Məhkəmə qərarları › İş №2(045)-1657/2024

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-1657/2024

03.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-1657/2024 03.12.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ X8 Məhəmməd oğlunun sədrliyi, Zeynalzadə Aysel İlham qızının katibliyi ilə, Ərizəçi, Maraqlı şəxs nümayəndəsi X2 iştirakı ilə, Ərizəçi, Maraqlı şəxs olmaqla “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında xüsusi icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 04 dekabr *990-cı ildə Goranboy rayonunun Muzdurlar kəndində doğulmuş X4 25 iyul *99*-ci il tarixdə Goranboy rayonunun Muzdurlar kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, ölüm faktını müəyyən etdirmək istədiyi X6 onun oğludur. X6 04 dekabr *990-cı ildə Goranboy rayonunun Muzdurlar kəndində anadan olmuşdur. Bu günlərdə notariat əməliyyatları ilə əlaqədar sənədləşmə apararkən məlum olmuşdur ki, oğlu X4 ölümü qeydə alınmamışdır. Halbuki, qeyd etdiyi kimi oğlu X6 25 iyul *99*-ci il tarixdə Goranboy rayon Muzdurlar kəndində vəfat etmişdir və 25 iyul *99*-ci il tarixdə Goranboy rayon Muzdurlar kənd qəbiristanlığında dəfn olunmuşdur. O, Goranboy rayon İcra hakimiyyəti Goranboy rayon Dövlət Arxivinin *4 noyabr 2024-cü il tarixli *56/6/2024 nömrəli arayışını məhkəməyə təqdim etmişdir. Ona görə də oğlu X4 25 iyul *99*-ci ildə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs nümayəndəsi X3 izahatında bildirdi ki, 04 dekabr *990-cı ildə Goranboy rayonunun Muzdurlar kəndində doğulmuş X4 25 iyul *99*-ci il tarixdə Goranboy rayonunun Muzdurlar kəndində ölməsi faktı müəyyən olunur. Hesab edir ki, 08.09.*99*-ci ildə vəfat etdiyi sonradan qeyd edilmişdir. Ərizənin təmin edilməsinə etiraz etmir. Məhkəmə iclasında şahid qiamində izahat vermiş X5 izahatında bildirmişdir ki, X4 bibisidir. Təsdiq edir ki, həqiqətən də iddiaçının oğlu X6 25 iyul *99*-ci ildə ölmüş və Muzdurlar kəndində dəfn edilmişdir. O, dəfn və hüzr mərasimində iştirak etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Goranboy rayon İcra hakimiyyəti Goranboy rayon Dövlət Arxivinin *4 noyabr 2024-cü il tarixli *56/6/2024 nömrəli arayışından görünür ki, X4 08.09.*99*-ci ildə vəfat etdiyi qeyd olunub. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Maraqlı şəxs xx.xx.2024-cü il tarixli məktubundan görünür ki X4 ölümü Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktlarının” “X* Sistemində” aşkar edilməmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, ərizəçinin oğlu X6 25.07.*99*-ci ildə Goranboy rayon Muzdurlar kəndində vəfat etmiş və dəfn edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*7.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.*-ci maddəsinə əsasən, məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, 04 dekabr *990-cı ildə Goranboy rayonunun Muzdurlar kəndində doğulmuş X4 25 iyul *99*-ci ildə ölməsi faktının müəyyən edilməsi üçün yoxlanılmış sübutlar vardır və həmin faktın başqa yolla müəyyən edilməsi mümkün olmadığından bu, məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəllənin *4.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.*-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 2*7.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 2*6-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 04 dekabr *990-cı ildə Goranboy rayonunun Muzdurlar kəndində doğulmuş X4 25 iyul *99*-ci ildə Goranboy rayonu Muzdurlar kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Toğrul Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar