Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-1059/2023 20.07.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ X** Məhəmməd oğlunun sədrliyi, X*2 qızının katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs olmaqla “ölümün qeyd edilmə faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 27 iyul *979-cu ildə Goranboy (keçmiş Qasım İsmayılov) rayonunun Boluslu (keçmiş Cinliboluslu) kəndində doğulmuş X4 07 yanvar 2006-cı il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 27 iyul *979-cu ildə Goranboy (keçmiş Qasım İsmayılov) rayonunun Boluslu (keçmiş Cinliboluslu) kəndində doğulmuş X4 07 yanvar 2006-cı il tarixdə Rusiya Federasiyasında ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, ölüm faktını müəyyən etdirmək istədiyi X9 onun qardaşıdır. O, Ərizəçi xx xxxxxx *976-cı ildə Goranboy rayonunun Cinliboluslu kəndində doğulmuşdur. Məhkəməyə təqdim etdiyi Goranboy Rayon Boluslu kənd İƏDÜ nümayəndəliyi tərəfindən verilmiş *3 aprel 2023-cü il tarixli arayışdan görünür ki, Ərizəçi X4 qardaşıdır. Bu günlərdə notariat əməliyyatları ilə əlaqədar sənədləşmə apararkən məlum olmuşdur ki, qardaşı X4 ölümü qeydə alınmamışdır. Halbuki, qeyd etdiyi kimi qardaşı X9 2006-cı il tarixdə Rusiya Federasiyasında vəfat etmişdir və Goranboy Rayon Boluslu kənd qəbiristanlığında dəfn olunmuşdur. Bu barədə olan Goranboy rayon İcra hakimiyyəti Başçısının Boluslu kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin *3 aprel 2023-cü il tarixli *96 nömrəli arayışını məhkəməyə təqdim etmişdir. Ona görə də qardaşı X4 07 yanvar 2006-cı ildə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs X7 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) *85-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən şahid X3 ifadə verərək bildirmişdir ki, Ərizəçi tanışdır. Təsdiq edir ki, həqiqətən də iddiaçının qardaşı X9 07 yanvar 2006-cı ildə ölmüş və Boluslu kəndində dəfn edilmişdir. O, dəfn və hüzr mərasimində iştirak etmişdir. Məhkəmə iclasında iştirak edən şahid X5 ifadə verərək bildirmişdir ki, Ərizəçi kəndçisidir, həmçinin orada icra nümayəndəsidir. Təsdiq edir ki, həqiqətən də iddiaçının qardaşı X9 07 yanvar 2006-cı ildə ölmüş və Boluslu kəndində dəfn edilmişdir. O, dəfn və hüzr mərasimində iştirak etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Goranboy rayon İcra Hakimiyyəti Başçısının Boluslu kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin *3 aprel 2023-cü il tarixli *96 nömrəli arayışından görünür ki, Ərizəçi qardaşı X* rayonu, Boluslu kənd qəbiristanlığından dəfn edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Maraqlı şəxs **.04.2023-cü il tarixli məktubundan görünür ki, Dövlət arxivində X4 ölümü haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Maraqlı şəxs **.04.2023-cü il tarixli məktubundan görünür ki X4 ölümü Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktlarının” “X2” sistemində aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş məzar daşının fotoşəklindən görünür ki, X9 27 iyul *979-cu ildə doğulmuş, 07 yanvar 2006-cı ildə ölmüşdür. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, ərizəçinin qardaşı X9 07 yanvar 2006-cı ildə Rusiya Federasiyasında vəfat etmiş, Goranboy rayonu, Boluslu kəndində dəfn edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*7.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.*-ci maddəsinə əsasən, məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, 27 iyul *979-cu ildə Goranboy rayonunda doğulmuş X4 07 yanvar 2006-cı ildə ölməsi faktının müəyyən edilməsi üçün yoxlanılmış sübutlar vardır və həmin faktın başqa yolla müəyyən edilməsi mümkün olmadığından bu, məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəllənin *4.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.*-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 2*7.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 2*6-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 27 iyul *979-cu ildə Goranboy rayonunda doğulmuş X4 07 yanvar 2006-cı ildə Rusiya Federasiyasında ölməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Toğrul Məmmədov
Məhkəmə qərarları › İş №2(045)-1059/2023
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-1059/2023
20.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver