Məhkəmə qərarları › İş №2(045)-1827/2023

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-1827/2023

17.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-1827/2023 17.10.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, X9 qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs kimi göstərilməklə) “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 27 dekabr *963-cü ildə Goranboy rayonu Borsunlu kəndində anadan olmuş bacısı X* 05 dekabr 202*-ci il tarixdə Goranboy rayonu, Borsunlu kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, mərhumə X3 onun doğma bacısıdır. Bacısı 05 dekabr 202*-ci il tarixdə Goranboy rayonu, Borsunlu kəndində dəfn olunmuşdur. Mərhumə eyni tarixdə vəfat etmiş və həmin gün dəfin edilmişdir. Bacısı vəfat edən zaman xəstəxanadan ölməsi barədə heç bir arayış almamışdır. Dəfn edildiyi qəbir daşı halhazırda mövcuddur. Vəfat etməsi ilə bağli Maraqlı şəxs ölüm haqqında şəhadətnamə verməkdən imtina edilməsi barədə arayış vermişdir. Hazırda onlar ölüm haqqında şəhadətnamə istəyirlər. Ona görə bacısnın ölməsi barədə şəahdətnamə ala bilmir. Həmin şəhadətnaməni başqa qaydada almaq mümkün deyildir. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinə uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs X5 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) *85-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən şahid X8 ifadə verərək bildirmişdir ki, o, ərizəçinin bacısı ilə qonşu olmuş və evləri qarşı-qarşıya yerləşir. Ərizəçinin mərhum bacısı Afət Tanrıverdiyeva ruhi xəstəlikdən əziyyət çəkirdir. 05 dekabr 202*-ci il tarixdə Afət Tanrıverdiyeva vəfat etmiş, həmin tarixdə dəfin edilmiş və o da kənd camaatı ilə birlikdə dəfində iştirak etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadəsini dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, ərizə təmin edilməlidir. Mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Goranboy rayon Borsunlu kənd icra nümayəndəliyi tərəfindən verilmiş 295 nömrəli, *4 avqust 2023-cü il tarixli arayışdan görünür ki, mərhum X4 05 dekabr 202*-ci il tarixdə Goranboy rayon Borsunlu kənd qəbristanlığında dəfn edilmişdir; Maraqlı şəxs *0.08.2023-cü il tarixli, 3-*6-5/8-*5-529/2023 nömrəli məktubundan görünür ki, X* ölümü haqqında akt qeydi Maraqlı şəxs arxivində və Ədliyyə Nazirliyinin “X2”də aşkar edilməmişdir. Fotoşəkildən görünür ki, X3 05 dekabr 202*-ci ildə vəfat etmiş və onun xatirəsinə qəbiristanlıqda məzar daşı inşa edilmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, ərizəçinin bacısı X3 05 dekabr 202*-ci il tarixdə Goranboy rayonu, Borsunlu kəndində vəfat etmişdir. Ərizəçi bacısının ölümünü başqa yolla qeydə ala bilmir. MPM-in: *4.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.*-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 2*7.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 307.*-ci maddəsinə əsasən, məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, 27 dekabr *963-cü ildə anadan olmuş X* 05 dekabr 202*-ci il tarixdə Goranboy rayonu, Borsunlu kəndində ölməsi faktının müəyyən edilməsi üçün yoxlanılmış sübutlar vardır və həmin faktın başqa yolla müəyyən edilməsi mümkün olmadığından bu, məhkəmə qaydasında müəyyən edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 2*6-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 27 dekabr *963-cü ildə anadan olmuş X* 05 dekabr 202*-ci il tarixdə Goranboy rayonu, Borsunlu kəndində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar