Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-122/2023 06.01.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, X12 qızının katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs kimi göstərilməklə) “ölümün qeyd edilmə faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə və daha sonra tələbin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 27 oktyabr 1995-ci ildə Goranboy rayonu, Balakürd kəndinfə anadan olmuş oğlu X2 13 mart 2**8-ci ildə Goranboy rayonu, Balakürd kəndində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, 16 may 1965-ci ildə Goranboy rayonunun Balakürd kəndində anadan olmuş və hazırda da ailəsi ilə birlikdə həmin kanddə yaşayır. Ağabalayeva Hicran Nurəddin qızı ilə nikahlarını *7 dekabr 1992-ci il tarixdə Goranboy rayon İcra Hakimiyyətinin Qızılhacılı qəsəbə nümayəndəliyində rasmi qeyd etdirməklə ailə qurmuşdur. Birgə yaşadığı müddətdə 27 oktyabr 1995-ci il təvəllüdlü X8, *6 may 1997-ci il təvəllüdlü X5 və 24 oktyabr 2**9-cu il təvəllüdlü X3 adlı üç uşağı doğulmuşdur. Ölüm faktını müayyən etdirmək isdədiy oğlu X9 onun birinci övladı olmuşdur. Oğlu 12 yaşında həyətdə, ağacdan asılmış yeləncəkdə yellənərkən yellǝncəyin ipləri boğazına keçmiş, onu boğaraq öldürmüşdür. Oğlunun ölümü onu o qədər sarsıtmışdır ki, bu günə kimi özünə gələ bilmir, elə bil yuxudadır. Bu günlərdə Goranboy rayon Aqrar İslahat Komissiyasının qərarı ilə ailəsinin mülkiyyətinə verilmiş kənd təsərrüfatı təyinatlı 1.23 ha pay torpaq sahəsini sənədləşdirmək isdəyərkən ondan oğlu Asif Abbasovun ölümü haqqında şəhadətnaməni tələb etmişlər və o onda bilmidir ki, oğlunun ölümü rəsmi qeydə alınmamışdır. Çünki oğlunun ölümündən az sonra yaşadığı ərazi üzrə icra nümayəndəsi ona aid olan sənədləri ondan almışdır. O da bu günə kimi elə bilmişdir ki, oğlunun ölümü qeydə alınıb. Ona görə də oğlu Asif Abbasovun ölümü barədə şəhadətnamə almaq üçün Maraqlı şəxsnə ərizə ilə müraciət etmiş və Maraqlı şəxs *3 noyabr 2*22-ci il tarixli. *5/Q-621/15 saylı cavab məktubundan görünür ki, ölüm faktının tasdiq edilməsi üçün məhkəməyə müraciət etməyi tövsiy olunmuşdur. Hazırda istəyir ki, oğlu X2 ölümünün qeyd edilmə faktı məhkəmə qaydasında müəyyən edilsin və ona oğlunun ölümü barədə şəhadətnamə verilsin. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinə uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs X7 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən şahid X6 ifadə verərək bildirmişdir ki, o, ərizəçinin oğlu və mərhum Asif Abbasovun qardaşıdır. Mərhum qardaşı 13 mart 2**8-ci il tarixdə yelləncəkdə yellənərkən yelləncəyin ipləri onun boğazına ilişərək qardaşını boğub öldürmüşdür. Qardaşı vəfat edərəkən onun 11 yaşı olmuşdur. Məhkəmə ərizəçinin izahatını və şahid ifadəsini dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, ərizə təmin edilməlidir. Mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Goranboy rayon Balakürd icra nümayəndəliyi tərəfindən verilmiş 427 nömrəli, *3.11.2*22-ci il tarixli arayışdan görünür ki, mərhum X8 27 oktyabr 1995-ci il tarixdə anadan olmuş və 13 mart 2**8-ci ildə vəfat etmiş, Balakürd kənd qəbristanlığında dəfn olunmuşdur; Goranboy rayon Dövlət Arxivi tərəfindən verilmiş 17* nömrəli *2 noyabr 2*22-ci il tarixli arxiv arayışından görünür ki, X8 13 mart 2**8-ci ildə vəfat etmişdir; Goranboy rayon Qızılhacılı qəsəbə icra nümayəndəliyi tərəfindən verilmiş Vİ-JQ seriyalı 2716*6 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi ilə Ağabalayeva Hicran Nurəddin qızı arasında nikah *7.12.1992-ci il tarixdə bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında № 69 ilə qeyd edilmişdir; Goranboy rayon Qızılhacılı qəsəbə icra nümayəndəliyi tərəfindən verilmiş XX-JQ seriyalı 295245 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X6 *6 may 1997-ci ildə Goranboy rayonu Balakürd kəndində doğulmuş, atası Ərizəçi, anası Ağabalayeva Hicran Nurəddin qızıdır; Maraqlı şəxs tərəfindən verilmiş AZ seriyalı 363596 nömrəli arayışdan görünür ki, X8 27.1*.1995-ci ildə Goranboy rayonu, Balakürd kəndində doğulmuş, atası Ərizəçi,anası Ağabalayeva Hicran Nurəddin qızıdır; Goranboy rayon Balakürd kənd icra nümayəndəliyi tərəfindən verilmiş AZ-İİ seriyalı 387142 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X4 24.1*.2**9-cu ildə Goranboy şəhərində doğulmuş, atası Ərizəçi, anası Ağabalayeva Hicran Nurəddin qızıdır; Maraqlı şəxs *3.11.2*22-ci il tarixli, *5/Q-621/15 nömrəli məktubundan görünür ki, X2 ölümü haqqında akt qeydi Maraqlı şəxs arxivində və Ədliyyə Nazirliyinin “X1”də aşkar edilməmişdir. Fotoşəkildən görünür ki, X8 13.*3.2**8-ci ildə vəfat etmiş və onun xatirəsinə qəbiristanlıqda məzar daşı inşa edilmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, ərizəçinin oğlu X8 13 mart 2**8-ci il tarixdə Goranboy rayonu, Balakürd kəndində vəfat etmişdir. Ərizəçi oğlunun ölümünü başqa yolla qeydə ala bilmir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 3*7.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 3*7.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 3*8-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, 27.1*.1995-ci il tarixdə anadan olmuş X2 13 mart 2**8-ci il tarixdə Goranboy rayonu, Balakürd kəndində ölməsi faktının müəyyən edilməsi üçün yoxlanılmış sübutlar vardır və həmin faktın başqa yolla müəyyən edilməsi mümkün olmadığından bu, məhkəmə qaydasında müəyyən edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 216-22*, 36*-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 27.1*.1995-ci il tarixdə Goranboy rayonu, Balakürd kəndində anadan olmuş X2 13.*3.2**8-ci il tarixdə Goranboy rayonunun Balakürd kəndində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №2(045)-122/2023
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-122/2023
06.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver