Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-1337/2025 22.10.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ X40 Samir oğlunun sədrliyi, Səmədzadə Səməd Dilqəm oğlunun katibliyi ilə, Ərizəçi (Maraqlı şəxs kimi göstərilməklə) “ölümün qeyd edilmə faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək X4nun ** iyun *964-cü ildə Goranboy rayonunun Goranlı kəndində ölümünün qeyd edilmə faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X22 onun ana babası olmuşdur. O, xx xxxxxxx *966-cı ildə Goranboy rayonunun Goranlı kəndində anadan olmuşdur. Məhkəməyə təqdim etdiyimi Maraqlı şəxs tərəfindən verilmiş 08 oktyabr *966-cı il tarixli, AZ №**496*2 nömrəli doğum haqqında şəhadətnamənin surətindən də görünür ki, atası X6, anası isə X*0r. Babasının beş övladı olmuşdur ki,onların hamısı vəfat etmişdirlər. X4 ** iyun *964-cü ildə Goranboy rayonu, Goran kəndində vəfat etmişdir və kənd qəbrstanlığında dəfin olunmuşdur. Bu günlərdə bilmişdir ki, babasının ölümü qeydiyyata alınmamışdır və ölüm haqqında şəhadətnamə verilməmişdir. Onun ölümü barədə şəhadətnamə almaq üçün Maraqlı şəxsnə ərizə ilə müraciət etmişdir. Məhkəməyə təqdim etdiyi Qeydiyyat Şöbəsinin 30 iyun 2025-ci il tarixli №-3-*6-5/8-*5-224/2025 saylı cavab məktubundan görünür ki, ərizəsi müsbət həll olunmamışdır, ona məsləhət olunur ki, ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etsin. İndi istəyir ki, mərhum babasının ölüm faktı məhkəmə qaydasında müəyyən edilsin və ona mərhum babasının ölümü barədə şəhadətnamə verilsin. Məhkəmədən ərizəsinin təmin edilməsini xahiş etmişdir. Ərizəçiyə və Maraqlı şəxs nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilsə də, onlar məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) *85-ci maddəsinə əsasən işə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, ərizə təmin edilməlidir. Mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında 823*748 №-li Arayışdan görünür ki, Ərizəçi xx.xx.*966-cı il tarixdə Goranboy rayonunda anadan olmuşdur. 28 yanvar 2025-ci il tarixdən Gəncə şəhəri Kəpəz rayonu DOS-*02, ev *46, mənzil 52-də qeydiyyatdadır; Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi * saylı Gəncə Regional “Asan Xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli Arayışdan görünür ki, Ərizəçi xx.xx.*966-cı il tarixdə Goranboy rayonunda anadan olmuşdur. Oğlu - X*7 (04.03.20*4); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi * saylı Gəncə Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən verilmiş ** iyun 2025-ci il tarixli məktubundan görünür ki, miras qoyanın X5nun ölüm faktının və X** X*2 olması faktının müəyyənləşdirilməsi ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət edə bilməsi göstərilmişdir; Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.*966-cı il tarixdə Goranboy rayonunda anadan olmuşdur. Gəncə şəhəri Kəpəz rayonu DOS-*02, ev *46, mənzil 52-də qeydiyyatdadır; AЗ № **496*2 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxxxxx *966-cı il tarixdə Qasım İsmayılov rayonun Goranlı kəndində anadan olmuşdur. X2, anası isə X*3r; ИЕ № 265575 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X23 3* oktyabr *925-ci il tarixdə Qasım İsmayılov rayonunda anadan olmuşdur. X5, anası isə X*5r; ИЕ № 627*38 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X24 25 iyun *935-ci il tarixdə Qasım İsmayılov rayonuna anadan olmuşdur. X5, anası isə X*5r; Maraqlı şəxs tərəfindən verilmiş 2* iyun 2024-cü il tarixli, AZ- İİ № 423569 saylı Azərbaycan Respublikası ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X*8 *3 iyun 2024-cü il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2024-cü ilin 06 ayının *4 günündə 325 № ilə qeyd edilmişdir. Ölümün səbəbi: Digər beyinxadili qansızma; Maraqlı şəxs tərəfindən verilmiş 27 noyabr 20*8-ci il tarixli, AZ- İ № 975968 saylı Azərbaycan Respublikası ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X27 *5 noyabr 20*8-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 20*8-ci ilin ** ayının 27 günündə 264 № ilə qeyd edilmişdir. Ölümün səbəbi: Xərçəng kaxeksiyası; Maraqlı şəxs tərəfindən verilmiş *4 iyul 20*2-ci il tarixli, AZ- İ № 56376* saylı Azərbaycan Respublikası ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X23 *2 iyul 20*2-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 20*2-ci ilin iyul ayının *4 günündə 05 № ilə qeyd edilmişdir. Ölümün səbəbi: Ürək çatışmamazlığı; Maraqlı şəxs tərəfindən verilmiş 28 aprel 20*5-ci il tarixli, AZ- İ № 744075 saylı Azərbaycan Respublikası ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X*9 25 avqust 2008-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2008ci ilin 08 ayının 27 günündə 05 № ilə qeyd edilmişdir. Ölümün səbəbi: Xərçəng kaxeksiyası, prostat vəzinin xərçəngi; Maraqlı şəxs tərəfindən verilmiş 30 aprel 2025-ci il tarixli № *24 saylı Arayışın surətindən görünür ki, XX.XX.*900-cü ildə Azərbaycan Respublikasının Goranboy rayonunun Goranlı kəndində anadan olmuş X9 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır; Maraqlı şəxs tərəfindən verilmiş 30 iyun 2025-ci il tarixli, 3-*6-5/8—*5-224/2025 saylı məktubundan da görünür ki, Ərizəçi babasının ölümü haqqında akt qeydi şöbənin arxivində və Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktlarının” “X* Sistemində” aşkar edilməmişdir; Azərbaycan Respublikası Goranboy rayon İHB-nın Goranlı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 03 sentyabr 2025-ci il tarixli, № 4* saylı Arayışdan da görünür ki, X22 ** iyun *964-cü ildə vəfat etmiş və Goranboy rayonu Goranlı kəndində dəfn olunmuşdur; "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 2*976 nömrəli qəbzdən görünür ki, ərizəçi hazırkı tələb üzrə *00 manat məbləğində dövlət rüsumu ödəmişdir; Əvvəlki məhkəmə iclasında iştirak etmiş şahid X*6 ifadəsində göstərmişdir ki, ərizəçi onun xalası oğludur. X22 isə onun babasıdır. O, ** iyun *964-cü ildə Goranboy rayonu Goran kəndində rəhmətə getmişdir və kənd qəbirstanlığında dəfn olunmuşdur. Keçmiş dövrdə qəbirlərin üstü götürülmədiyindən qəbirlərin itib – batdığını bildirmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş şahid X*4 ifadəsində göstərmişdir ki, ərizəçi onun bibisi oğludur. X22 isə onun babasıdır. O, ** iyun *964-cü ildə Goranboy rayonu Goran kəndində rəhmətə getmişdir və kənd qəbirstanlığında dəfn olunmuşdur. Əvvəlki məhkəmə iclasında iştirak etmiş şahid X3 ifadəsində göstərmişdir ki, X22 onun babasıdır. O, ** iyun *964-cü ildə Goranboy rayonu Goran kəndində rəhmətə getmişdir və kənd qəbirstanlığında dəfn olunmuşdur. Keçmiş dövrdə qəbirlərin üstü götürülmədiyindən qəbirlərin itib – batdığını bildirmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, ərizəçinin babası, *900-cı il təvəllüdlü X22 ** iyun *964-cü il tarixdə Goranboy rayonun Goranlı kəndində vəfat etmişdir. Ərizəçi babasının ölümünü məhkəmə qərarı olmadan başqa yolla qeydə aldıra bilmir. MPM-nin: *4.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.*-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 2*7.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 307.*-ci maddəsinə əsasən, məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, *900-cı il təvəllüdlü X9 ** iyun *964-cü il tarixdə Goranboy rayonun Goranlı kəndində ölməsi faktının müəyyən edilməsi üçün yoxlanılmış sübutlar vardır və həmin faktın başqa yolla müəyyən edilməsi mümkün olmadığından bu, məhkəmə qaydasında müəyyən edilməlidir. Göstərilənlərə əsasən və MPM-nin 2*6-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. *900-cı il tarixdə Goranboy rayonun Goranlı kəndində anadan olmuş X9 ** iyun *964cü il tarixdə Goranboy rayonun Goranlı kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Hafiz Əliyev
Məhkəmə qərarları › İş №2(045)-1337/2025
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-1337/2025
22.10.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver