Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-1264/2024 10.07.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hаkim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, X6 kаtibliyi, Ərizəçi iştirаkı ilə, Ərizəçi (Maraqlı şəxs kimi göstərilməklə) “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binаsındа, аçıq məhkəmə iclаsındа bахаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə və daha sonra dəqiqləşmə barədə ərizə ilə məhkəməyə müraciət edərək, barışıq sazişinə mövcud olan 3-cü bəndində yer alan aliment hissəsinin təsdiq edilməsi barədə qətnamə çıxarlmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Maraqlı şəxs ilə xx.xx.2015-ci ildə rəsmi nikaha daxil olmuşdur. Bu nikahdan xx.xx.2007-ci il təvəllüdlü X9, xx.xx.2016-cı il təvəllüdlü X10, xx.xx.2019-cu il təvəllüdlü X8 və xx.xx.2024-cu il təvvəlüdlü X11 dünayaya gəlmişdir. Onlar xx.xx.2024-cü il tarixdə maraqlı şəxslə mediasiya prosesində iştirak etmişlər və bu barədə barişıq sazişi bağlamışlar. xx.xx.2007-ci il təvəllüdlü X9, xx.xx.2016-cı il təvəllüdlü X10, xx.xx.2019-cu il təvəllüdlü X8 və xx.xx.2024- cu il təvvəlüdlü X2 üçün hər birinə 80 (səksən) manat olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat aliment verməsinə dair razılaşmaya gəlmişlər. O, məhkəməyə müraciət edərək barışıq sazişini təsdiq etmək istəyir. Məhkəmə iclasında Ərizəçi ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Həmçinin bildirdi ki, maraqlı şəxs tərəfindən mediasiya prosessində bağlanmış barışıq sazişinin şərtləri pozulmuşdur. Belə ki, maraqlı şəxs sazişin 3-cü bəndində uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 80 manat olmaqla, cəmi 320 manat məbləğində alimentin ödənilməsi hissəsini icra etmir. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxsə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinin tələblərinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2024-cü il tarixli barışıq sazişindən görünür ki, nikahlarının məhkəmə qaydasında pozulması, ata Maraqlı şəxs övladları xx.xx.2007 ci il təvəllüdlü X4, xx.xx.2016 cı il təvəllüdlü X5, xx.xx.2019 cu il təvəllüdlü X3 və xx.xx.2024 cü il təvəllüdlü X7 ana Ərizəçi himayəsində qalması, ata Maraqlı şəxs övladlarının saxlanması üçün xx.xx.2024 cü il tarixindən etibarən hər ay hər uşaq üçün 80 (səksən) manat dörd uşaq üçün 320 (üç yüz iyirmi) manat aliment ödəməyi, aliment elektron qaydada ödənilməsi, ana Ərizəçi övladlarının ata Maraqlı şəxs ilə istədiyi vaxt görüşməsinə, gəzməya aparmasına razı olması, iddiaçı Ərizəçi özünə məxsus toy qızılları özündə olduğu üçün qızılla bağlı heç bir tələbinin olmaması, iddiaçı Ərizəçi və cavabdeh Maraqlı şəxs yuxarıda qeyd olunan mübahisə ilə əlaqədar heç bir başqa tələblərinin olmaması barədə ümumi razılığa gəlmişlər; Goranboy Rayon Məhkəməsinin 2(045)-898/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı Ərizəçi ilə cavabdeh Maraqlı şəxs arasında 24 fevral 2015-cü il tarixdə Goranboy rayon Qeydiyyat şöbəsində bağlanmış və bu barədə akt qeydləri kitabında 47 nömrə ilə tərtib edilmiş nikah pozulması qət edilmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2015-ci il tarixdə nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 24 nömrə ilə qeyd edilmişdir. Tərəflərin birgə nikahından xx.xx.2007-ci il təvəllüdlü X9, xx.xx.2016-cı il təvəllüdlü X10, xx.xx.2019-cu il təvəllüdlü X8 və xx.xx.2024-cu il təvvəlüdlü X11 adlı uşaqları doğulmuşdur. Bundan sonra tərəflər arasında onların birgə yaşamasının və ailənin saxlanmasının qeyrimümkünlüyündən, yəni ailə münasibətlərindən irəli gələn mübahisə yaranmış və bununla bağlı “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq mübahisə ilə bağlı məhkəməyə müraciət etməzdən əvvəl tərəflər mediasiya prosesində iştirak etmişlər və bu prosesin nəticəsi olaraq 14 mart 2024-cü il tarixdə onların arasında barışıq sazişi bağlanmışdır. Həmin sazişin 3-cü bəndində əsasən maraqlı şəxs (ata) Maraqlı şəxs övladları xx.xx.2007-ci il təvəllüdlü X9, xx.xx.2016-cı il təvəllüdlü X10, xx.xx.2019-cu il təvəllüdlü X8 və xx.xx.2024-cu il təvvəlüdlü X1 üçün xx.xx.2024-cü ildən etibarən hər ay hər uşaq üçün 80 manat, dörd uşaq üçün 320 manat məbləğində aliment ödəməyi öz üzərinə götürmüşdür. Bununla bağlı mediasiya prosesində barışıq sazişi tərtib edilmişdir. Bundan başqa tərəflər arasında bağlanmış nikah qeydi Goranboy rayon Məhkəməsinin 2(045)-898/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə pozulmuşdur. Hazırda Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə həmin saziş üzrə ödənilməsini üzərinə götürdüyü hər ay dörd uşaq üçün 320 manat sabit pul məbləğində alimenti ödəmədiyini iddia edir və sazişin alimentin ödənilməsi hissəsində məcburi icra edilməsi üçün təsdiq edilməsini tələb edir. MPM-in: 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər; 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Azərbaycan Respublikası “Mediasiya haqqında” Qanunun: 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır; 34.2-ci maddəsinə əsasən Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur; 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər; 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə, mülki işin materiallarını nəzərdən keçirib, qanunvericiliyin yuxarıda göstərilən və bu sahəni tənzimləyən digər müddəalarını rəhbər tutub, qeyd edir ki, tərəflər arasında barışıq sazişi bağlandıqdan sonra Maraqlı şəxs həmin sazişin uşaqların saxlanılması üçün hər ay hər uşaq üçün 80 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində alimentin ödənilməsi hissəsinin könüllü icrasından imtina etmiş və Ərizəçi hər hansı məbləğdə aliment ödəməmişdir. Halbuki, o, barışıq sazişi üzrə ərizəçi ilə bu barədə razılığa gəlmiş və sazişin 8-ci bəndində tərəflərin bu sənədin məzmununu və onun icra edilməsinin nəticələrini tam başa düşməsi barədə qeyd edilmişdir. Həmin saziş hazırda da qüvvədədir. Bu səbəbdən məhkəmə Maraqlı şəxs hərəkətlərini onun barışıq sazişinin könüllü icrasından imtina olunması kimi qiymətləndirərək, belə qənaətə gəlir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Maraqlı şəxs hər ay hər uşaq üçün 80 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində alimentin tutulmasına dair barışıq sazişinin məcburi icrası üçün saziş həmin hissədə təsdiq edilməlidir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2024-cü il tarixdə mediasiya şurasında bağlanmış barışıq sazişinin 3-cü bəndində qeyd edilən “ata övladlarının saxlanması üçün xx.xx.2024-cü il tarixdən etibarən hər ay hər uşaq üçün 80 (səksən) manat, dörd uşaq üçün 320 (üç yüz iyirmi) manat ödəməyi öz öhdəsinə götürür” hissəsi təsdiq edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 217-ci, 355-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2024-cü il tarixdə mediasiya şurasında bağlanmış barışıq sazişinin 3-cü bəndində qeyd edilən “ata övladlarının saxlanması üçün xx.xx.2024-cü il tarixdən etibarən hər ay hər uşaq üçün 80 (səksən) manat, dörd uşaq üçün 320 (üç yüz iyirmi) manat ödəməyi öz öhdəsinə götürür” hissəsi təsdiq edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №2(045)-1264/2024
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-1264/2024
10.07.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver