən inşa ediləcək fərdi yaşayış evinin yerləşdirilməsinə (layihələndirilməsinə) icazə verilməsi, torpaq sahəsinin yerində ölçülüb vətəndaşa təhvil verilməsinin Memarlıq və tikinti bölməsindən xahiş edilməsi, vətəndaşa inşa ediləcək fərdi yaşayış evinin eskiz layihəsinin Memarlıq və tikinti bölməsi ilə razılaşdırması, sərəncamın icrasına nəzarət Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti başçısının müavini A.Vəliyevə həvalə edilməsi qərara alınmışdır. - Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti başçısının 341 saylı 27 iyun 2012-ci il tarixli sərəncamının surətindən görünür ki, Gəncə şəhəri, A.M.Əhmədov küçəsi 2-ci dalan, ev 30-da yaşayan Cavabdeh4 müraciətini və Gəncə şəhər İcra Hakimiyyəti başçısı aparatının Memarlıq və tikinti bölməsinin rəyini nəzərə alaraq, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 57-ci maddəsinin 4-cü bəndini və Azərbaycan Respublikası Prezidentinin 16 iyun 1999-cu il tarixli, 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli İcra Hakimiyyətləri haqqında” Əsasnamənin 13-cü maddəsinin 1-ci bəndini əsas tutaraq Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivi, “Əriklik bağı” ərazisinin 400,0 kvm olan 64 nömrəli sahəsində Cavabdeh4 tərəfindən inşa ediləcək fərdi yaşayış evinin yerləşdirilməsinə (layihələndirilməsinə) icazə verilməsi, torpaq sahəsinin yerində ölçülüb vətəndaşa təhvil verilməsinin Memarlıq və tikinti bölməsindən xahiş edilməsi, vətəndaşa inşa ediləcək fərdi yaşayış evinin eskiz layihəsinin Memarlıq və tikinti bölməsi ilə razılaşdırması, sərəncamın icrasına nəzarət Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti başçısının müavini A.Vəliyevə həvalə edilməsi qərara alınmışdır. - Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti başçısının 333 saylı 27 iyun 2012-ci il tarixli sərəncamının surətindən görünür ki, Gəncə şəhəri, A.M.Əhmədov küçəsi 2-ci dalan, ev 30-da yaşayan Cavabdeh5 müraciətini və Gəncə şəhər İcra Hakimiyyəti başçısı aparatının Memarlıq və tikinti bölməsinin rəyini nəzərə alaraq, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 57-ci maddəsinin 4-cü bəndini və Azərbaycan Respublikası Prezidentinin 16 iyun 1999-cu il tarixli, 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli İcra Hakimiyyətləri haqqında” Əsasnamənin 13-cü maddəsinin 1-ci bəndini əsas tutaraq Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivi, “Əriklik bağı” ərazisinin 400,0 kvm olan 65 nömrəli sahəsində Cavabdeh5 tərəfindən inşa ediləcək fərdi yaşayış evinin yerləşdirilməsinə (layihələndirilməsinə) icazə verilməsi, torpaq sahəsinin yerində ölçülüb vətəndaşa təhvil verilməsinin Memarlıq və tikinti bölməsindən xahiş edilməsi, vətəndaşa inşa ediləcək fərdi yaşayış evinin eskiz layihəsinin Memarlıq və tikinti bölməsi ilə razılaşdırması, sərəncamın icrasına nəzarət Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti başçısının müavini A.Vəliyevə həvalə edilməsi qərara alınmışdır. - Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti başçısının 340 saylı 27 iyun 2012-ci il tarixli sərəncamının surətindən görünür ki, Gəncə şəhəri, 1-ci mikrorayon, bina 4, ev 43-də yaşayan Cavabdeh6 müraciətini və Gəncə şəhər İcra Hakimiyyəti başçısı aparatının Memarlıq və tikinti bölməsinin rəyini nəzərə alaraq, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 57-ci maddəsinin 4-cü bəndini və Azərbaycan Respublikası Prezidentinin 16 iyun 1999-cu il tarixli, 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli İcra Hakimiyyətləri haqqında” Əsasnamənin 13-cü maddəsinin 1-ci bəndini əsas tutaraq Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivi, “Əriklik bağı” ərazisinin 400,0 kvm olan 56 nömrəli sahəsində Cavabdeh6 tərəfindən inşa ediləcək fərdi yaşayış evinin yerləşdirilməsinə (layihələndirilməsinə) icazə verilməsi, torpaq sahəsinin yerində ölçülüb vətəndaşa təhvil verilməsinin Memarlıq və tikinti bölməsindən xahiş edilməsi, vətəndaşa inşa ediləcək fərdi yaşayış evinin eskiz layihəsinin Memarlıq və tikinti bölməsi ilə razılaşdırması, sərəncamın icrasına nəzarətin Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti başçısının müavini A.Vəliyevə həvalə edilməsi qərara alınmışdır. - Gəncə şəhərinin və Daşkəsən, Goranboy, Göygöl, Samux rayonlarının sərhədlərində qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanununun 3.5-ci bəndindən görünür ki, Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin İ hissəsiinin 3-cü bəndinə uyğun olaraq Göygöl rayonu Quşqara kənd inzibati ərazi dairəsi tərkibindəki Quşqara kəndinin ərazisindən 450.24 ha (bundan dövlət mülkiyyətində olan 270,53 ha, bələdiyyə mülkiyyətində olan 151,87 ha və xüsusi mülkiyyətdə olan 27,84 ha) torpaq sahəsi Gəncə şəhər Nizami rayonunun inzibati ərazisinə verilməsi qərara alınmışdır. - Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2-1(83)-03/2017 saylı 11 yanvar 2017-ci il tarixli qərarının surətindən görünür ki, Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivi, “Əriklik bağı” ərazisinin 200 kvm olan 63 nömrəli sahəsində X4 fərdi yaşayış evinin yerləşdirilməsinə (layihələndirilməsinə) icazə verilməsi haqqında Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti başçısının 27 iyun 2012-ci il tarixli, 335 nömrəli sərəncamının, Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivi, “Əriklik bağı” ərazisinin 400 kvm olan 39 nömrəli sahəsində Cavabdeh8 fərdi yaşayış evinin yerləşdirilməsinə (layihələndirilməsinə) icazə verilməsi haqqında Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti başçısının 16 avqust 2012-ci il tarixli, 435 nömrəli sərəncamının, Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivi, “Əriklik bağı” ərazisinin 500 kvm olan 29 nömrəli sahəsində Cavabdeh1 fərdi yaşayış evinin yerləşdirilməsinə (layihələndirilməsinə) icazə verilməsi haqqında Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti başçısının 10 may 2012-ci il tarixli, 135 nömrəli sərəncamının, Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivi, “Əriklik bağı” ərazisinin 500 kvm olan 60 nömrəli sahəsində Cavabdeh2 fərdi yaşayış evinin yerləşdirilməsinə (layihələndirilməsinə) icazə verilməsi haqqında Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti başçısının 10 may 2012-ci il tarixli, 151 nömrəli sərəncamının, Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivi, “Əriklik bağı” ərazisinin 500 kvm olan 58 nömrəli sahəsində Cavabdeh3 fərdi yaşayış evinin yerləşdirilməsinə (layihələndirilməsinə) icazə verilməsi haqqında Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti başçısının 10 may 2012-ci il tarixli, 160 nömrəli sərəncamının, Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivi, “Əriklik bağı” ərazisinin 400 kvm olan 64 nömrəli sahəsində Cavabdeh4 fərdi yaşayış evinin yerləşdirilməsinə (layihələndirilməsinə) icazə verilməsi haqqında Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti başçısının 27 iyun 2012-ci il tarixli, 341 nömrəli sərəncamının, Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivi, “Əriklik bağı” ərazisinin 400 kvm olan 65 nömrəli sahəsində Cavabdeh5 fərdi yaşayış evinin yerləşdirilməsinə (layihələndirilməsinə) icazə verilməsi haqqında Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti başçısının 27 iyun 2012-ci il tarixli, 333 nömrəli sərəncamının və Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivi, “Əriklik bağı” ərazisinin 400 kvm olan 56 nömrəli sahəsində Cavabdeh6 fərdi yaşayış evinin yerləşdirilməsinə (layihələndirilməsinə) icazə verilməsi haqqında Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti başçısının 27 iyun 2012-ci il tarixli, 340 nömrəli sərəncamının ləğv edilməsi qərara alınmışdır. - Gəncə Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(104)-12/2018 saylı 07 may 2018-ci il tarixli qərarının surətindən görünür ki, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2-1(83)-03/2017 saylı 11 yanvar 2017-ci il tarixli qərarının “Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivi, “Əriklik bağı” ərazisinin 200 kvm olan 63 nömrəli sahəsində X4 fərdi yaşayış evinin yerləşdirilməsinə (layihələndirilməsinə) icazə verilməsi haqqında Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti başçısının 27 iyun 2012-ci il tarixli, 335 nömrəli sərəncamının ləğv edilməsi”nə aid hissədə ləğv edilməsi, həmin hissədə iddia tələbinin təmin edilməməsi, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2-1(83)-03/2017 saylı 11 yanvar 2017-ci il tarixli qərarının qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1753/2018 saylı 07 noyabr 2018-ci il tarixli qərardadının surətindən görünür ki, cavabdeh Gəncə şəhər Nizami rayon İcra Hakimiyyətinin kassasiya şikayətindən imtina edilməsi barədə ərizəsinin təmin edilməsi, Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti tərəfindən Gəncə Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasınn 07 may 2018-ci il tarixli 2-1(104)-12/2018 saylı qərarından verilmiş şikayəti üzrə kassasiya icraatına xitam verilməsi qərara alınmışdır. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 iyul 2020-ci il tarixli, 10/1209 nömrəli rəyindən görünür ki, Azərbaycan Respublikasə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 3 aprel 2020-ci il tarixli, **********42 № mütəxəssis rəyinə əsasən, cavabdehlərin heç biri baxışında iştirak etmədiyindən onların naturada faktiki istifadələrində olan torpaq sahələrinin yerləşmə mövqeyini müəyyən etmək mümkün olmamışdır. Mülki iş materiallarına əlavə edilmiş MA Seriyalı ******* nömrəli şıxarışa əsasən İddiaçı mülkiyyətində olan, torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd olunmuş 1,0 ha torpaq sahəsinin 0,7099 ha (70 sot 99 kv.m) hissəsinin digər şəxslərin naturada faktiki istifadəsində olduğu, 0,2901 ha (29 sot 1kv.m) hissəsi isə ərazidə yol kimi istifadə olunduğu müəyyən olunur. Mütəxəssis rəyinə əsasən, MA Seriyalı, ******* nömrəli çıxarışa əsasən İddiaçı Əhə qızının mülkiyyətində olan 1,0 ha torpaq sahəsinin digər şəxslər tərəfindən istifadə olunan 0,7099 ha (70 sot 99 kv.) hissəsi üzərində müxtəlif təyinatlı tikililərin mövcud olduğu müəyyən olunur. Məhkəmə tərəfləri dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır. Çünki cavabdehlər iddiaçının mülkiyyətində olan torpaq sahəsini qanunsuz zəbt edərək tikinti işləri aparmaqla iddiaçının öz əmlakı üzərində mülkiyyət hüquqlarını həyata keçirməsinə maneə törədirlər. Buna görə də iddiaçının Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən cavabdehlərin qanunsuz sahibliyindən özünə məxsus torpaq sahəsini geri tələb etmək hüququ vardır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. - 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. - 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmçinin məhkəmə tərəfindən təyin olunmuş əlavə məhkəmə tikinti-texniki ekspertizasının rəyindən də müəyyən olunur ki, cavabdehlər tərəfindən inşa edilmiş tikililər iddiaçıya məxsus 1.00 ha (10000.0 kvm) torpaq sahəsinin ərazisindədir və cavabdehlər tərəfindən iddiaçıya məxsus torpaq sahəsinin müəyyən hissəsi zəbt edilmişdir. Belə ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 11.11.2020-ci il tarixli, 2(044)- 143/2020 saylı qərardadına əsasən təyin olunmuş əlavə məhkəmə tikinti–texniki ekspertizasının 23 iyul 2021-ci il tarixli, 10/3391 nömrəli rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xidmətinin mühəndisi tərəfindən 06.05.2021 il tarixli **********54 saylı mütəxəssis rəyinin məlumatlarına əsasən Cavabdeh4 faktiki istifadəsində olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi 63.73 kv.m hissəsi və həmin hissə də daxil olmaqla, ümumilikdə Cavabdeh4 faktiki istifadəsində olan torpaq sahəsinin 386.79 kv.m hissəsi MA seriyalı ******* nömrəli Çıxarışa əsasən İddiaçı Əhıd qızının mülkiyyətində olan 1.00 ha (10000.0 kv.m) torpaq sahəsinin 386.79 kv.m hissəsi ilə üst-üstə düşdüyü göstərilmişdir. Cavabdeh5 tərəfindən inşa edilmiş fərdi yaşayış evinin altında yerləşən 226.83 kv.m torpaq sahəsi və həmin sahədə daxil olmaqla, ümumilikdə Cavabdeh5 faktiki istifadəsində olan 400.76 kv.m torpaq sahəsi MA seriyalı ******* nömrəli Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 1.00 ha (10000.0 kv.m) torpaq sahəsinin 400.76 kv.m hissəsi ilə üstüstə düşdüyü göstərilmişdir. Cavabdeh5 tərəfindən inşa edilmiş fərdi yaşayış evinin altında yerləşən 105.67 kv.m torpaq sahəsi və həmin sahədə daxil olmaqla, ümumilikdə Cavabdeh5 faktiki istifadəsində olan 332.19 kv.m torpaq sahəsi MA seriyalı ******* nömrəli Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 1.00 ha (10000.0 kv.m) torpaq sahəsinin 332.19 kv.m hissəsi ilə üst-üstə düşdüyü göstərilmişdir. Cavabdeh2 tərəfindən inşa edilmiş fərdi yaşayış evinin altında yerləşən 188.50 kv.m torpaq sahəsi və köməkçi tikilinin yerləşdilyi 48.11 kv.m torpaq sahəsi və həmin sahələrdə daxil olmaqla, ümumilikdə Cavabdeh2 faktiki istifadəsində olan torpaq sahəsinin 662.70 kv.m hissəsin MA seriyalı ******* nömrəli Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 1.00 ha (10000.0 kv.m) torpaq sahəsinin 662.70 kv.m hissəsi ilə üst-üstə düşdüyü göstərilmişdir. Cavabdeh X3 tərəfindən inşa edilmiş fərdi yaşayış evinin altında yerləşən 149.20 kv.m torpaq sahəsi və həmin sahədə daxil olmaqla, ümumilikdə X2 faktiki istifadəsində olan 555.18 kv.m torpaq sahəsi MA seriyalı ******* nömrəli Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 1.00 ha (10000.0 kv.m) torpaq sahəsinin 555.18 kv.m hissəsi ilə üstüstə düşdüyü göstərilmişdir. Cavabdeh3 tərəfindən tərəfindən inşa edilmiş fərdi yaşayış evinin altında yerləşən 131.88 kv.m torpaq sahəsi və həmin sahədə daxil olmaqla, ümumilikdə Cavabdeh3 faktiki istifadəsində olan 277.90 kv.m torpaq sahəsi MA seriyalı ******* nömrəli Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 1.00 ha (10000.0 kv.m) torpaq sahəsinin 277.90 kv.m hissəsi ilə üst-üstə düşdüyü göstərilmişdir. Cavabdeh6 Məhəmməd oğlu tərəfindən inşa edilmiş fərdi yaşayış evinin altında yerləşən 167.54 kv.m torpaq sahəsi və həmin sahədə daxil olmaqla, ümumilikdə Cavabdeh6 Məhəmməd oğlunun faktiki istifadəsində olan 374.39 kv.m torpaq sahəsi MA seriyalı ******* nömrəli Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 1.00 ha (10000.0 kv.m) torpaq sahəsinin 374.39 kv.m hissəsi ilə üst-üstə düşdüyü göstərilmişdir. Cavabdeh8 tərəfindən inşa edilmiş fərdi yaşayış evinin altında yerləşən 193.0 kv.m torpaq sahəsi və həmin sahədə daxil olmaqla, ümumilikdə Cavabdeh8 faktiki istifadəsində olan 508.67 kv.m torpaq sahəsi MA seriyalı ******* nömrəli Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 1.00 ha (10000.0 kv.m) torpaq sahəsinin 508.67 kv.m hissəsi ilə üstüstə düşdüyü göstərilmişdir. Mübahisəli ərazidə yerləşən ümumi sahəsi 1220.71 kv.m olan gediş-gəliş yolu da, MA seriyalı ******* nömrəli Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 1.00 ha (10000.0 kv.m) torpaq sahəsinin 1220.71 kv.m hissəsi ilə üst-üstə düşdüyü gömtərilmişdir. Beləliklə məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia təmin edilərək cavabdehlər tərəfindən iddiaçıya məxsus Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivi, Əriklik bağı ərazisində yerləşən 1,0 ha torpaq sahəsində inşa edilmiş özbaşına tikintilər cavabdehlərin hesabına sökülməli, cavabdehlər, həmçinin iddiaçının mülkiyyət hüququnun reallaşmasına maneə törədən digər şəxslər cavabdehlərin zəbt etdikləri torpaq sahəsindən çıxarılmalı və cavabdehlərin zəbt etdikləri torpaq sahəsi boşaldılaraq iddiaçıya təhvil verilməlidir. Azərbaycan Respublikası Mülki – Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə əsasən məkhəmə hesab edir ki, iddia təmin edildiyindən cavabdehdən müştərək qaydada məhkəmə tikinti–texniki ekspertizalarının keçirilməsinə xərclənmiş cəmi 200 manat məbləğində pul vəsaiti tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına, mütəxəssis rəyinin verilməsi üçün xərclənmiş 447.60 manat pul vəsaiti isə tutularaq Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin hesabına keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. MA seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivi, “Əriklik bağı” ərazisində yerləşən və xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsus olan 1,0 ha torpaq sahəsində cavabdehlər Cavabdeh8, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 tərəfindən inşa edilmiş özbaşına tikintilər cavabdehlərin hesabına sökülsün, cavabdehlər, həmçinin iddiaçının mülkiyyət hüququnun reallaşmasına maneə törədən digər şəxslər cavabdehlərin zəbt etdikləri torpaq sahəsindən çıxarılsınlar və cavabdehlərin zəbt etdikləri torpaq sahəsi boşaldılaraq İddiaçı təhvil verilsin. İş üzrə məhkəmə tikinti–texniki ekspertizalarının keçirilməsinə xərclənmiş cəmi 200 (iki yüz) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh8, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) keçirilsin. İş üzrə mütəxəssis rəyinin verilməsinə çəkilmiş xərc, cəmi 447 (dörd yüz qırx yeddi) manat 60 (altmış) qəpik məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh8, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 müştərək qaydada tutularaq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin hesabına (Benefisarın bankı: Kapital Bank ASC Xətai filialı; Filialın kodu: 200071; VÖEN: **********; SWİFT kod: AİİBAZ2X; Müxbir hesab: AZ37NABZ013501**********1944; Benefisiarın adı: KADASTR VƏ YERQUR LAYİHA TADQ MAR; Benefisiarın hesabı: AZ23AİİB********************; VÖEN: **********) keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar