Məhkəmə qərarları › İş №2(045)-1435/2024

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-1435/2024

02.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-1435/2024 02.10.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Qasımov Behbud Telman oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxslər Maraqlı şəxs2 və Maraqlı şəxs* rəisi X2 iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs* və X*0 maraqlı şəxs kimi göstərilməklə) “ölümün qeydə alinması” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 20.0*.*985-ci il tarixdə Goranboy rayonu, Xanqərvənd kəndində doğulmuş qardaşı oğlu X6 *0 iyun 2024-cü il tarixdə Goranboy rayonu Xanqərvənd kəndində ölməsinə dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx xxxxxxxx *972-ci ildə Goranboy rayonu, Xanqərvənd kəndində anadan olmuşdur. Hazırda da Goranboy şəhərində yaşayır. Ölüm faktını müəyyən etdirmək istədiyi mərhum X** onun qardaşı oğludur. Onun qardaşı oğlu X** 20.0*.*985-ci il tarixdə Goranboy rayonu, Xanqərvənd kəndində anadan olmuşdur. O, *0.06.2024-cü il tarixdə Goranboy rayonu, Xanqərəvnd kənd ərazisində baş vermiş avto-qəza nəticəsində vəfat etmiş və *0.06.2024-cü il tarixdə Goranboy rayonu Xanqərvənd kənd qəbirstanlığında dəfn edilmişdir. (Goranboy rayon Xanqərvənd kənd icra nümayəndəliyinin 23 iyul 2024-cü il tarixli, 3*7 nömrəli arayışı ərizəyə əlavə etmiş). Ölüm haqqında şəhadətnamə alınması üçün o Maraqlı şəxs*nə müraciət etmiş, lakin ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün mərhum qardaşı oğlu X6 adına ölüm haqqında şəhadətnamə verilməmişdir. (Maraqlı şəxs* 3-*6-5/8-*5-239/2024 nömrəli, xx.xx.2024-cü il tarixli məktubu ərizəyə əlavə etmiş). Qardaşı oğlunun ölümü ona çox pis təsir etmişdir və Əhmədin ölümünü qəbul edə bilmədiyi üçün bu günə kimi ona ölüm haqqında şəhadətnamə almamışdır. X6 valideyinləridə bu ölümü qəbul edə bilmədiyi üçün o məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İndi istəyir ki, qardaşı oğlu X6 ölüm faktı məhkəmə qaydasında müəyyən edilsin və ona X6 ölümü barədə şəhadətnamə verilsin. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinə uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs X5 rəisi X7 izahatında göstərdi ki, rayon Qeydiyyat şöbəsinə X6 ölümü barədə şəhadətnamə verilməsi üçün müraciət edilmiş, lakin aparılmış yoxlama nəticəsində şöbənin arxivində və Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktlarının” X* sistemində həmin şəxsin ölümü barədə məlumat aşkar edilməmişdir. Ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs2 izahatında göstərdi ki, ölüm faktını müəyyən etdirmək istədiyi mərhum X** onun oğludur. O, *0.06.2024-cü il tarixdə Goranboy rayonu, Xanqərəvnd kənd ərazisində baş vermiş avtoqəza nəticəsində vəfat etmiş və *0.06.2024-cü il tarixdə Goranboy rayonu Xanqərvənd kənd qəbiristanlığında dəfn edilmişdir. Oğlunun ölümü ona çox pis təsir etmişdir və Əhmədin ölümünü qəbul edə bilmədiyi üçün bugünə kimi ona ölüm haqqında şəhadətnamə almamışdır. Mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Goranboy rayon Xanqərvənd kənd icra nümayəndəliyi tərəfindən verilmiş 23 iyul 2024-cü il tarixli, 3*7 nömrəli arayışdan görünür ki, 20.0*.*985-ci il təvəllüdlü Bakı şəhər Binəqədi rayon sakini X**, Goranboy rayon Xanqərvənd kəndində yaşamış, *0.06.2024-cü il tarixdə vəfat etmiş, Goranboy rayon Xanqərvənd kənd qəbirstanlığında dəfn edilmişdir; Maraqlı şəxs* xx.xx.2024-cü il tarixli, 3-*6-5/8-*5-239/2024 nömrəli məktubundan görünür ki, X6 ölümü şöbənin arxivində və “X* sistemində” aşkar edilməmişdir; Maraqlı şəxs* tərəfindən verilmiş AZ-İV seriyalı 5**840 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 08.*2.2020-ci ildə Mingəçevir şəhərində doğulmuşdur, atası X**, anası X8r; Maraqlı şəxs* tərəfindən verilmiş AZ-İİİ seriyalı 6*2036 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 25.08.20*5-ci ildə Bakı şəhəri, Səbail rayonunda doğulmuşdur, atası X**, anası X8r; Maraqlı şəxs* tərəfindən verilmiş AZ-İİİ seriyalı 8947*4 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X*5 24.0*.20*7-ci ildə Bakı şəhəri, Səbail rayonunda doğulmuşdur, atası X**, anası X8r; Qasım-İsmayılov rayon ВВАГ şöbəsi tərəfindən verilmiş X-ЖГ seriyalı 4*6693 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X** 20 yanvar *985-ci ildə Qasım- İsmayılov şəhərində doğulmuşdur, atası Maraqlı şəxs2, anası X9r; Fotoşəkildən görünür ki, 20.0*.*985-ci il təvəllüdlü X** *0.06.2024-cü il tarixdə vəfat etmişdir; 006038 nömrəli, *9 aprel 20*8-ci il tarixli vəsiqəsindən görünür ki, Ərizəçi ikinci qrup əlildir. Məhkəmə ərizəçinin və maraqlı şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, ərizəçinin qardaşı oğlu X** *0.06.2024-cü il tarixdə Goranboy rayonu Xanqərvənd kəndində avtomobil qəzası nəticəsində vəfat etmiş və Goranboy rayonu Xanqərvənd kənd qəbiristanlığında dəfn edilmişir. Ərizəçi qardaşı oğlunun ölümünü məhkəmə qərarı olmadan başqa yolla qeydə aldıra bilmir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM): *4.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.*-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 2*7.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 307.*-ci maddəsinə əsasən, məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, 20.0*.*985-ci il tarixdə anadan olmuş X6 *0.06.2024-cü il tarixdə ölməsi faktının müəyyən edilməsi üçün yoxlanılmış sübutlar vardır və həmin faktın başqa yolla müəyyən edilməsi mümkün olmadığından bu, məhkəmə qaydasında müəyyən edilməlidir. Odur ki, ərizə təmin edilməli və 20.0*.*985-ci il tarixdə Goranboy rayonu Xanqərvənd kəndində doğulmuş X6 *0.06.2024-cü il tarixdə Goranboy rayonu Xanqərvənd kəndində ölməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 2*6-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 20.0*.*985-ci il tarixdə Goranboy rayonu Xanqərvənd kəndində doğulmuş X6 *0.06.2024-cü il tarixdə Goranboy rayonu Xanqərvənd kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar