Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-131/2024 09.01.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi, Ərizəçi vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs kimi göstərilməklə) “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə və daha sonra dəqiqləşmə barədə ərizə ilə məhkəməyə müraciət edərək, əri X3 ölüm faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx xxxx *973-cü ildə Goranboy rayonunun Yolqulular kəndində anadan olmuşdur. Ailə qurduqdan sonra yuxarıda qeyd etdiyi ünvanda yaşayır. Ölüm faktını müəyyən etdirmək istədiyi mərhum X8 onun əri olmuşdur. Bu barədə olan ** oktyabr *993-cü il tarixli V- JF №495984 nömrəli Goranboy rayonu, Sarov nümayəndəliyində qeydə alınmış nikahın bağlanması haqqında şəhadətnamənin təsdiqlənmiş surətini məhkəməyə təqdim edir. Mərhum əri 05 mart *968ci il tarixdə Qasım İsmayılov rayonunun (indiki Goranboy rayonu) Sarov kəndində anadan olmuşdur. Uzun müddət idi ki, xəstə idi, ürək çatışmamızlığından əziyyət çəkirdi. Əri uzun surən xəstəlikdən sonra 20 noyabr 202*-ci il tarixdə, Goranboy rayonunun Quşçular kəndində vəfat etmişdir və Quşçular kənd qəbiristanlığında dəfn olunmuşdur. Bu barədə olan 23 oktyabr 2023-cü il tarixli, *3 saylı Bələdiyyə arayışını məhkəməyə təqdim edir. Ərinin ölümündən sonra onun səhhətində də problemlər oldu, elə indi də müalicə olunur. Ona görə də, bugünə kimi ölüm haqqında şəhadətnamə almamışdır. Bugünlərdə ərinin ölümü barədə şəhadətnamə almaq üçün Maraqlı şəxsnə ərizə ilə müraciət etmişdir. Məhkəməyə təqdim etdiyi Maraqlı şəxs 26 oktyabr 2023-cü il tarixli, 03-*6-5/8-7**/*5-2023 sayın cavab məktubundan görünür ki, ərizəsi müsbət həll olunmamış və ona məsləhət olunur ki, ölüm faktının təsdiq edilməsi üçün məhkəməyə müraciət etsin. İndi istəyir ki, ərinin ölüm faktı məhkəmə qaydasında müəyyən edilsin və ona ərinin ölümü barədə şəhadətnamə verilsin. Ona ərinin qeyd etdiyi vaxtda vəfat etməsinin məhkəmə qaydasında müəyyən olunması ondan miras qalan əmlaka vərəsəlik hüququnun tanınması üçün lazımdır. O, ərinin ölümü barədə şəhadətnaməni başqa qaydada ala bilmir. Məhkəməyə gətirəcəyi şahidlər təsdiq edərlər ki, həqiqətən də əri qeyd etdiyi vaxtda vəfat etmişdir və Goranboy rayonu Quşçular kənd qəbiristanlıqda dəfn olunmuşdur Məhkəmə iclasında iştirak edən Ərizəçi və nümayəndəsi və vəkili Vəkil ərizəyə uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs X*0 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında iştirak etməmiş və ərizə ilə müraciət edərək nümayəndələrinin iştirakı olmadan işə baxılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən şahid X* ifadə verərək bildirmişdir ki, Ərizəçi onun xalası nəvəsidir. Ərizəçi yoldaşı Vüqar Qəhrəmanov 20 noyabr 202*-ci il tarixdə vəfat etmiş və kənd qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə iclasında iştirak edən şahid X6 ifadə verərək bildirmişdir ki, Ərizəçi onun qızı mərhum Vüqar Qəhrəmanov isə kürəkənidir. Kürəkəni şəkər xəstəliyindən 20 noyabr 202*-ci il tarixdə vəfat etmişdir. Mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Maraqlı şəxs tərəfindən verilmiş AZ-İİ seriyalı 39289* nömrəli arayışdan görünür ki, X8 05.03.*968-ci ildə Goranboy rayonu, Quşçular kəndində doğulmuş, atası X5, anası X2r; Goranboy Rayon Sarov Kənd İcra Nümayəndəliyi tərəfindən verilmiş 495984 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X8 ilə X7 arasında **.*0.*993-cü il tarixdə nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında *5 nömrə ilə qeyd edilmişdir; Maraqlı şəxs 26.*0.2023-cü il tarixli, 3-*6-5/8-7**/*5 nömrəli məktubundan görünür ki, X3 ölümü haqqında akt qeydi Maraqlı şəxs arxivində və Ədliyyə Nazirliyinin “X4”də aşkar edilməmişdir; Fotoşəkildən görünür ki, X8 20.**.202*-ci ildə vəfat etmiş və onun xatirəsinə qəbiristanlıqda məzar daşı inşa edilmişdir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, ərizə təmin edilməlidir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, ərizəçinin əri X8 20.**.202*-ci il tarixdə Goranboy rayonu, Quşçular kəndində vəfat etmiş və ərizəçi ərinin ölümünü başqa yolla qeydə ala bilmir. MPM-in: *4.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.*-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 2*7.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 307.*-ci maddəsinə əsasən, məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, 05 mart *968-ci il tarixdə Goranboy rayonu, Sarov kəndində anadan olmuş X3 20 noyabr 202*-ci il tarixdə Goranboy rayonu, Quşçular kəndində ölməsi faktının müəyyən edilməsi üçün yoxlanılmış sübutlar vardır və həmin faktın başqa yolla müəyyən edilməsi mümkün olmadığından bu, məhkəmə qaydasında müəyyən edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 2*6-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 05 mart *968-ci il tarixdə Goranboy rayonu, Sarov kəndində anadan olmuş X3 20 noyabr 202*-ci il tarixdə Goranboy rayonu, Quşçular kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №2(045)-131/2024
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-131/2024
09.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver