Məhkəmə qərarları › İş №2(045)-1265/2024

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-1265/2024

11.07.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-1265/2024 11.07.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ X4 Məhəmməd oğlunun sədrliyi, məhkəmə iclasının katibi Vəliyev Rövşən Rafail oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs işitrakı ilə, Ərizəçi Maraqlı şəxs olmaqla «barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 29 aprel 2024-cü il tarixli, MŞG/MT/032-2024-00424 nömrəli barışıq sazişinin təsdiq edilməsi, xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmasından ötrü hər ay sabit pul məbləğində 150 (yüz əlli) manat alimentin onun xeyrinə Maraqlı şəxs tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi Maraqlı şəxs ilə 2014-cü ildə nikaha daxil olmuşdur. Onların, xx.xx.2017-ci il tarixdə X3 adlı övladı anadan olmuşdur. Hazırda onlar ayrılmışdır. Maraqlı şəxs ilə 29 aprel 2024-cü il tarixdə mediasiya prosesində MŞG/MT/032-2024-00424 nömrəli barışıq sazişi imzalamışlar. Barışıq sazişinə görə maraqlı şəxs uşağın saxlanılması üçün 29 aprel 2024-cü il tarixdən etibarən hər ay 150 manat məbləğində aliment pulunu ona ödəməlidir. Lakin maraqlı şəxs sazişin şərtlərinə əməl etməmişdir. Hazırkı vaxtadək uşağın saxlanılması üçün heç bir aliment ödəməmişdir. O, uşağın saxlanılması, ehtiyaclarının ödənilməsində çətinlik çəkir. Odur ki, maraqlı şəxs ilə aralarında imzalanmış 29 aprel 2024-cü il tarixli, MŞG/MT/032-2024-00424 nömrəli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılması üçün məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında bildirdi ki, onlar 29 aprel 2024-cü il tarixdə mediasiya prosesində MŞG/MT/032-2024-00424 nömrəli barışıq sazişi imzalamışlar. Lakin maraqlı şəxs alimenti ödəmir. Buna görə də ərizənin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında Maraqlı şəxs imkanı olmadığından aliment ödəyə bilmədiyini bildirmişdir. İş materiallarında olan 29 aprel 2024-cü il tarixli, MŞG/MT/032-2024-00424 nömrəli Barışıq Sazişindən görünür ki, ata Maraqlı şəxs övladı xx.xx.2017-ci il təvəllüdlü X1 üçün 29 aprel 2024-cü il tarixdən etibarən hər ay 150 (yüz əlli) manat alimenti ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Eyni Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Eyni Məcəllənin 355-26-cı maddəsində qeyd edilmişdir ki, Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq edilməsi xahiş olunmuş barışıq sazişi qanunvericiliyin tələblərinə riayət edilməklə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Bundan başqa məhkəmə barışıq sazişini nəzərdən keçirərkən müəyyən etdi ki, sazişin ikinci tərəfi müəyyən olunmuş aliment məbləğini sazişin birinci tərəfinə ödəməli olduğu halda buna əməl etməmiş, bu səbəbdən sazişin birinci tərəfi haqlı olaraq barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin müvafiq maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi Maraqlı şəxs olmaqla «barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair ərizəsi təmin edilsin. 29 aprel 2024-cü il tarixli, MŞG/MT/032-2024-00424 nömrəli barışıq sazişi təsdiq edilsin. 29 aprel 2024-cü ildən başlayaraq Maraqlı şəxs xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq Ərizəçi ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemindən istifadə edilməklə elektron qaydada Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Toğrul Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar