Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-1125/2025 03.09.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Nağızadə Tuncay Göyüş oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs rəisi X2 iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs kimi göstərilməklə) “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə və daha sonra dəqiqləşmə barədə ərizə ilə məhkəməyə müraciət edərək, 09 aprel *962-ci il tarixdə Goranboy rayonu Faxralı kəndində anadan olmuş X4 *7.**.20*4-cü ildə Ukrayna Respublikasının Luqansk vilayətinin Staxanov şəhərində ölməsinin qeydə alınması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Goranboy rayonunun Faxralı kəndində anadan olmuş və hal-hazırda da həmin kənddə yaşayır. Mərhum həyat yoldaşı X6 *7.**.20*4-cü ildə Ukrayna Respublikasının Luqansk vilayətinin Staxanov şəhərində vəfat etmiş, 20.**.20*4-cü ildə isə Goranboy rayonu Faxralı kənd qəbiristanlığında dəfn edilmişdir. Mərhum həyat yoldaşına ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etsə də oradan ona cavab olaraq bildirmişlər ki, məhkəməyə müraciət etsin. Məhkəməyə təqdim etdiyi Goranboy rayon İHB-nin Faxralı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş *7.04.2025-ci il tarixli 67 sayli arayışdan görünür ki, həqiqətən X6 *7.**.20*4-cü ildə Ukrayna Respublikasının Luqansk vilayətinin Staxanov şəhərində vəfat etmiş, 20 noyabr 20*4-cü il tarixdə Goranboy rayonu Faxralı kənd qəbiristanlığında dəfn edilmişdir. Məhkəməyə təqdim etdiyi Maraqlı şəxs ona ünvanladığı *4 aprel 2025-ci il tarixli məktubunda göstərilmişdir ki, sənədin əldə edilməsi mümkün olmadığı halda ölüm faktının təsdiq edilməsi üçün qanunvericiliklə müəyyən olnmuş qaydada məhkəməyə müraciət edilməlidir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinə uyğun izahat verərək, məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs X3 rəisi X5 bildirdi ki, Ərizəçi mərhum əri X4 ölümü barədə şəhadətnamə verilməsini xahiş etmişdir. Aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, Paşa İbrahimovun ölümü haqqında akt qeydi şöbənin arxivində aşkar edilməmişdir. Odur ki, ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Maraqlı şəxs *4.04.2025-ci il tarixli, 3-*6-5/8-*5-*4*/2025 nömrəli məktubundan görünür ki, X4 ölümü şöbənin arxivində və “X* sistemində” aşkar edilməmişdir; Goranboy rayon Fəxralı kənd icra nümayəndəliyi tərəfindən verilmiş 67 nömrəli, *7 aprel 2025-ci il tarixli arayışdan görünür ki, X6 *7.**.2024-cü ildə Ukrayna Respublikasının Luqansk vilayətinin Staxanov şəhərində vəfat etmiş və 20.**.20*4-cü ildə Goranboy rayon Faxralı kənd qəbiristanlığında dəfn olunmuşdur; Fotoşəkildən görünür ki, *962-ci il təvəllüdlü X6 20*4-cü il tarixdə vəfat etmiş və kənd qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, ərizəçinin əri X6 *7.**.20*4-cü ildə Ukrayna Respublikasının Luqansk vilayətinin Staxanov şəhərində vəfat etmiş və Goranboy rayonu Faxralı kənd qəbiristanlığında dəfn edilmişir. Ərizəçi ərinin ölümünü məhkəmə qərarı olmadan başqa yolla qeydə aldıra bilmir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – MPM): *4.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.*-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 2*7.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 307.*-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.3-cü maddəsinə əsasən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, 09 aprel *962-ci il tarixdə anadan olmuş X4 *7.**.20*4-cü ildə Ukrayna Respublikasının Luqansk vilayətinin Staxanov şəhərində ölməsinin qeydə alınması faktının müəyyən edilməsi üçün yoxlanılmış sübutlar vardır və həmin faktın başqa yolla müəyyən edilməsi mümkün olmadığından bu, məhkəmə qaydasında müəyyən edilməlidir. Göstərilənlərə əsasən MPM-in 2*6-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 09 aprel *962-ci il tarixdə anadan olmuş X4 *7.**.20*4-cü ildə Ukrayna Respublikasının Luqansk vilayətinin Staxanov şəhərində ölməsinin qeydə alınması faktı müəyyən edilsin. Qətnamədən onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Goranboy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №2(045)-1125/2025
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-1125/2025
03.09.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver