Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-1757/2023 19.09.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, X7 qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs kimi göstərilməklə) “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, *6 may *989-cu ildə Azərbaycan Respublikasının Goranboy rayonunun Əzizbəyov kəndində (indiki Kəhrizli kəndi) anadan olmuş, milliyyətcə azərbaycanlı, oğlu X2 05 sentyabr 20*0-cu il tarixdə, Goranboy rayonunun Todan kəndi ərazisində süni göldə çimərkən boğulma səbəbindən ölüm faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx xxx *963-cü ildə Goranboy rayonunun Əzizbəyov kəndində (indiki Kəhrizli kəndi) anadan olmuş və hazırda da həmin kənddə yaşayır. Üç övladı olmuşdur. Ölüm faktını müəyyən etdirmək istədiyi mərhum X4 onun üçüncü övladı idi. Mərhum oğlu *6 may *989-cu il tarixdə Goranboy rayonunun (indiki Kəhrizli kəndi) Əzizbəyov kəndində anadan olmuşdur. Məhkəməyə təqdim etdiyi Goranboy rayon İcra Hakimiyyəti Başçısının Kəhrizli kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyin 0* avquast 2023-cü il tarixli, 84 saylı arayışından görünür ki, oğlu X4 05 sentyabr 20*0-cu il tarixdə Goranboy rayon Todan kəndi ərazisində süni göldə çimərkən boğulmuşdur və Goranboy rayon Kəhrizli (keçmiş Əzizbəyov kəndi) kənd qəbiristanlığında dəfn olunmuşdur. Övladının ölümü ona çox pis təsir etdiyindən o, xəstələnmiş, elə indi də xəstədir və daima müalicə olunur. Oğlunun ölümünü qəbul edə bilmədiyi üçün bugünə kimi ona ölüm haqqında şəhadətnamə almamışdır. Bu günlərdə oğlunun ölümü barədə şəhadətnamə almaq üçün Maraqlı şəxsnə ərizə ilə müraciət etmişdir. Məhkəməyə təqdim etdiyi Maraqlı şəxs 26 iyul 2023-cü il tarixli, 3-*6-5/8-*5-484-2023 saylı cavab məktubundan görünür ki, ərizəsi müsbət həll olunmamış və ona məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. İndi istəyir ki, oğlunun ölüm faktı məhkəmə qaydasında müəyyən edilsin və ona oğlunun ölümü barədə şəhadətnamə verilsin. Oğlunun qeyd etdiyi vaxtda vəfat etməsinin məhkəmə qaydasında müəyyən olunması ona oğlunun ölumu barədə şəhadətnaməni almaq üçün lazımdır. O, oğlunun ölümü barədə şəhadətnaməni başqa qaydada ala bilmir. Məhkəməyə gətirəcəyi şahidlər təsdiq edərlər ki, həqiqətən də oğlu qeyd etdiyi vaxtda vəfat etmişdir və Goranboy rayonu Kəhrizlər kənd qəbrstanlıqda basdırılmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinə uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs X5 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) *85-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Qasım İsmayılov rayonu Əzizbəyov kənd sovetliyi tərəfindən verilmiş Xİİİ-ЖГ seriyalı 393855 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X4 *6.05.*989-cu ildə Qasım İsmayılov rayonu, Əzizbəyov kəndində doğulmuş, atası Ərizəçi, anası X3r; Goranboy rayon Kəhrizli kənd icra nümayəndəliyi tərəfindən verilmiş 84 nömrəli, 0* avqust 2023-cü il tarixli arayışdan görünür ki, X4 05.09.20*0-cu il tarixdə Goranboy rayonu Todan kəndi ərazisində suni göldə çimərkən boğulmuş və Goranboy rayon Kəhrizli (Əzizbəyov) kənd qəbristanlığında dən olunmuşdur; Goranboy rayon Prokurorluğu tərəfindən verilmiş 85c-*0 nömrəli, 27.09.20*0-cu il tarixli məktubundan görünür ki, X4 05.09.20*0-cu il tarixdə Goranboy rayon Todan kəndi ərazisində, “Mirzə bulağının” yanında olan “Niyazin gölü” adlanan süni göldə çimərkən boğulub ölməsi faktına görə Goranboy rayon prokurorluğunda obyektiv araşdırma aparılmışdır. Araşdırma zamanı toplanmış materiaida cinayət işinin başıanması üçün əsas oimaaığından material üzrə 24.03.20*0-cu il tarixli qərarla cinayət işinin başlanması rədd edilmişdir; Maraqlı şəxs xx.xx.2023-cü il tarixli, 3-*6-5/8-*5-484-2023 nömrəli məktubundan görünür ki, X2 ölümü şöbənin arxivində və “X* sistemində” aşkar edilməmişdir; Goranboy RHK tərəfindən verilmiş 069835 nömrəli, 20 iyul 2005-ci il tarixli vəsiqədən görünür ki, Ərizəçi vətən müharibəsinin veteranıdır. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, ərizəçinin oğlu X4 həqiqətən 05.09.20*0-cu il tarixdə Goranboy rayonu, Todan kəndində süni göldə çimərkən boğularaq ölmüşdür. Ərizəçinin oğlunun ölümünü məhkəmə qərarı olmadan başqa yolla qeydə aldıra bilməsi mümkün olmamışdır. MPM-in: *4.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.*-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 2*7.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 307.*-ci maddəsinə əsasən, məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, *6.05.*989-cu il tarixdə anadan olmuş X2 05.09.20*0-cu il tarixdə Goranboy rayonu, Todan kəndində suni göldə boğulma səbəbindən vəfat etməsi faktının müəyyən edilməsi üçün yoxlanılmış sübutlar vardır və həmin faktın başqa yolla müəyyən edilməsi mümkün olmadığından bu, məhkəmə qaydasında müəyyən edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 2*6-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. *6.05.*989-cu il tarixdə anadan olmuş X2 05.09.20*0-cu il tarixdə Goranboy rayonu, Todan kəndində suni göldə boğulma səbəbindən vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №2(045)-1757/2023
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-1757/2023
19.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver