Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-1071/2024 31.07.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Qasımov Behbud Telman oğlunun katibliyi, Ərizəçi nümayəndəsi X2 iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs kimi göstərilməklə) “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, *9 avqust *980-ci ildə Goranboy rayonun Veyisli kəndində anadan olmuş X3 ** oktyabr 2023-cü ildə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Goranboy rayonunun Veyisli kəndində anadan olmuş və hal-hazırda da həmin kənddə yaşayır. *9 avqust *980-ci il təvəllüdlü qardaşı X7 ** oktyabr 2023-cü il tarixdə Rusiya Federasiyası Moskva şəhərinin Vladimirski şəhərində avtomobil qəzası nəticəsində rəhmətə getmişdir. Qardaşı *3 oktyabr 2023-cü il tarixdə Goranboy rayonu Veyisli kənd qəbirstanlığında dəfn edilmişdir. Mərhum qardaşına ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etsə də oradan ona cavab olaraq bildirmişlər ki, məhkəməyə müraciət etməlisən. Məhkəməyə təqdim etdiyi AZE № *6788865 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 *9.08.*980-ci ildə Goranboy rayonunun Veyisli (Çalabertli) kəndində anadan olmuşdur. Məhkəməyə təqdim etdiyi Goranboy rayon İHB-nın Veyisli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 2*.02.2024-cu il tarixli 5-45-*0/2-66/2024 sayli arayışdan görünür ki, həqiqətən X7 *3 oktyabr 2023-cü il tarixdə Goranboy rayonu Veyisli kənd qəbirstanlığında dəfn edilmişdir. Məhkəməyə təqdim etdiyi Maraqlı şəxs Goranboy rayon Veyisli kənd sakini Ərizəçi ünvanladığı 2* fevral 2024-cli il tarixli məktubunda göstərilmişdir ki, ölüm faktının qeydə alınması üçün ölüm haqqında tibbi şəhadətnamənin olması zəruridir. Həmin sənədi təqdim edə bilmədikləri üçün o, qanunvericiliklə müəyyən olnmuş qaydada məhkəməyə müraciət etməlidir. Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi X4 ərizəyə uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs X9 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) *85-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanmasından imtina haqqında” *5 yanvar 2024-cü il tarixli qərarından görünür ki, RF CM-nin 264 maddəsinin 3-cü hissəsi ilə nəzərdə tutulmuş cinayət tərkibli əlamətlərə görə X5 qarşı açılmış cinayət işinə onun ölümü ilə əlaqədar imtina edilmişdir; Goranboy rayon Veyisli kənd icra nümayəndəliyi tərəfindən verilmiş 2*.02.2024-cü il tarixli, 5-45-*0/2-66/2024 nömrəli arayışdan görünür ki, Goranboy rayon Veyisli kənd sakini X7 *3 oktyabr 2023-cü il tarixdə Goranboy rayonu Veyilsi kənd qəbirstanlığında dəfn edilmişdir; Maraqlı şəxs 2*.02.2024-cü il tarixli, 3-*6-5/8-*5-82/2024 nömrəli məktubundan görünür ki, X3 ölümü şöbənin arxivində və “X* sistemində” aşkar edilməmişdir; Fotoşəkildən görünür ki, *9 avqust *980-ci il təvəllüdlü X7 *3 oktyabr 2023-cü il tarixdə vəfat etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, ərizəçinin qardaşı X7 ** oktyabr 2023-cü il tarixdə Rusiya Federasiyasının Vladimir vilayətinin Aleksandrovski rayonu ərazisində avtomobil qəzası nəticəsində vəfat etmiş və Goranboy rayonu Veyisli kənd qəbiristanlığında dəfn edilmişir. Ərizəçi qardaşının ölümünü məhkəmə qərarı olmadan başqa yolla qeydə aldıra bilmir. MPM-in: *4.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.*-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 2*7.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 307.*-ci maddəsinə əsasən, məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, *9 avqust *980-ci il tarixdə anadan olmuş X3 ** oktyabr 2023-cü il tarixdə ölməsi faktının müəyyən edilməsi üçün yoxlanılmış sübutlar vardır və həmin faktın başqa yolla müəyyən edilməsi mümkün olmadığından bu fakt məhkəmə qaydasında müəyyən edilməlidir. Odur ki, ərizə təmin edilməli və *9 avqust *980-ci il tarixdə anadan olmuş X3 ** oktyabr 2023-cü il tarixdə ölməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 2*6-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. *9 avqust *980-ci il tarixdə anadan olmuş X3 ** oktyabr 2023-cü il tarixdə ölməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №2(045)-1071/2024
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-1071/2024
31.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver