Məhkəmə qərarları › İş №2(045)-1428/2025

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-1428/2025

22.10.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-1428/2025 22.10.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ X*6 Samir oğlunun sədrliyi, Səmədzadə Səməd Dilqəm oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs kimi göstərilməklə) “ölümün qeyd edilmə faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 02 fevral *958-ci ildə Qasım İsmayılov rayonun (indiki Goranboy rayonu) Dəliməmmədli qəsəbəsində anadan olmuş, Azərbaycanlı, əri X3 *6 yanvar 2007-ci il tarixdə Ukrayna Respublikasının Luqansk şəhərində ölümünün qeyd edilmə faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, ailəsi ilə birlikdə yuxarıda qeyd etdiyi ünvanda, Goranboy rayonunun Dəliməmmədli şəhərində yaşayır. Ölüm faktını müəyyən etdirmək isdədiyi mərhum X7 onun əri olmuşdur. Onunla 02 aprel *984-cü ildə nikahlarını Qasım İsmayılov rayonu (indiki Goranboy rayonu) Dəliməmmədli qəsəbə sovetliyində rəsmi qeyd etdirməklə ailə qurub evlənmişlər. Birgə yaşadıqları müddətdə iki uşaqları olmuşdur: X8-*7 yanvar *985-ci il təvəllüdlü və X6-*9 fevral *987-ci il təvəllüdlü. Həyat yoldaşı Hafiz Ələsgərov 2005-ci ildə Ukrayna Respublikasının Luqansk şəhərinə qardaşının yanına işləməyə getmişdi. Lakin, həyat yoldaşı bir müddət işlədikdən sonra səhhətində problem yaranmışdır. Bir müddət həmin şəhərdə müalicə olunsa da *6 yanvar 2007-ci il tarixdə vəfat etmişdir. Bu barədə olan Ölüm haqqında tibbi şəhadətnaməni məhkəməyə təqdim etmiş, həyat yoldaşımın cənazəsini yaşadıqları Azərbaycan Respublikası Goranboy rayonu, Dəliməmmədli şəhərinə gətirərək *9.0*.2007-ci il tarixdə şəhər qəbrstanlığında dəfn edilmişdir. Bu günlərdə həyat yoldaşı X4 ölümü barədə şəhadətnamə almaq üçün Maraqlı şəxsnə ərizə ilə müraciət etmişdir. Məhkəməyə təqdim etdiyim Qeydiyyat şöbəsinin 08 iyul 2025-ci il tarixli №-3-*6-5/8-*5-242/2025 saylı cavab məktubundan görünür ki, ərizəsi müsbət həll olunmamışdır, ona məsləhət olunur ki, ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etsin. İndi istəyir ki, mərhum yoldaşının ölüm faktı məhkəmə qaydasında müəyyən edilsin və ona yoldaşının ölümü barədə şəhadətnamə verilsin. Məhkəmədən ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinə uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilsə də, nümayəndə məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) *85-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, ərizə təmin edilməlidir. Mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Goranboy RİHB-nın Dəliməmmədli şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 09 iyul 2025-ci il tarixli, 307 nömrəli arayışından görünür ki, Ərizəçi həqiqətən Goranboy rayonun Dəliməmmədli şəhəri T.Əkbəri küçəsi ev *4-də daimi qeydiyyatda olmaqla yaşayır, mərhum əri X9 *9.0*.2007-ci ildə Dəliməmmədli şəhər qəbirstanlığında dəfn edilmişdir; Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.*963-cü il tarixdə anadan olmuşdur; İİ-ЖГ № 290747 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X9 ilə X5 02 aprel *984-cü il tarixdə *2 nömrə qeydiyyatı ilə nikah bağlamışılar. Nikah bağlandıqdan sonra ərə Ələsgərov, arvada Ələsgərova soyadı verilmişdir; Xİİ-ЖГ № 358583 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 *9 fevral *987-ci il tarixdə Qasım İsmayılov rayonun Dəliməmmədli şəhərində andan olmuşdur. X2, anası Ərizəçidır; X-ЖГ № 337674 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 *7 yanvar *985-ci il tarixdə Qasım İsmayılov rayonun Dəliməmmədli şəhərində anadan olmuşdur. X2, anası Ərizəçidır; № 07753* saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 *6 yanvar 2007-ci il tarixdə Ukrayna Respublikasının Luqansk şəhərində vəfat etmişdir; Maraqlı şəxs tərəfindən verilmiş 3-*6-5/8-*5-242/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Ərizəçi yoldaşının ölümü haqqında akt qeydi şöbənin arxivində və Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktlarının” “X* Sistemində” aşkar edilməmişdir; Fotoşəkildən də görünür ki, X9 2007-ci il tarixdə vəfat etmişdir; "xxxx" ASC tərəfindən verilmiş *6.07.2025-ci il tarixli, 8*95 nömrəli qəbzdən görünür ki, ərizəçi hazırkı tələb üzrə *00 manat məbləğində dövlət rüsumu ödəmişdir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Goranboy rayon Polis Şöbəsi tərəfindən verilmiş 0* oktyabr 2025-ci il tarixli, 3-*3-75/2-*8220/25 saylı məktubundan da görünür ki, 02 fevral *958-ci il təvəllüdlü, Goranboy rayonu Dəliməmmədli şəhərində anadan olmuş X3 fərdi uçot kartoçkası qeydə alınmışdır. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, ərizəçinin həyat yoldaşı 02 fevral *958-ci il təvəllüdlü X9 *6 yanvar 2007-ci il tarixdə Ukrayna Respublikasının Luqansk şəhərində vəfat etmişdir. Ərizəçi həyat yoldaşının ölümünü məhkəmə qərarı olmadan başqa yolla qeydə aldıra bilmir. MPM-nin: *4.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.*-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 2*7.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 307.*-ci maddəsinə əsasən, məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, X3 *6 yanvar 2007-ci il tarixdə Ukrayna Respublikasının Luqansk şəhərində ölməsi faktının müəyyən edilməsi üçün yoxlanılmış sübutlar vardır və həmin faktın başqa yolla müəyyən edilməsi mümkün olmadığından bu, məhkəmə qaydasında müəyyən edilməlidir. Göstərilənlərə əsasən və MPM-nin 2*6-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 02 fevral *958-ci ildə doğulmuş X3 *6 yanvar 2007-ci il tarixdə Ukrayna Respublikasının Luqansk şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Hafiz Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar