Məhkəmə qərarları › İş №2(045)-1647/2024

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-1647/2024

03.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-1647/2024 03.12.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ X*6 Məhəmməd oğlunun sədrliyi, Zeynalzadə Aysel İlham qızının katibliyi ilə, Ərizəçi, ərizəçinin nümayəndəsi və vəkili Vəkil, Maraqlı şəxs nümayəndəsi X4 iştirakı ilə, Ərizəçi, Maraqlı şəxs olmaqla “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 25 iyun *973-cü ildə Goranboy rayonunda doğulmuş X3 02 iyul 2024-cü il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra Ərizəçi ərizənin dəqiqləşməsi barədə ərizə ilə müraciət edərək, qardaşı X3 29 iyun 2024-cü il tarixdə Rusiya Federasiyasının Luqansk şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, ölüm faktını müəyyən etdirmək istədiyi X5 onun qardaşıdır. O, Ərizəçi 25 iyun *973-cü ildə Goranboy rayonunda (keçmiş Qasım İsmayılov) anadan olmuşdur. Məhkəməyə təqdim etdiyi Goranboy Rayon Fəxralı kənd Bələdiyyəsi tərəfindən verilmiş 03 sentyabr 2024-cü il tarixli *0 nömrəli arayışdan görünür ki, Ərizəçi X3 qardaşıdır. Notariat əməliyyatları ilə əlaqədar sənədləşmə apararkən məlum olmuşdur ki, qardaşı X3 ölümü qeydə alınmamışdır. Halbuki, qeyd etdiyi kimi qardaşı X5 29 iyun 2024-cü il tarixində Rusiya Federasiyası Luqansk vilayətində vəfat etmişdir və 02 iyul 2024-cü il tarixində Goranboy Rayon Fəxralı kənd qəbiristanlığında dəfn olunmuşdur. Bu barədə olan Goranboy rayon Fəxralı Bələdiyyəsi 03 sentyabr 2024-cü il tarixli *0 nömrəli arayışını məhkəməyə təqdim etmişdir. Ona görə də qardaşı X3 29 iyun 2024-cü ildə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Maraqlı şəxs nümayəndəsi X6 izahatında bildirdi ki, 25 iyun *973-cü ildə Goranboy rayonunda doğulmuş X3 02 iyul 2024-cü il tarixdə vəfat etməsi faktının müəyyən edilir, buna görə də ərizənin təmin edilməsinə etiraz etmir. Məhkəmə iclasında iştirak edən şahid X7 ifadə verərək bildirmişdir ki, Ərizəçi kəndçisidir. Təsdiq edir ki, həqiqətən də iddiaçının qardaşı X5 29 iyun 2024-ci ildə ölmüş və Fəxralı kəndində dəfn edilmişdir. O, dəfn və hüzr mərasimində iştirak etmişdir. Məhkəmə iclasında iştirak edən şahid X*0 ifadə verərək bildirmişdir ki, Ərizəçi yeznəsidir. Təsdiq edir ki, həqiqətən də iddiaçının qardaşı X5 29 iyun 2024-cü ildə ölmüş və Fəxralı kəndində dəfn edilmişdir. O, dəfn və hüzr mərasimində iştirak etmişdir. Məhkəmə iclasında iştirak edən şahid X8 ifadə verərək bildirmişdir ki, Ərizəçi qohumudur. Təsdiq edir ki, həqiqətən də iddiaçının qardaşı X5 29 iyun 2024-cü ildə ölmüş və Fəxralı kəndində dəfn edilmişdir. O, dəfn və hüzr mərasimində iştirak etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Goranboy rayon Fəxralı Bələdiyyəsinin 03 sentyabr 2024-cü il tarixli *0 nömrəli arayışından görünür ki, Ərizəçi qardaşı X2 rayonu, Fəxralı kənd qəbiristanlığından dəfn edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Maraqlı şəxs xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Dövlət arxivində X3 ölümü haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Maraqlı şəxs xx.xx.2024-cü il tarixli məktubundan görünür ki X3 ölümü Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktlarının” “X* Sistemində” sistemində aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş məzar daşının fotoşəklindən görünür ki, X5 25 iyun *973-cü ildə doğulmuş, 02 iyul 2024-cü ildə dəfn edilmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, ərizəçinin qardaşı X5 29 iyun 2024-cü ildə Rusiya Federasiyası Luqansk şəhərində vəfat etmiş, 02 iyul 2024-cü ildə Goranboy rayonu, Fəxralı kəndində dəfn edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*7.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.*-ci maddəsinə əsasən, məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, 25 iyun *973-cü ildə Goranboy rayonunda doğulmuş X3 29 iyun 2024-cü ildə ölməsi faktının müəyyən edilməsi üçün yoxlanılmış sübutlar vardır və həmin faktın başqa yolla müəyyən edilməsi mümkün olmadığından bu, məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəllənin *4.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.*-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 2*7.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 2*6-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 25 iyun *973-cü ildə Goranboy rayonunda doğulmuş X3 29 iyun 2024-cü ildə Luqansk şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Toğrul Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar