Azərbaycan Respublikası adından QƏRARDAD Goranboy rayonu İş № 2(045)-1810/2024 07.10.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlu, Ərizəçi (maraqlı şəxs kimi Maraqlı şəxs göstərilməklə) “Ölümün qeyd edilməsi faktının müəyyən edilməsi tələbinə dair” iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, oğlu, milliyətcə azərbaycanlı olmuş, X* Azərbaycan Respublikasının Goranboy rayonunun Səmədabad kəndində 0* iyun 20*4-cü il tarixdə ölümünün qeyd edilməsi faktının müəyyən edilməsi haqqında qətnamə qəbul edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizə və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İlk olaraq məhkəmə qeyd edir ki, ərizədən göründüyü kimi tələbin əsaslığını təsdiq edən sübutlar, yəni vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda şəxsin ölümünə dair müvafiq qeydlərin saxlanılmaması və onların bərpasının (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkünsüzlüyü barədə hər hansı sənəd ərizəçi tərəfindən ərizəyə əlavə edilməmişdir. Əksinə olaraq tələbin əsası kimi ərizəyə əlavə edilmiş Maraqlı şəxs xx.xx.2024-cü il tarixli arayışı ümumiyyətlə X2 haqqında yox, X3 adlı şəxsə dair verilmiş və həmin arayışda da həmin şəxsin ölümü haqqında akt qeydinin mövcud olmadığı göstərilmişdir. Həmçinin qeyd olunmalıdır ki, ölümün qeyd edilmə faktı məhkəmə tərəfindən o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası mümkün deyildir. Hazırkı ərizədə qeyd edilənlərə əsasən ölümün qeydə edilmə faktı deyil, şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktı məhkəmə qaydasında müəyyən edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM): **4.*.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır; *49.2.3-ci maddəsinə əsasən, ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir; *52.*.*-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin *49-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin *50.*.*-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. İş materiallarında olan 0*.*0.2024-cü il tarixli qəbzdən görünür ki, Ərizəçi *00 (bir yüz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, məhkəməyə müraciət edilərkən hər bir şəxs ərizəyə və ya onun verilməsinə dair MPM-lə müəyyən edilmiş qaydaya, formaya və məzmuna, həmin sənədlərə dair müəyyən edilmiş tələblərə əməl etməlidir. Yuxarıda göstərilənlərə və MPM-in *52, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi (maraqlı şəxs kimi Maraqlı şəxs göstərilməklə) “Ölümün qeyd edilməsi faktının müəyyən edilməsi tələbinə dair” ərizəsi, ona əlavə edilmiş sənədlər və ödənilmiş *00 (bir yüz) manat məbləğində dövlət rüsumu ərizəçiyə geri qaytarılsın. Ərizəçi izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra *0 (on) gün müddətində işə baxan Goranboy Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №2(045)-1810/2024
Goranboy Rayon Məhkəməsi Qərardad — İş №2(045)-1810/2024
07.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver