Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-1130/2025 19.08.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Bayramova Aytac Məhərrəm qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi oğlunun (Maraqlı şəxs kimi göstərilməklə) “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, *2 iyun *938-ci ildə Azərbaycan Respublikası Ucar rayonunda anadan olmuş, milliyyətcə azərbaycanlı, nənəsi X6 *8 noyabr *968-ci il tarixdə, Ucar rayonunda ölüm faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, 26 avqust *998-ci ildə Goranboy rayonunun Qızılhacılı qəsəbəsində anadan olmuşdur. Hazırda ailəsi ilə birlikdə yuxarıda qeyd etdiyi ünvanda yaşayır. Ölüm faktını müəyyən etdirmək istədiyi mərhum X*5 onun nənəsi olmuşdur, mərhum atasının anası olmuşdur. Nənəsi *2 iyun *938-ci ildə Ucar rayonunda anadan olmuşdur. Babası Ərizəçi Oruc oğlu ilə ailə qurduqdan sonra köçərək Goranboy rayonunun Qızılhacılı qəsəbəsində yaşamışdır. Birgə yaşadıqları müddətdə bir uşaqları olmuşdur. X2 - 2* sentyabr *963-cü il təvəllüdlü. Atası olduqdan az sonra, yəni *8 noyabr *968-ci il tarixdə nənəsi X*6 vəfat etmişdir və Ucar rayon qəbrstanlığında dəfn olunmuşdur. X2 *0 may 2004-cü il tarixdə Goranboy rayonu, Qızılhacılı qəsəbəsində vəfat etmişdir və Qızılhacılı qəsəbə qəbrstanlığında dəfn olunmuşdur. Bu günlərdə bilmişdir ki, nənəsinin ölümü barədə şəhadətnamə alınmamışdır. Ona görə də, nənəsinin ölümü barədə şəhadətnamə almaq üçün Maraqlı şəxsnə ərizə ilə müraciət etmişdir. Məhkəməyə təqdim etdiyi Maraqlı şəxs *4aprel 2025-ci il tarixli, 3-*6-5/8-*5-*42/2025 saylı cavab məktubundan görünür ki, ərizəsi müsbət həll olunmamışdır, ona məsləhət olunur ki, ölüm faktının təsdiq edilməsi üçün məhkəməyə müraciət etsin. İndi istəyir ki, nənəsinin ölüm faktı məhkəmə qaydasında müəyyən edilsin və ona nənəsinin ölümü barədə şəhadətnamə verilsin. Ona nənəsinin qeyd etdiyi vaxtda vəfat etməsinin məhkəmə qaydasında müəyyən olunması atasının pensiya kapitalının anası tərəfindən alınması üçün lazımdır. Bundan başqa nənəsinin ölüm faktının təsdiqlənməsi onun ölümü barədə şəhadətnamə almaq üçün də lazımdır. O, nənəsinin ölümü barədə şəhadətnaməni başqa qaydada ala bilmir. Məhkəməyə gətirəcəyi şahidlər təsdiq edərlər ki, həqiqətən də nənəsi X*6 qeyd etdiyi vaxtda vəfat etmişdir və kənd qəbiristanlıqda dəfn olunmuşdur. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinə uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən şahid X8 ifadəsində bildirdi ki, Ərizəçi onun bacısı nəvəsi, mərhum X*6 isə onun bacısı olmuşdur. Bacısı *8 noyabr *968-ci il tarixdə Ucar rayonu Qaradağlı kəndində vəfat etmişdir. Bacısının ölümü barədə rəsmi şəhadətnamə alınmamışdır. Belə ki, həmin vaxt o, 9-cu sinif şagirdi olmuşdur. Bununla bağlı daha sonra müvafiq orqanlara müraciət edilmiş, lakin ölümü barədə heç bir rəsmi sənəd ala bilməmişdir. Məhkəmə iclasında iştirak edən şahid X3 ifadəsində bildirdi ki, Ərizəçi onun bacısı nəvəsi, mərhum X*6 isə onun bacısıdır. Bacısının ürəyində müəyyən problemlər olmuş və ona görə də, *8 noyabr *968-ci il tarixdə, Ucar rayonu Qaradağlı kəndində vəfat etmişdir. X20 vəfat edən zaman onun 27 yaşı olmuşdur. Bacısının ölümü rəsmi qeydiyyata alınmamışdır. Bununla bağlı daha sonra müvafiq orqanlara müraciət edilmiş, lakin ölümü barədə heç bir rəsmi sənəd ala bilməmişdir. Maraqlı şəxs X9 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) *85-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə baxış iclasında iştirak etmiş maraqlı şəxs X4 rəisi X5 izahatında bildirmişdir ki, Ərizəçi nənəsi X6 ölümü haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Bununla bağlı şöbədə araşdırma aparılmış və məlum olmuşdur ki, X*0 ölümü haqqında akt qeydi şöbənin arxivində və Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktlarının” elektron İnformasiya sistemində aşkar edilməmişdir. Ərizənin təmin olunmasına etiraz etmədiyini bildirdi. Mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Goranboy rayon Qızılhacılı qəsəbə icra nümayəndəliyi tərəfindən verilmiş XXİ-ЖГ seriyalı 3*537* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi 26 avqust *998-ci ildə Goranboy rayonu Qızılhacılı qəsəbəsində doğulmuş, X2, anası X**r; Qasım-İsmayılov rayon Qızılhacılı kənd sovetliyi tərəfindən verilmiş A3 seriyalı 445668 nəmrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X7 2*.09.*963-cü ildə Qasım-İsmayılov rayonu, Qızılhacılı kəndində doğulmuş, atası Ərizəçi Oruc oğlu, anası X*2r; Goranboy rayon Qızılhacılı qəsəbə icra nümayəndəliyi tərəfindən verilmiş AZ-İ seriyalı 043909 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X7 *0 may 2004-cü ildə “ümumi intoksikasiya” səbəbindən ölmüşdür; Maraqlı şəxs tərəfindən verilmiş 3-*6-5/8-*5-*42/2025 nömrəli, *7.04.2025-ci il tarixli məktubundan görünür ki, X6 ölümü haqqında akt qeydi şöbənin arxivində və Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktlarının” “X* Sistemində” aşkar edilməmişdir; Məzar daşı fotoşəklindən görünür ki, *938-ci il təvəllüdlü Zəri Cəlal qızı *968-ci il tarixdə vəfat etmişdir. Məhkəmə ərizəçinn izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunur ki, ərizəçinin nənəsi X*6 *8 noyabr *968-ci il tarixdə Ucar rayonu Qaradağlı kəndində vəfat etmiş və həmin kəndin qəbiristanlığında dəfn edilmişir. Ərizəçi nənəsinin ölümünü məhkəmə qərarı olmadan başqa yolla qeydə aldıra bilmir. MPM-in: *4.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.*-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 2*7.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 307.*-ci maddəsinə əsasən, məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, *2 iyun *938-ci il tarixdə Ucar rayonunda anadan olmuş X6 *8 noyabr *968-ci il tarixdə Ucar rayonu Qaradağlı kəndində ölməsi faktının müəyyən edilməsi üçün yoxlanılmış sübutlar vardır və həmin faktın başqa yolla müəyyən edilməsi mümkün olmadığından bu, məhkəmə qaydasında müəyyən edilməlidir. Göstərilənlərə əsasən MPM-in 2*6-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. *2 iyun *938-ci il tarixdə Ucar rayonunda anadan olmuş X6 *8 noyabr *968-ci il tarixdə Ucar rayonu Qaradağlı kəndində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Goranboy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №2(045)-1130/2025
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-1130/2025
19.08.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver