Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-1529/2024 28.08.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hаkim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, X2 kаtibliyi, Ərizəçi iştirаkı ilə, Ərizəçi (Maraqlı şəxs kimi göstərilməklə) “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binаsındа, аçıq məhkəmə iclаsındа bахаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə və daha sonra dəqiqləşmə barədə ərizə ilə məhkəməyə müraciət edərək, barışıq sazişinə mövcud olan 3-cü bəndidə yer alan aliment hissəsinin təsdiq edilməsi barədə qətnamə çıxarlmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Maraqlı şəxs ilə xx.xx.2019-cu il tarixdə ailə həyatı qurmuş, birgə ailə həyatından xx.xx.2020-ci il təvəllüdlü X3 adlı övladı vardır. Maraqlı şəxs uşaq doğulduqdan sonra Qubaya öz kəndlərinə getmiş, ondan sonra onlarla bütün əlaqələri kəsmiş, uşağa atalıq verməmişdir. Bundan sonra o Goranboy rayon 1 saylı Mediasiya təşkilatına müraciət etmiş, xx.xx.2024-cü il tarixdə, MŞG/MT/032-2024-00259 №-li Barışıq sazişi bağlanmış, barışıq sazişinə əsasən tərəflər atalığın və alimentin təyin olunması barədə ümumi razılığa gəlməsi, cavabdeh Maraqlı şəxs xx.xx.2024-cü il tarixində övladı xx.xx.2020-ci il təvəllüdlü X1 olaraq ərazidə yerləşən Qeydiyyat şöbəsinə yaxınlaşaraq atalıq verəcəyini öz öhdəsinə götürməsi, ata Maraqlı şəxs övladının saxlanılması üçün xx.xx.2024-cü il tarixindən etibarən hər ay 100 (yüz) manat aliment ödəməyi öz öhdəsinə götürməsi və Ərizəçi və Maraqlı şəxs heç bir tələblərinin olmaması barədə razılığa gəlmişlər. xx.xx.2024-cü il tarixli, AZ-İ № 470047 saylı Atalığın müəyyən edilməsi haqqında Şəhadətnamə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında qeyd edilmişdir. Sazişin şərtləri könüllü icra edilməlidir. Lakin, Maraqlı şəxs alimentin ödənilməsi barədə sazişlə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməkdən imtina edir. xx.xx.2024-cü il tarixdə rəsmi olaraq ona bildiriş-xəbərdarlıq təqdim edilmiş, lakin o, bu bildiriş-xəbərdarlığı saymamışdır. Hesab edir ki, ərizəsi təmin edilməli, barışıq sazişi təsdiq edilməlidir. Məhkəmə iclasında Ərizəçi ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri barədə maraqlı şəxsə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Maraqlı şəxs heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinin tələblərinə əsasən işə maraqlışəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını dinləyib, məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2019-cu il tarixdə ailə həyatı qurmuş və birgə ailə həyatından xx.xx.2020-ci il təvəllüdlü X3 adlı uşağı doğulmuşdur. Bundan sonra tərəflər arasında onların birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyündən, yəni ailə münasibətlərindən irəli gələn mübahisə yaranmış və bununla bağlı “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq mübahisə ilə bağlı məhkəməyə müraciət etməzdən əvvəl tərəflər mediasiya prosesində iştirak etmişlər və bu prosesin nəticəsi olaraq xx.xx.2024-cü il tarixdə onların arasında barışıq sazişi bağlanmışdır. Həmin sazişin 3-cü bəndində əsasən maraqlı şəxs (ata) Maraqlı şəxs övladlarının saxlanılması üçün xx.xx.2024-cü il tarixindən etibarən hər ay 100 (yü) manat aliment ödəməyi öz öhdəsində götürmüşdür. Bununla bağlı mediasiya prosesinə barışıq sazişi tərtib edilmişdir. Hazırda Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə həmin saziş üzrə ödənilməsini üzərinə götürdüyü hər ay 100 manat sabit pul məbləğində alimenti ödəmədiyini iddia edir və sazişinin alimentin ödənilməsi hissəsində məcburi icra edilməsi üçün təsdiq edilməsini tələb edir. MPM-in: 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər; 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Azərbaycan Respublikasının “Mediasiya haqqında” Qanunun: 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır; 34.2-ci maddəsinə əsasən Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur; 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər; 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə, mülki işin materiallarını nəzərdən keçirib, qanunvericiliyin yuxarıda göstərilən və bu sahəni tənzimləyən digər müddəalarını rəhbər tutub, qeyd edir ki, tərəflər arasında barışıq sazişi bağlandıqdan sonra Maraqlı şəxs həmin sazişin uşaqların saxlanılması üçün hər ay 100 manat sabit pul məbləğində alimentin ödənilməsi hissəsinin könüllü icrasından imtina etmiş və Ərizəçi hər hansı məbləğdə aliment ödəməmişdir. Halbuki, o, barışıq sazişi üzrə ərizəçi ilə bu barədə razılığa gəlmiş və sazişin 8-ci bəndində tərəflərin bu sənədin məzmununu və onun icra edilməsinin nəticələrini tam başa düşməsi barədə qeyd edilmişdir. Həmin saziş hazırda da qüvvədədir. Bu səbəbdən məhkəmə Maraqlı şəxs hərəkətlərini onun barışıq sazişinin könüllü icrasından imtina olunması kimi qiymətləndirərək, belə qənaətə gəlir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Maraqlı şəxs hər ay 100 manat sabit pul məbləğində alimentin tutulmasına dair barışıq sazişinin məcburi icrası üçün saziş həmin hissədə təsdiq edilməlidir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2024-cü il tarixdə mediasiya şurasında bağlanmış barışıq sazişinin 3-cü bəndində qeyd edilən “ata övladlarının saxlanması üçün xx.xx.2024-cü il tarixdən etibarən hər ay 100 (bir yüz) manat ödəməyi öz öhdəsinə götürür” hissəsi təsdiq edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 217-ci, 355-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2024-cü il tarixdə mediasiya şurasında bağlanmış barışıq sazişinin 3-cü bəndində qeyd edilən “ata övladlarının saxlanması üçün xx.xx.2024-cü il tarixdən etibarən hər ay 100 (bir yüz) manat ödəməyi öz öhdəsinə götürür” hissəsi təsdiq edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №2(045)-1529/2024
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-1529/2024
28.08.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver