Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-1119/2025 30.05.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ Hаkim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, X9 kаtibliyi ilə, Tərəflərin iştriakı olmadan. Ərizəçi (Maraqlı şəxs kimi göstərilməklə) “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binаsındа, аçıq məhkəmə iclаsındа bахаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, barışıq sazişində qeyd edilən bəndlər üzrə barışıq sazişinin təsdiqlənməsinə dair qətnamə çıxarlmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Maraqlı şəxs ilə 10 avqust 2019-cu ildə ailə qurmuşdur. Bu barədə olan nikahı bir qədər gec, yəni 11 oktyabr 2019-cu il tarixdə Goranboy rayon Qeydiyyat şöbəsində rəsmi qeyd etdirmişdir. Birgə yaşadığı müddətdə 03 noyabr 2020-ci il tarixdə X8 adlı uşağı olmuşdur. Maraqlı şəxsla birgə yaşamaq mümükün olmadığı üçün ayrılmış və ayrı yaşayır (nikahı hələ rəsmi ləğv olunmamışdır). Maraqlı şəxs ailəsinə, uşağına baxmadığı üçün ondan aliment tələb etmək üçün qanunvericiliyin tələbinə görə Goranboy şəhər Mediyasiya şurasına müraciət etmişdir. O və Maraqlı şəxs 29 yanvar 2025-ci il tarixdə mediasiya prosesində iştirak etmiş və uşağı X7 təyin olunmuş alimentin miqdarı barədə ümumi razılığa gəlmişlər. Maraqlı şəxs övladı 03 noyabr 2020-ci il tarixdə X2 üçün 300 (üç yüz) manat aliment ödəməyi öhdəsinə götürmüş və onlar bu barədə barışıq sazişi bağlamışlar. Lakin cavabdeh X1 3-cü bəndinin tələblərini pozaraq hər ay uşaq üçün 300 (üç yüz) manat aliment ödəməli olduğu halda, alimenti ödəmir. Yəni, üzərinə götürdüyü öhdəliyi icra etmir, alimenti ödəmir və bugünə qədər Maraqlı şəxs ona aliment borcu yaranmışdır. X8 aylıq aliment ödənişini mediyasiya prosesində aralarında bağlanmış barışıq sazişinin tələblərinə uyğun olaraq ödəmədiyi üçün barışıq sazişini məhkəmə qaydasında təsdiq etmək məqsədi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclaslarının yeri və vaxtı barədə Ərizəçi və Maraqlı şəxs lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclaslarına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2025-ci il tarixli barışıq sazişindən görünür ki, tərəflər nikahlarının məhkəmə qaydasında pozulması, ata Maraqlı şəxs övladı xx.xx.2020-ci il təvəllüdlü X6 ana Ərizəçi himayəsində saxlanması, birinci tərəf Maraqlı şəxs övladı xx.xx.2020-ci il təvəllüdlü X3 üçün xx.xx.2025-ci il tarixdən etibarən hər ay 300 (üç yüz) manat aliment ödəyəcəyini, alimentin elektron qaydada ödənilməsini, ikinci tərəf Ərizəçi birinci tərəf Maraqlı şəxs övladı xx.xx.2020-ci il təvəllüdlü X8 ilə hər həftənin şənbə günü səhər saat 08:00-dan bazar günü səhər saat 11:00-a qədər (gecəni yanında qalmaq şərti ilə) görüşməsi, birinci tərəf Maraqlı şəxs və ikinci tərəf Ərizəçi yuxarıda qeyd olunan mübahisə üzrə başqa tələblərinin olmaması barədə ümumi razılığa gəlmişlər; Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-T seriyalı, 038748 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs ilə Ərizəçi arasında nikah xx.xx.2019-cu il tarixdə bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 219 nömrə ilə qeyd edilmişdir; Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı 511674 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2020-ci ildə Goranboy şəhərində doğulmuş, atası Maraqlı şəxs, anası Ərizəçidır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Ərizəçi ilə Maraqlı şəxs birgə nikahından 03 noyabr 2020-ci il təvəllüdlü X8 adlı uşaqları doğulmuşdur. Mediasiya prosesi nəticəsində Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2025ci il tarixli barışıq sazişi bağlanmış, lakin mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişinin 3-cü bəndi, yəni aliment ödənilməsi barədə saziş maraqlı şəxs tərəfindən vaxtında könüllü qaydada icra edilməmişdir. Hazırda Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs həmin sazişin məcburi icra edilməsi üçün təsdiq edilməsini tələb edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqmda məhkəmə xüsusi icraat qaydasında işlərə baxır; 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər; 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır; 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir; 355-26.1-ci maddəsinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda və ya barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiyaprosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişindən və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır; 34.2-ci maddəsinə əsasən Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur; 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər; 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Beləliklə, yuxarıda qeyd olunan normaların məzmunundan müəyyən edilir ki, şəxslər arasında məhkəmədən kənar qaydada mübahisələrin həlli nəzərdə tutulmuşdur. Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişi 2 halda məhkəmə tərəfindən təsdiq edilir: 1) Mediasiya institutunun tətbiqi dairəsinə daxil olan mübahisələrlə bağlı məhkəmənin icraatında olan iş üzrə tərəflər arasındakı mübahisə mediasiya vasitəsilə həll edildikdə barışıq sazişi məhkəməyə təqdim olunur. Bu halda məhkəmə barışıq sazişini təsdiq etdikdə həmin iş üzrə icraata xitam verilir. 2) Məhkəməyə müraciət etməmişdən öncə mediasiya vasitəsilə bağlanmış barışıq sazişi əgər tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmadıqda və ya könüllü icradan imtina olunduqda yalnız məcburi icra üçün onun təsdiq edilməsi barədə məhkəməyə müraciət edilə bilər. Göründüyü kimi maraqlı şəxs qanunvericiliklə müəyyən edilmiş müddət ərzində barışıq sazişinin 3-cü bəndini, yəni aliment ödənilməsi barədə sazişi könüllü qaydada icra etmədiyindən, barışıq sazişi qanunauyğun olduğundan hər hansı bir üçüncü şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından yuxarıda qeyd edilən hallar nəzərə alınmaqla təsdiq edilməlidir. Məhkəmə, barışıq sazişinin birinci, ikinci və dördüncü hissələri ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, ərizəçi ərizəsində maraqlı şəxsin yalnız alimentin tutulması (barışıq sazişinin 3-cü bəndi) hissəsində pozulduğunu qeyd etmiş və ərizəsini sazişin 3-cü bəndinin şərtlərinin pozulması ilə əsaslandırmışdır. Əlavə olaraq qeyd edilməlidir ki, sazişin bu hissələrinin digər hissələrdən ayrılması mümkündür. Bu səbəbdən məhkəmə sazişin bu şərtlərinə münasibət bildirmir və barışıq sazişinin bu hissələrinin təsdiq edilməsindən imtina edir. Məhkəmə həmçinin barışıq sazişin təsdiqi barədə ərizə ilə məhkəməyə müraciət etmək üçün ərizəçi tərəfindən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ilə bağlı qeyd edir ki, barışıq sazişində xərclərlə bağlı qeyd edilmişdir ki: “sazişin məcburi icrası ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraciət edən tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir” (9-cu bənd). Belə olan halda ərizəçi tərəfindən məhkəməyə müraciət edilərkən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu maraqlı şəxsdən ərizəçinin xeyrinə tutulmalıdır. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə qismən təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2025-ci il tarixdə mediasiya şurasında bağlanmış barışıq sazişinin 3cü bəndində qeyd edilən “birinci tərəf Maraqlı şəxs övladı xx.xx.2020-ci il təvəllüdlü X3 üçün xx.xx.2025-ci il tarixdən etibarən hər ay 300 (üç yüz) manat aliment ödəyəcəyini öz öhdəsinə götürür” hissəsi təsdiq edilməli və ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun əvəzi Maraqlı şəxs alınaraq Ərizəçi xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən MPM-in 217 və 355-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2025-ci il tarixdə mediasiya şurasında bağlanmış barışıq sazişinin 3-cü bəndində qeyd edilən “birinci tərəf Maraqlı şəxs övladı xx.xx.2020-ci il təvəllüdlü X3 üçün xx.xx.2025-ci il tarixdən etibarən hər ay 300 (üç yüz) manat aliment ödəyəcəyini öz öhdəsinə götürür” hissəsi təsdiq edilsin. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun əvəzi Maraqlı şəxs alınaraq Ərizəçi xeyrinə tutulsun. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №2(045)-1119/2025
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-1119/2025
30.05.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver