Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-1114/2024 03.06.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hаkim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, X3 kаtibliyi, Ərizəçi iştirаkı ilə, Ərizəçi (Maraqlı şəxs kimi göstərilməklə) “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binаsındа, аçıq məhkəmə iclаsındа bахаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə və daha sonra dəqiqləşmə barədə ərizə ilə məhkəməyə müraciət edərək, barışıq sazişinə mövcud olan 3-cü bəndidə yer alan aliment hissəsinin təsdiq edilməsi barədə qətnamə çıxarlmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o Maraqlı şəxs ilə 22 sentyabr 2001-ci ildə ailə qurmuş və bu barədə olan nikah bir qədər gec, yəni 14 iyul 2011-ci il tarixdə Goranboy rayon Qeydiyyat şöbəsində rəsmi qeyd edilmişdir. Birgə yaaşadığı müddətdə 27 dekabr 2008-ci il tarixdə X7 və 12 fevral 2013-cü il tarixdə X8 adlı uşaqları olmuşdur. Maraqlı şəxslə birgə yaşamaq mümükün olmadığı üçün ayrılmışdır. Bu barədə olan Goranboy rayon Məhkəməsinin 23 aprel 2024-cü il tarixli 2(045)-577/2024-saylı qətnaməsini məhkəməyə təqdim edir. Bir neçə ay olar ki, Maraqlı şəxs aliment tələb etmək üçün qanunvericiliyin tələbinə görə Goranboy şəhər Mediyasiya şurasına müraciət etmişdir. O və Maraqlı şəxs 30 dekabr 2023-cü il tarixdə mediyasiya prosessində iştirak etmişdir. Tərəflər övladlarına təyin olunmuş alimentin miqdarı barədə ümumi razılığa gəlmişlər. Maraqlı şəxs övladları xx.xx.2008-ci il təvəllüdü X4 və xx.xx.2013-cü il təvəllüdlü X1 üçün bir uşaq üçün 80 (səksən) manat, cəmi 160 (bir yüz altmış) manat aliment ödəməyi öhtəsinə götürmüşdür və onlar bu barədə barışıq sazişi bağlamışlar. Lakin, cavabdeh Quliyev X2 8-ci bəndinin tələblərini pozaraq hər ay iki uşaq üçün 160 (bir yüz altmış) manat aliment ödəməli olduğu halda, alimenti ödəmir.Yəni üzərinə götürdüyü öyhəliyi icra etmir, alimenti ödəmir və bu günə qədər maraqlı şəxsin ona ödəməmiş 4 ay aliment borcu yaranmışdır. Maraqlı şəxs aylıq aliment ödənişini, mediyasiya prosessində aralarında bağlanmış barışıq sazişinin tələblərinə uyğun olaraq ödəmədiyi üçün barışıq sazişini məhkəmə qaydasında təsdiq etmək məqsədi ilə məhkəməyə məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Həmçinin bildirdi ki, maraqlı şəxs tərəfindən mediasiya prosessində bağlanmış barışıq sazişinin şərtləri pozulmuşdur. Belə ki, maraqlı şəxs sazişin 3-cü bəndində uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 80 manat, cəmi 160 manat alimentin ödənilməsi hissəsini icra etmir, yəni ki uşaqların saxlanması üçün heç bir maddi köməklik etmir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə maraqlı şəxsə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Maraqlı şəxs heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclaslarına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinin tələblərinə əsasən işə maraqlışəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını dinləyib, məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Ərizəçi ilə Maraqlı şəxs arasında 14 iyul 2011-ci il tarixdə nikah bağlanmış, və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 222 nömrə ilə qeyd edilmişdir. Tərəflərin birgə nikahından xx.xx.2008-ci il təvəllüdü X7 və xx.xx.2013-cü il təvəllüdlü X8 adlı uşağı doğulmuşdur. Bundan sonra tərəflər arasında onların birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyündən, yəni ailə münasibətlərindən irəli gələn mübahisə yaranmış və bununla bağlı “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq mübahisə ilə bağlı məhkəməyə müraciət etməzdən əvvəl tərəflər mediasiya prosesində iştirak etmişlər və bu prosesin nəticəsi olaraq 30 dekabr 2023-cü il tarixdə onların arasında barışıq sazişi bağlanmışdır. Həmin sazişin 3-cü bəndində əsasən maraqlı şəxs (ata) X7 övladları xx.xx.2008-ci il təvəllüdü X4 və xx.xx.2013-cü il təvəllüdlü X1 üçün xx.xx.2024-cü ildən etibarən hər ay hər uşaü üçün 80 manat, iki uşaq üçün 160 manat məbləğində aliment ödəməyi öz üzərinə götürmüşdür. Bununla bağlı mediasiya prosesinə barışıq sazişi tərtib edilmişdir. Bundan başqa tərəflər arasında bağlanmış nikah qeydi Goranboy rayon Məhkəməsinin 2(045)-577/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə pozulmuşdur. Hazırda Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə həmin saziş üzrə ödənilməsini üzərinə götürdüyü hə\r ay iki uşaq üçün160 manat sabit pul məbləğində alimenti ödəmədiyini iddia edir və sazişinin alimentin ödənilməsi hissəsində məcburi icra edilməsi üçün təsdiq edilməsini tələb edir. MPM-in: 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər; 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Azərbaycan Respublikası “Mediasiya haqqında” Qanunun: 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır; 34.2-ci maddəsinə əsasən Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur; 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər; 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə, mülki işin materiallarını nəzərdən keçirib, qanunvericiliyin yuxarıda göstərilən və bu sahəni tənzimləyən digər müddəalarını rəhbər tutub, qeyd edir ki, tərəflər arasında barışıq sazişi bağlandıqdan sonra Maraqlı şəxs həmin sazişin uşaqların saxlanılması üçün hər ay hər uşaq üçün 80 manat, cəmi 160 manat sabit pul məbləğində alimentin ödənilməsi hissəsinin könüllü icrasından imtina etmiş və Ərizəçi hər hansı məbləğdə aliment ödəməmişdir. Halbuki, o, barışıq sazişi üzrə ərizəçi ilə bu barədə razılığa gəlmiş və sazişin 8-ci bəndində tərəflərin bu sənədin məzmununu və onun icra edilməsinin nəticələrini tam başa düşməsi barədə qeyd edilmişdir. Həmin saziş hazırda da qüvvədədir. Bu səbəbdən məhkəmə Maraqlı şəxs hərəkətlərini onun barışıq sazişinin könüllü icrasından imtina olunması kimi qiymətləndirərək, belə qənaətə gəlir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Maraqlı şəxs hər ay hər uşaq üçün 80 manat, cəmi 160 manat sabit pul məbləğində alimentin tutulmasına dair barışıq sazişinin məcburi icrası üçün saziş həmin hissədə təsdiq edilməlidir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi maraqlı şəxs X7 arasında xx.xx.2023-cü il tarixdə mediasiya şurasında bağlanmış barışıq sazişinin 3-cü bəndində qeyd edilən “ata övladlarının saxlanması üçün xx.xx.2024-cü il tarixdən etibarən hər ay hər uşaq üçün 80 (səksən) manat, iki uşaq üçün 160 (bir yüz altmış) manat ödəməyi öz öhdəsinə götürür” hissəsi təsdiq edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 217-ci, 355-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi maraqlı şəxs X7 arasında xx.xx.2023-cü il tarixdə mediasiya şurasında bağlanmış barışıq sazişinin 3-cü bəndində qeyd edilən “ata övladlarının saxlanması üçün xx.xx.2024-cü il tarixdən etibarən hər ay hər uşaq üçün 80 (səksən) manat, iki uşaq üçün 160 (bir yüz altmış) manat ödəməyi öz öhdəsinə götürür” hissəsi təsdiq edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №2(045)-1114/2024
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-1114/2024
03.06.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver