Məhkəmə qərarları › İş №2(045)-1929/2025

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-1929/2025

23.10.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-1929/2025 23.10.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ Hаkim Əliyev Hafiz Samir oğlunun sədrliyi, X6 kаtibliyi ilə, Ərizəçi (Maraqlı şəxs kimi göstərilməklə) “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binаsındа, аçıq məhkəmə iclаsındа bахаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, barışıq sazişində qeyd edilən bəndlər üzrə “Barışıq Sazişi”nin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Goranboy rayon məhkəməsinin 2(045)- 1113/2025 saylı, 29 iyul 2025-ci il tarixli qətnaməsi ilə cavabdehlə aralarına bağlanmış nikah pozulmuşdur. xx.xx.2025-ci il tarixli, MŞG/MT/032-2025-00148 saylı barışıq sazişinə əsasən cavabdehlə birgə nikahlarından 18 may 2009-cu il təvəllüdlü X2, 29 yanvar 2020-ci il təvəllüdlü X3 və xx.xx.2021-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün müəyyən edilmiş aliment barədə razılığa gəlsələr də, sonradan alimenti ödəməkdən yayınmışdır. Lakin Maraqlı şəxs barışıq sazişinin 3-cü bəndinin tələblərini pozaraq hər ay hər uşaq üçün 100 (yüz) manat aliment ödəməli olduğu halda, alimenti ödəmir. Yəni üzərinə götürdüyü öhtəliyi icra etmir, alimenti ödəmir və bu günə qədər onun aliment borcu yaranmışdır. Ona görə də “Barışıq Sazişi”nin təsdiq edilməsi üçün ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclaslarına gəlməmişlər. Məhkəmə işə tərəflərikn iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Goranboy 1 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, MŞG/MT/032-2025-00148 nömrəli barışıq sazişindən görünür ki, Ərizəçi Maraqlı şəxs ilə mediasiya sessiyasında birgə nikahdan doğulmuş 18 may 2009-cu il təvəllüdlü X2, 29 yanvar 2020-ci il təvəllüdlü X3 və xx.xx.2021-ci il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 100 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində alimentin ödənilməsi barədə razılığa gəlmişlər; Azərbaycan Respublikası Vətəndaşının X11 AZE № ******** saylı seriyasından görünür ki, Ərizəçi xx.xx.1991-ci il tarixdə Goranboy rayonun Şəmmədli kəndində anadan olmuşdur. Həmin kənddə də qeydiyyatdadır; Goranboy Rayon Məhkəməsinin 2(045)-1113/2025 nömrəli, 29 iyul 2025-ci il tarixli qanuni qüvvəsini almış qətnaməsindən görünür ki, iddiaçı Ərizəçi ilə cavabdeh Maraqlı şəxs arasında 30 dekabr 2020-ci il tarixdə Goranboy rayon VVADQ Şöbəsində bağlanılmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 163 nömrə ilə qeyd edilmiş nikah pozulmuşdur; Kapital Bank ASC tərəfindən verilmiş 13 oktyabr 2025-ci il tarixli, 10784 saylı qəbdən görünür ki, Ərizəçi 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində 18 may 2009-cu il təvəllüdlü X2, 29 yanvar 2020-ci il təvəllüdlü X3 və xx.xx.2021-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər birinə 100 manat olmaqla, ümumilikdə 300 manat sabit pul məbləğində alimentin Ərizəçi ödənilməsi barədə razılıq əldə edilmişdir. Lakin barışıq sazişinin şərtləri maraqlı şəxs tərəfindən qanunla müəyyən edilmiş müddət ərzində icra edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM-nin) 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqmda məhkəmə xüsusi icraat qaydasında işlərə baxır; 355-23.1-ci maddəsinə görə, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-25.2-ci maddəsinə əsasən, məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. 355-25.3-cü maddəsinə əsasən, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355- 26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1-ci maddəsinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda və ya barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiyaprosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişindən və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. “Mediasiya haqqında” Qanunun: 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır; 34.2-ci maddəsinə əsasən Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur; 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər; 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Beləliklə, yuxarıda qeyd olunan normaların məzmunundan müəyyən edilir ki, şəxslər arasında məhkəmədən kənar qaydada mübahisələrin həlli nəzərdə tutulmuşdur. Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişi 2 halda məhkəmə tərəfindən təsdiq edilir: 1) Mediasiya institutunun tətbiqi dairəsinə daxil olan mübahisələrlə bağlı məhkəmənin icraatında olan iş üzrə tərəflər arasındakı mübahisə mediasiya vasitəsilə həll edildikdə barışıq sazişi məhkəməyə təqdim olunur. Bu halda məhkəmə barışıq sazişini təsdiq etdikdə həmin iş üzrə icraata xitam verilir. 2) Məhkəməyə müraciət etməmişdən öncə mediasiya vasitəsilə bağlanmış barışıq sazişi əgər tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmadıqda və ya könüllü icradan imtina olunduqda yalnız məcburi icra üçün onun təsdiq edilməsi barədə məhkəməyə müraciət edilə bilər. Göründüyü kimi, maraqlı şəxs qanunvericiliklə müəyyən edilmiş müddət ərzində barışıq sazişini könüllü qaydada icra etmədiyindən, barışıq sazişi qanunauyğun olduğundan hər hansı bir üçüncü şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından yuxarıda qeyd edilən hallar nəzərə alınmaqla təsdiq edilməlidir. MPM-nin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, ərizənin verilməsi ilə bağlı ödənilmiş olan dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi Maraqlı şəxs arasında xx.xx.2025-ci il tarixdə mediasiya şurasında bağlanmış barışıq sazişinin 3-cü bəndində qeyd edilən “Maraqlı şəxs övladları xx.xx.2009-cu il təvəllüdlü X2, xx.xx.2020-ci il təvəllüdlü X3 və xx.xx.2021-ci il təvəllüdlü X1 üçün xx.xx.2025-ci il tarixdən etibarən hər ay hər uşaq üçün 100 (bir yüz) manat aliment ödəyəcəyini öz öhdəsinə götürür”. “Aliment elektron qaydada ödəniləcək” hissəsi təsdiq edilməli, Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və MPM-nin 217-ci, 355-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi Maraqlı şəxs arasında xx.xx.2025-ci il tarixdə mediasiya şurasında bağlanmış barışıq sazişinin 3-cü bəndində qeyd edilən “Maraqlı şəxs övladları xx.xx.2009-cu il təvəllüdlü X2, xx.xx.2020-ci il təvəllüdlü X3 və xx.xx.2021-ci il təvəllüdlü X1 üçün xx.xx.2025-ci il tarixdən etibarən hər ay hər uşaq üçün 100 (bir yüz) manat aliment ödəyəcəyini öz öhdəsinə götürür”. “Aliment elektron qaydada ödəniləcək” hissəsi təsdiq edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Goranboy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Hafiz Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar