Məhkəmə qərarları › İş №2(045)-1790/2025

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-1790/2025

02.12.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-1790/2025 02.12.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Abbasov Seymur Rafiq oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs kimi göstərilməklə) “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum X5 03 avqust *985-ci il tarixdə Ağdam rayonunun Başqərvənd kəndində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Goranboy rayonunun Səfikürd kəndində anadan olmuş, hal-hazırda da Goranboy rayonunun Səfikürd kəndində yaşayır. Mərhum atası X6 *985-ci ildə vəfat etmiş və həmin tarixdə də Ağdam rayonunun Başqərvənd kənd qəbiristanlığında dəfn edilmişdir. Mərhum atası haqqında ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etsə də oradan ona cavab olaraq bildirmişlər ki, məhkəməyə müraciət etsin. Məhkəməyə təqdim etdiyi Maraqlı şəxs ona ünvanladığı 24 iyul 2025-ci il tarixli, 3-*6-5/8-*5-265/2025 saylı məktubunda göstərilmişdir ki, atası X5 ölümü şöbənin arxivində və “X* Sistemində” aşkar edilməmişdir. Odur ki, ölüm faktının müəyyən edilməsi üçün qanunvericilikdə müəyyən olunmuş qaydada məhkəməyə müraciət edilməlidir. Ölüm faktının müəyyən edilməsi barədə qətnamə ona notarial əməliyyatların aparılması üçün lazımdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinə uyğun izahat verərək, məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs X4 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) *85-ci maddəsinə əsasən işə maraqlı şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Maraqlı şəxs tərəfindən verilmiş AZ seriyalı 527694 nömrəli arayışdan görünür ki, Ərizəçi xx.xx.*956-cı ildə Goranboy rayonu Qızılhacılı kəndində doğulmuş, atası X6, anası X3r; Maraqlı şəxs xx.xx.2025-ci il tarixli, 3-*6-5/8-*5-255/2025 nömrəli məktubundan görünür ki, X5 ölümü şöbənin arxivində və “X2 sistemində” aşkar edilməmişdir; Fotoşəkildən görünür ki, *928-ci il təvəllüdlü X6 *985-ci il tarixdə vəfat etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, ərizəçinin atası X8 *928-ci ildə doğulmuş və *985-ci il tarixdə Ağdam rayonunun Başqərvənd kənd qəbiristanlığında dəfn edilmişir. Ərizəçi atasının ölümünü məhkəmə qərarı olmadan başqa yolla qeydə aldıra bilmir. MPM-in: *4.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.*-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 2*7.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 307.*-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.3-cü maddəsinə əsasən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, *928-ci il tarixdə anadan olmuş X5 03 avqust *985-ci il tarixdə Ağdam rayonunun Başqərvənd kəndində ölməsi faktının müəyyən edilməsi üçün yoxlanılmış sübutlar vardır və həmin faktın başqa yolla müəyyən edilməsi mümkün olmadığından bu, məhkəmə qaydasında müəyyən edilməlidir. Göstərilənlərə əsasən MPM-in 2*6-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. *928-ci il tarixdə anadan olmuş X5 03 avqust *985-ci il tarixdə Ağdam rayonunun Başqərvənd kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Goranboy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar