Məhkəmə qərarları › İş №2(045)-1837/2024

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-1837/2024

26.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-1837/2024 26.11.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Nağızadə Tuncay Göyüş oğlunun katibliyi, Ərizəçi və nümyəndəsi Vəkil iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs kimi göstərilməklə) “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, *4.07.*983-cü il tarixdə Ucar şəhərində anadan olmuş X5 23.*2.2020-ci il tarixdə Bakı şəhərində, Yasamal rayonunda ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, həyat yoldaşı X*2 *4.07.*983-cü il tarixdə Ucar şəhərində doğulmuş, 23.*2.2020 - ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Z. Xəlilov küçəsi, ev 59, mənzil *2* ünvanında vəfat etmişdir. Ərizəyə əlavə edilən Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi "Bakı Şəhər Təcili və X*0 Stansiyası" X24 *5.03.202*ci il tarixli, 55 №-li məktubundan da görünür ki, 23.*2.2020-ci il tarixdə saat *8:04-də "*03" xidmətinə Yasamal rayonu, Z. Xəlilov küçəsi, ev 59, mənzil *2* ünvanından Pakizə Muxtarovanın (37) yaş adına "halı pis" səbəbi ilə daxil olan çağırış 8 saylı bölmənin həkimi Afər Süleymanova icra etmişdir. Həkim xəstə X6 "Dəqiqləşdirilməmiş koma. Terminal vəziyyət" diaqnozu qoymuş, ilkin tibbi yardım göstərməsinə baxmayaraq, xəstə həkimin yanında keçinmişdir. Meyit ərazi polis bölməsinin əməkdaşlarına təhvil verilmişdir. Hadisə barədə 28-ci polis bölməsinin əməkdaşı Kərimova məlumat verilmişdir. X*2 Azərbaycan Respublikasının, Ucar rayonunun, Alpout kənd ərazisində yerləşən qəbiristanlıqda dəfn edilib. İndiyə qədər mərhum arvadı X8 ölüm haqqında şəhadətnamə almamışdır. Maraqlı şəxs xx.xx.2024-cü il tarixli, 3-*6-5/8-*5-3*0/2024 №-li məktubunda göstərilmişdir: "Maraqlı şəxs müraciətinizə cavab olaraq bildirir ki, həyat yoldaşınız X5 ölümü haqqında akt qeydi şöbənin arxivində və Ədliyyə Nazirliyinin " X7nın" "X2 Sistemində" aşkar edilmədi. Odur ki, bu sənədin əldə edilməsi mümkün olmadığı halda ölüm faktının təsdiq edilməsi üçün qanunvericilikdə müəyyən edilmiş qaydada məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Göründüyü kimi "X7" X* sistemində mərhum arvadım X8 dair heç bir ölüm aktı qeydi edilməmişdir. Qeyd edir ki, mərhum arvadı X5 doğmuş olduğu iki uşağı vardır. Həmin uşağa doğum haqqında şəhadətnamə alınmamışdır. Hal-hazırda uşağa doğum haqqında şəhadətnamə alınması üçün ana haqqında müvafiq sənədlər tələb olunur. Ananın ölümü haqqında şəhadətnamə olmadığı üçün problemlər yaranmışdır. O, mərhum arvadı X5 ölümünü başqa yolla qeydə aldıra bilmir. Hazırda orta məktəbdə uşağın doğum haqqında şəhadətnaməsini tələb edirlər. Buna görə də məhkəmə qaydasında mərhum arvadı X5 ölüm faktının müəyyən edilməsi zəruridir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinə uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi və vəkili Vəkil ərizəyə uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən şahid X*3 ifadəsində bildirdi ki, X3 onun gəlini olmuşdur. Pakizə Muxtarova 23.*2.2020-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonunda öz yaşadığı evdə ölmüşdür. Onun ölüm səbəbi COVİD-*9 olmuşdur. Məhkəmə iclasında iştirak edən şahid X*7 ifadəsində bildirdi ki, o, əirəçinin dayısıdır. X3 23.*2.2020-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonunda öz evində COVİD-*9 səbəbindən vəfat etmişdir. X3 Ucar rayonunun, Alpout kənd ərazisində yerləşən qəbiristanlıqda dəfn edilmişdir. Maraqlı şəxs X*6 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) *85-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Maraqlı şəxs tərəfindən verilmiş AZ-İİ seriyalı *80624 nömrəli çıxarışdan görünür ki, Ərizəçi ilə X*4 arsında nikaj 20.02.20*7-ci il tarixdə Maraqlı şəxsndə bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 33 nömrə ilə qeyd edilmişdir; Nikah bağlandıqdan sonra sonuncuya “Muxtarova” soyadı verilmişdir; Maraqlı şəxs tərəfindən verilmiş AZ-İİİ seriyalı 894897 nömrəli arayışdan görünür ki, X*5 08.03.20*7-ci ildə Gəncə şəhəri, Kəpəz rayonunda doğulmuş, atası Ərizəçi, anası X9r; * saylı Bakı “ASAN xidmət№ mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş 05/Q- 2969/69 nömrəli, *3 sentyabr 2024-cü il tarixli arayışdan görünür ki, Ərizəçi 29.09.20*7-ci il tarixdə anadan olan uşağı barəsində “X7” X* Sistemində və * saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsinin arxivində doğum haqqında akt qeydi aşkar olunmamışdır; Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi “Bakı şəhər Təcili və X** Stansiyası” Publik Hüquqi şəxs tərəfindən verilmiş *5 mart 202*-ci il tarixli, 55 nömrəli məktubundan görünür ki, 23.*2.2020-ci il tarixdə saat *8:04-də "*03" xidmətinə Yasamal rayonu, Z. Xəlilov küçəsi, ev 59, mənzil *2* ünvanından Pakizə Muxtarovanın (37 yaş) adına "halı pis" səbəbi ilə daxil olan çağırış 8 saylı bölmənin həkimi Afər Süleymanova icra etmişdir. Həkim, xəstə X6 "Dəqiqləşdirilməmiş koma. Terminal vəziyyət" diaqnozu qoymuş, ilkin tibbi yardım göstərməsinə baxmayaraq, xəstə həkimin yanında keçinmişdir. Meyit ərazi polis bölməsinin əməkdaşlarına təhvil verilmişdir. Hadisə barədə 28-ci polis bölməsinin əməkdaşı Kərimova məlumat verilmişdir; Ucar rayon Alpout kənd icra nümayəndəliyi tərəfindən verilmiş 5-80-*5/2-285/2024 nömrəli, 25 sentyabr 2024-cü il tarixli arayışdan görünür ki, X*2 23 dekabr 2020-ci il tarixdə vəfat etmiş və hazırda Ucar rayon Alpout kənd inzibati ərazi dairəsinin Alpout kədində yerləşən qəbirstanlıqda dəfn edilmişdir; Maraqlı şəxs xx.xx.2024-cü il tarixli, 3-*6-5/8-*5-3*0/2024 nömrəli məktubundan görünür ki, X5 ölümü şöbənin arxivində və “X2 sistemində” aşkar edilməmişdir; Fotoşəkildən görünür ki, *4.07.*983-cü il təvəllüdlü X*4 23 *2 2020-ci il tarixdə vəfat etmişdir. Məhkəmə ərizəçinn izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, ərizəçinin arvadı X*2 23.*2.2020-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonunda vəfat etmiş və Ucar rayonu Alpout kənd qəbirstanlığında dəfn edilmişir. Ərizəçi arvadının ölümünü məhkəmə qərarı olmadan başqa yolla qeydə aldıra bilmir. MPM-in: *4.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.*-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 2*7.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 307.*-ci maddəsinə əsasən, məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, *4.07.*983-cü il tarixdə Ucar şəhərində anadan olmuş X5 23.*2.2020-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonunda ölməsi faktının müəyyən edilməsi üçün yoxlanılmış sübutlar vardır və həmin faktın başqa yolla müəyyən edilməsi mümkün olmadığından bu, məhkəmə qaydasında müəyyən edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 2*6-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. *4.07.*983-cü il tarixdə Ucar şəhərində anadan olmuş X5 23.*2.2020-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonunda vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar