Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-1911/2025 16.10.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ Hаkim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, X5 kаtibliyi ilə, Tərəflərin iştriakı olmadan. Ərizəçi Böyükkişiyeva (Həmzəyeva ) Şahnaz Vaqif qızının (Maraqlı şəxs kimi göstərilməklə) “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binаsındа, аçıq məhkəmə iclаsındа bахаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Böyükkişiyeva (Həmzəyeva ) Şahnaz Vaqif qızı ərizə ilə məhkəməyə müraciət edərək, barışıq sazişində qeyd edilən bəndlər üzrə Barışıq sazişinin təsdiqlənməsinə dair qətnamə çıxarlmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, onlar Maraqlı şəxs ilə 20 may 2016-ci il tarixdə nikahı Goranboy rayon Qeydiyyat şöbəsində rəsmi qeyd etdirməklə ailə qurmuşlar. Birgə yaaşadıqları müddətdə 15 aprel 2016-cı il tarixdə X6 adlı uşaqları olmuşdur. Maraqlı şəxslə birgə yaşamaq mümkün olmadığı üçün ayrılmışlar. Bu barədə olan Goranboy rayon Məhkəməsinin 01 mart 2023-cü il tarixli, 2(045)-266/2023 saylı qətnaməsini məhkəməyə təqdim edir. O və Maraqlı şəxs 13 dekabr 2022-ci il tarixdə mediasiya prosessində iştirak etmişlər və uşağa təyin olunmuş alimentin miqdarı barədə ümumi razılığa gəlmişlər. Maraqlı şəxs saxlanılması üçün hər ay 100 (bir yüz) manat miqdarında aliment ödəməyi öhtəsinə götürmüşdür və onlar bu barədə barışıq sazişi bağlamışlar. Lakin cavabdeh Həmzəyev X3 4-cü bəndinin tələblərini pozaraq 3 aydan artıqdır ki, alimenti ödəməmişdir. Yəni üzərinə götürdüyü öhdəliyi icra etmir, alimenti ödəmir və bugünə qədər onun ərizəçiyə ödəməmiş üç ay aliment borcu yaranmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə ərizəçi Böyükkişiyeva (Həmzəyeva ) Şahnaz Vaqif qızına və Maraqlı şəxs lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclaslarına gəlməmişlər. Lakin ərizəçi Böyükkişiyeva (Həmzəyeva) Şahnaz Vaqif qızının nümayəndəsi və vəkli Vəkil məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2022-ci il tarixli barışıq sazişindən görünür ki, tərəflər nikahlarının məhkəmə qaydasında pozulması, ata Maraqlı şəxs övladı xx.xx.2016-cı il təvəllüdlü X4 ana Böyükkişiyeva (Həmzəyeva ) Şahnaz Vaqif qızının himayəsində saxlanması, birinci tərəf Maraqlı şəxs övladı xx.xx.2016-cı il təvəllüdlü X2 üçün xx.xx.2023-cü il tarixdən etibarən hər ay 100 (yüz) manat aliment ödəyəcəyini, alimentin elektron qaydada ödənilməsini, Böyükkişiyeva (Həmzəyeva ) Şahnaz Vaqif qızı cehiz əşyalarını çıxardığı üçün və qızılları özündə olduğu üçün cehiz və qızıllarla bağiı tələbi olmadığını, birinci tərəf Maraqlı şəxs və ikinci tərəf Böyükkişiyeva (Həmzəyeva ) Şahnaz Vaqif qızının yuxarıda qeyd olunan mübahisə üzrə başqa tələblərinin olmaması barədə ümumi razılığa gəlmişlər; Goranboy Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 454375 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs ilə Böyükkişiyeva (Həmzəyeva ) Şahnaz Vaqif qızı arasında bağlanmış nikaha xx.xx.2023cü il tarixdə xitam verilmiş və bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 55 nömrə ilə qeyd edilmişdir; Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı 261249 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2016-cı ildə Goranboy şəhərində doğulmuş, atası Maraqlı şəxs, anası Böyükkişiyeva (Həmzəyeva ) Şahnaz Vaqif qızıdır; Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, ərizəçi Böyükkişiyeva (Həmzəyeva) Şahnaz Vaqif qızı ilə Maraqlı şəxs birgə nikahdan xx.xx.2016-cı il təvəllüdlü X6 adlı uşağı doğulmuşdur. Mediasiya prosesi nəticəsində ərizəçi Böyükkişiyeva (Həmzəyeva ) Şahnaz Vaqif qızı ilə Maraqlı şəxs arasında xx.xx.2022-ci il tarixli barışıq sazişi bağlanmış, lakin mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi maraqlı şəxs tərəfindən vaxtında könüllü qaydada icra edilməmişdir. Hazırda ərizəçi Böyükkişiyeva (Həmzəyeva ) Şahnaz Vaqif qızı ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə həmin sazişin məcburi icra edilməsi üçün təsdiq edilməsini tələb edir. MPM-in: 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqmda məhkəmə xüsusi icraat qaydasında işlərə baxır; 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər; 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır; 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir; 355-26.1-ci maddəsinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda və ya barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiyaprosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişindən və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. “Mediasiya haqqında” Qanununun: 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır; 34.2-ci maddəsinə əsasən Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur; 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər; 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Beləliklə, yuxarıda qeyd olunan normaların məzmunundan müəyyən edilir ki, şəxslər arasında məhkəmədən kənar qaydada mübahisələrin həlli nəzərdə tutulmuşdur. Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişi 2 halda məhkəmə tərəfindən təsdiq edilir: 1) Mediasiya institutunun tətbiqi dairəsinə daxil olan mübahisələrlə bağlı məhkəmənin icraatında olan iş üzrə tərəflər arasındakı mübahisə mediasiya vasitəsilə həll edildikdə barışıq sazişi məhkəməyə təqdim olunur. Bu halda məhkəmə barışıq sazişini təsdiq etdikdə həmin iş üzrə icraata xitam verilir. 2) Məhkəməyə müraciət etməmişdən öncə mediasiya vasitəsilə bağlanmış barışıq sazişi əgər tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmadıqda və ya könüllü icradan imtina olunduqda yalnız məcburi icra üçün onun təsdiq edilməsi barədə məhkəməyə müraciət edilə bilər. Göründüyü kimi maraqlı şəxs qanunvericiliklə müəyyən edilmiş müddət ərzində barışıq sazişini könüllü qaydada icra etmədiyindən, barışıq sazişi qanunauyğun olduğundan hər hansı bir üçüncü şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından yuxarıda qeyd edilən hallar nəzərə alınmaqla təsdiq edilməlidir. Məhkəmə barışıq sazişinin birinci, ikinci, üçüncü,beşinci və altıncı hissələri ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, ərizəçi ərizəsində maraqlı şəxsin yalnız alimentin tutulması (barışıq sazişinin 4-cü bəndi) hissəsində pozulduğunu qeyd etmiş və ərizəsini sazişin 4-cü bəndinin şərtlərinin pozulması ilə əsaslandırmışdır. Əlavə olaraq qeyd edilməlidir ki, sazişin bu hissələrinin digər hissələrdən ayrılması mümkündür. Bu səbəbdən məhkəmə sazişin bu şərtlərinə münasibət bildirmir və barışıq sazişinin bu hissələrinin təsdiq edilməsindən imtina edir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, ərizəçi Böyükkişiyeva (Həmzəyeva ) Şahnaz Vaqif qızı Maraqlı şəxs arasında xx.xx.2022-ci il tarixdə mediasiya şurasında bağlanmış barışıq sazişinin 4-cü bəndində qeyd edilən “Ata Maraqlı şəxs övladı X1 üçün 1 (bir) yanvar 2023-cü il tarixindən hər ay 100 (yüz) manat aliment ödəməyi öz öhdəsinə götürür. Aliment elektron qaydada ödəniləcək.” hissəsi təsdiq edilməlidir. Göstərilənlərə əsasən MPM-in 217 və 355-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi Böyükkişiyeva (Həmzəyeva ) Şahnaz Vaqif qızı Maraqlı şəxs arasında xx.xx.2022-ci il tarixdə mediasiya şurasında bağlanmış barışıq sazişinin 4-cü bəndində qeyd edilən “Ata Maraqlı şəxs övladı X1 üçün 1 (bir) yanvar 2023 cü il tarixindən hər ay 100 (yüz) manat aliment ödəməyi öz öhdəsinə götürür. Aliment elektron qaydada ödəniləcək.” hissəsi təsdiq edilsin. Qətnamədən onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Goranboy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №2(045)-1911/2025
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-1911/2025
16.10.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver