Məhkəmə qərarları › İş №2(045)-11/2025

Goranboy Rayon Məhkəməsi Qərardad — İş №2(045)-11/2025

09.04.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Goranboy rayonu İş № 2(045)-11/2025 09.04.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlu, Nağızadə Tuncay Göyüş oğlunun katibliyi, X1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər X2 və Cavabdeh2 qarşı “zəbt edilmiş torpaq sahəsindən çıxarılma, həyətyanı torpaq sahəsinə edilən müdaxiləyə son qoyulması və qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsinə, Goranboy Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər X2 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 İsrafil qızı və Cavabdeh2 İsrafil oğlunun qanunsuz zəbt etdikləri onun yaşayış evinin qonşuluğunda yerləşən torpaq sahəsindəki şəhərsalma qaydalarının pozulması ilə inşa olunan yeni tikilinin və köhnə dəmir köşkün götürülməklə cavabdehlərin hesabına sökülməsi, cavabdehlərin həmin torpaq sahəsindən çıxarılması, torpaq sahəsinə cavabdeh tərəfindən edilən müdaxiləyə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilsə də, iddiaçı məhkəmə iclaslarına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehlər X3 və Cavabdeh2 hər biri ayrıayrılıqda ərizə ilə məhkəməyə müraciət edərək işin baxılmamış saxlanılmasına etiraz etmədiklərini bildirmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş “Elektron məhkəmə” sistemi tərəfindən verilmiş çıxarışdan görünür ki, İddiaçı sonuncu dəfə xx.xx.2022-ci il tarixdə X6 Aeroportunda Moskva şəhərinə çıxış etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 259.0.7-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır; 260.4-cü maddəsinə əsasən, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra iddiaçı ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır; 260.5-ci maddəsinə əsasən məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, bu Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir; 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, ********* nömrəli qəbzdən görünür ki, İddiaçı 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmənin gəldiyi nəticəyə görə iddia ərizəsi baxılmamış saxlanılmalı və ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və MPM-in 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər X3 və Cavabdeh2 qarşı “zəbt edilmiş torpaq sahəsindən çıxarılma, həyətyanı torpaq sahəsinə edilən müdaxiləyə son qoyulması və qanunsuz tikilinin sökülməsi” tələbinə dair müki iş baxılmamış saxlanılsın və ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar