Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-1555/2024 22.10.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Nağızadə Tuncay Göyüş oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs rəisi X5 iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs kimi göstərilməklə) “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, *9 avqııst 06 avqust *976-cı ildə Goranboy rayonun Səfıkürd kəndində anadan olmuş X7 29 sentyabr 2023-cü il tarixdə Rusiya Federasiyasının Dərbənd şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Goranboy rayonunun Nizami kəndində anadan olmuş və hal-hazırda da həmin kənddə yaşayır. O, Goranboy rayon Səfikürd kənd sakini X*2 ilə ailə qurab evlənmiş və birgə evlilikdən *9.03.202*-ci il təvəllüdlü X*3 adında bir övladı anadan olmuşdur. 06.09.*975-ci il təvəllüdlü həyat yoldaşı X*2 29 sentyabr 2023-cü il tarixdə Rusiya Federasiyasının Dərbənd şəhərində rəhmətə getmişdir və 03 oktyabr 2023-cü ildə Goranboy rayonu Səfikürd kənd qəbirstanlığında dəfn edilmişdir. Mərhum həyat yoldaşına ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etsə də oradan ona məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Məhkəməyə təqdim etdiyi AA № ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X*2 06.08.*976-cı ildə Goranboy rayonunun Səfikürd kəndində anadan olmuşdur. Məhkəməyə təqdim etdiyimGoranboy rayon İHB-nın Səfikürd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2024-cu il tarixli 2*3 sayli arayışdan görünür ki, həqiqətən X*2 03 oktyabr 2023-cü il tarixdə Goranboy rayonu Səfikürd kənd qəbirstanlığında dəfn edilmişdir. Məhkəməyə təqdim etdiyi Goranboy rayon İHB-nın Səfikürd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş *7.07.2024-cu il tarixli 542 sayli arayışdan görünür ki, həqiqətən X*2 xx.xx.2023-cü il tarixdə vəfat etmiş, 03 oktyabr 2023-cü il tarixdə Goranboy rayonu Səfikürd kənd qəbirstanlığında dəfn edilmişdir. Məhkəməyə təqdim etdiyi Maraqlı şəxs Goranboy rayon Səfikürd kənd sakini Ərizəçi oğluna ünvanladığı 05 mart 2024-cü il tarixli məktubunda göstərilmişdir ki, ölüm faktının qeydə alınması üçün ölüm haqqında tibbi şəhadətnamənin olması zəruridir. Həmin sənədi təqdim edə bilmədikləri üçün o, qanunvericiliklə müəyyən olnmuş qaydada məhkəməyə müraciət etməlidir. Həyat yoldaşı barəsində “ölüm haqqında şəhadətnamə" ona övladına sosial müavinatın təyin olunması üçün lazımdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinə uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Verilmiş suala cavab olaraq bildirdi ki, mərhumun baş daşında ölüm tarixi dəfn olunduğu günə uyğun olaraq 03 oktyabr 2023-cü il yazılsa da, əslində o, 29 sentyabr 2023-cü ildə vəfat etmişdir. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs rəisi X8 ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirdi . Məhkəmə iclasında iştirak edən şahid X** izahatında göstərdi ki, Ərizəçi və X4 ilə qonşu olmuşdur. Mərhum X2 Federasiyasının Dərbənd şəhərində rəhmətə getmiş və 03 oktyabr 2023-cü ildə Goranboy rayonu Səfikürd kənd qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə iclasında iştirak edən şahid X*4 izahatında göstərdi ki, X4 onun qohumudur və o, həqiqətən də Rusiya Federasiyasının Dərbənd şəhərində 29 sentyabr 2023-cü ildə rəhmətə getmiş və 03 oktyabr 2023-cü ildə Goranboy rayonu Səfikürd kənd qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə iclasında iştirak edən şahid X3 izahatında göstərdi ki, Ərizəçi və X4 ilə qonşu olmuşdur. Mərhum X2 Federasiyasının Dərbənd şəhərində 29 sentyabr 2023-cü ildə rəhmətə getmiş və 03 oktyabr 2023-cü ildə Goranboy rayonu Səfikürd kənd qəbiristanlığında dəfn edilmişdir. Mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Maraqlı şəxs tərəfindən verilmiş AZ-İ seriyalı 420787 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, X*2 *3.03.202*-ci ildə Ərizəçi doğulmuş X9 atası hesab edilmişdir; Maraqlı şəxs tərəfindən verilmiş AZ-İV seriyalı 597448 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X*5 *3.03.202*-ci ildə Goranboy şəhərində doğulmuş, atası X*2, anası Ərizəçidır; Goranboy rayon Safikürd kənd icra nümayəndəliyi tərəfindən verilmi. 542 nömrəli, *7 iyul 2024-cü il tarixli arayışdan görünür ki, X*2 xx.xx.2023-cü il tarixdə vəfat etmiş, 03.*0.2023-cü il tarixdə Goranboy rayon Safikürd kənd qəbirstanlığında dəfn edilmişdir; Maraqlı şəxs xx.xx.2024-cü il tarixli, 3-*6-5/8-*5-94/2024 nömrəli məktubundan görünür ki, X7 ölümü şöbənin arxivində və “X* sistemində” aşkar edilməmişdir; Dağıstan Respublikasının Səhiyyə Nazirliyi Məhkəmə Tibb Eksoertizası Bürosu tərəfindən verilmiş 46 nömrəli, 02.*0.2023-cü il tarixli azərbaycan dilinə tərcümə edilmiş arayışın surətindən görünür ki, X7 meyidi Dərbənd şəhər, MŞX-nin pataloji şöbəsinin meyitxanasına xx.xx.2023-cü il tarixdə daxil olmuşdur; Fotoşəkoldən görünür ki, 06.08.*976-cı il təvəllüdlü X*2 03 oktyabr 2023-cü il tarixdə vəfat etmişdir. Məhkəmə ərizəçinin və şahidlərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, ərizəçinin əri X*2 29 sentyabr 2023-cü il tarixdə Rusiya Federasiyası Derbent şəhərində vəfat etmiş və 03 oktyabr 2023-cü ildə Goranboy rayonu Safikürd kənd qəbiristanlığında dəfn edilmişir. Ərizəçi ərinin ölümünü məhkəmə qərarı olmadan başqa yolla qeydə aldıra bilmir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – MPM): *4.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.*-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 2*7.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 307.*-ci maddəsinə əsasən, məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, 06.08.*976-cı il tarixdə Goranboy rayonu Səfikürd kəndində anadan olmuş X7 29 sentyabr 2023-cü il tarixdə ölməsi faktının müəyyən edilməsi üçün yoxlanılmış sübutlar vardır və həmin faktın başqa yolla müəyyən edilməsi mümkün olmadığından bu, məhkəmə qaydasında müəyyən edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 2*6-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 06.08.*976-cı il tarixdə Goranboy rayonu Səfikürd kəndində anadan olmuş X7 29 sentyabr 2023-cü il tarixdə vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №2(045)-1555/2024
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-1555/2024
22.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver