Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-1413/2025 17.09.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ X23 Samir oğlunun sədrliyi, Səmədzadə Səməd Dilqəm oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs kimi göstərilməklə) “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum X8 29 may 20*3-cü il tarixdə Goranboy rayonun Veyisli kəndində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o Tərtər şəhərində anadan olmuş, hazırda isə Goranboy rayonun Veyisli kəndində yaşayır. Mərhum atası X*5 29 may 20*3cü ildə Goranboy rayonunun Veyisli kəndində vəfat etmiş və həmin tarixdə də Tərtər rayonunun Düyərli kənd qəbrstanlığında dəfn edilmişdir. Mərhum atasına ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə ərizə ilə müraciət etmişdir. Məhkəməyə təqdim etdiyi Maraqlı şəxs 07 iyul 2025-ci il tarixli, 3-*6-5/8-*5-239/2025 saylı cavab məktubundan görünür ki, ərizəsi müsbət həll olunmamışdır, ona məsləhət olunur ki, ölüm faktının təsdiq edilməsi üçün məhkəməyə müraciət etsin. İndi istəyir ki, atasının ölüm faktı məhkəmə qaydasında müəyyən edilsin və ona atasının ölümü barədə şəhadətnamə verilsin. Ona atasının qeyd etdiyi vaxtda vəfat etməsinin məhkəmə qaydasında müəyyən olunması onun ölümünü qeydə aldırmaq üçün lazımdır ki, gələcəkdə hər-hansı bir problemi olmasın. O atasının ölümü barədə şəhadətnaməni başqa qaydada ala bilmir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinə uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) *85-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, ərizə təmin edilməlidir. Mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Gopranboy RİHB-nın Veyisli kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 07 iyul 2025-ci il tarixli, 5-45-*0/2-*90/2025 saylı arayışdan görünür ki, Ərizəçi həqiqətən Goranboy rayonun Veyisli kəndində daimi qeydiyyatda olmaqla yaşayır, atası X2 qeydiyyatda olmuşdur, 20*3-cü ildə vəfat etmişdir. Tərtər rayonun Düyərli kənd qəbirstanlığında dəfn olunmuşdur; Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.*979-cu il tarixdə Tərtər şəhərində anadan olmuşdur. Goranboy rayonun Veyisli kəndində qeydiyyatdadır; Maraqlı şəxs tərəfindən verilmiş 3-*6-5/8-*5-239/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Ərizəçi atasının ölümü haqqında akt qeydi şöbənin arxivində və Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktlarının” “X* Sistemində” aşkar edilməmişdir; Vİ-ЖГ № 260*70 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X*0 xx xxxxxxx *979-cu il tarixdə Mirbəşir rayonunda andan olmuşdur. X5, anası X7r; İİ-ЖГ № 293702 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X*2 22 mart *966-cı il tarixdə Mirbəşir rayonunda andan olmuşdur. X5, anası X7r; İİ-ЖГ № 293704 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X** 0* iyun *970-ci il tarixdə Mirbəşir rayonunda andan olmuşdur. X5, anası X7r; 30 mart *973-cü il tarixli, № 03**03 saylı hərbi biletin surətindən görünür ki, X*6 *938ci ildə Ağdam rayonunda hərbi xidmətdə olmuşur; Azərbaycan Respublikası Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, X6 *5.05.*968-ci il tarixdə anadan olmuşdur; Azərbaycan Respublikası Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, X9 *5.09.*973-cü il tarixdə anadan olmuşdur; Azərbaycan Respublikası Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, X*7 07.08.*977-ci il tarixdə Tər-Tər şəhərində anadan olmuşdur. Goranboy rayonun Veyisli kəndində qeydiyyatdadır; Fotoşəkildən görünür ki, X*5 20*3-cü il tarixdə vəfat etmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, ərizəçinin atası *938-ci il təvəllüdlü X*5 29 may 20*3-cü il tarixdə Goranboy rayonu, Veyisli kəndində vəfat etmişdir. Ərizəçi atasının ölümünü məhkəmə qərarı olmadan başqa yolla qeydə aldıra bilmir. MPM-nin: *4.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.*-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 2*7.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 307.*-ci maddəsinə əsasən, məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, X8 29 may 20*3-cü il tarixdə Goranboy rayonun Veyisli kəndində ölməsi faktının müəyyən edilməsi üçün yoxlanılmış sübutlar vardır və həmin faktın başqa yolla müəyyən edilməsi mümkün olmadığından bu, məhkəmə qaydasında müəyyən edilməlidir. Göstərilənlərə əsasən və MPM-nin 2*6-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. *938-ci ildə doğulmuş X8 29 may 20*3-cü il tarixdə Goranboy rayonun Veyisli kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Hafiz Əliyev
Məhkəmə qərarları › İş №2(045)-1413/2025
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-1413/2025
17.09.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver