Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-195/2023 15.03.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, X26 qızının katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və X5 (Maraqlı şəxs Qəyyumluq və Himayəçilik Orqanı üçüncü şəxs kimi göstərilməklə) qarşı “övladlığa götürmənin ləğv olunması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun - xx xxx 1992-ci ildə anadan olmuş İddiaçı Cavabdeh1 və X12 tərəfindən övladlığa götürülmənin ləğv olunması, onunla övladlığa götürənlərin (onların qohumlarının) qarşılıqlı hüquq vəzifələrinə xitam verilməsi, doğum haqqında akt qeydində dəyişiklik edərək valideyn adlarının dəyişdirilməsi və əvvəlki qaydada göstərilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, o, İddiaçı xx xxx 1992-ci il tarixda Goranboy rayonunun Quşçular kandində anadan olmuşdur. X4 oğlu anası - X2 olmuşdur. Valideynlərinin 5 övladı olmuşdur. O, ailədə ən kiçik uşaq olmuşdur. Əmisi Cavabdeh1 Şamil oğlunun və onun hayat yoldaşı Abdullayeva Fəridǝ Sarı qızının övladları olmadığı üçün o, anadan olandan az sonra onlar tərəfindən övladlığa götürülmüşdür. Bu barədə olan Maraqlı şəxs 24 sentyabr 1992-ci il tarixli Sərəncamının surətini məhkəməyə təqdim edir. Bu barədə Goranboy rayon VVAQ şöbəsində övladlığa götürmə haqqında akt qeydləri kitabında 1992-ci ilin sentyabr ayının 28 günüdə 14 №-ilə qeyd edilmiş və ona 28 sentyabr 1992-ci il tarixli AZ İ-JQ № 265336 saylı "Ovladlığa götürmə haqqında" şəhadətnamə verilmişdir. Maraqlı şəxs 24 sentyabr 1992-ci il tarixli Sərəncamına müvafiq olaraq xx xxx 1992-ci il tarixdə anadan olmuş İddiaçı, yəni onun doğum haqqinda akt qeydləri kitabında soyadım "Abdullayev" adı "Fariz", ata adı "Fazil ata qrafasında "Cavabdeh1 Şamil oğlu", ana qrafasında "X12" doğulduğu yer Goranboy rayonunun Quşçular kəndi yazılmış digər məlumatlar dəyişdirilmədən saxlanılmışdır. Bu dəyişiklik əsasında ona Goranboy rayon VVAQ şöbəsi tərəfindən 09 may 1992-ci il tarixli XVİ-KF №- 359750 saylı doğum haqqında şəhadətnamə verilmişdir. Bir müddətdən sonra onunla övladlığa götürənlər arasında ondan asılı olmayan hallara görə zəruri olan münasibətlər yaranmamışdır və onu az sonra doğma valideynləri öz yanlarına alaraq təlim-tərbiyəsi, təhsili, sağlamlığı ilə özləri məşğul olmuşdurlar. Bir sözlə o, öz doğma ailəsində valideynlərinin qayğısı ilə böyümüşdür. Buna da səbəb o olmuşdur ki, əmisi onu övladlığa götürdükdən sonra həyat yoldaşı Fəridə Abdullayeva ilə ayrılmış, əmisi yeni ailə qurmuş və üç övladı olmuşdur. Lakin, bugünə kimi o, sənəd üzrə onların övladı kimi qalır. Halbuki, bütün kənd bilir ki, onun doğma valideynləri kimlərdi və belə vəziyyətin mövcudluğu övladlığa götürmənin ləğvi üçün əsasdır və onun maraqlarına tam cavab vermir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, o, 1992-ci ildə Goranboy rayonunun Quşçular kəndində anadan olmuşdur. Əmisinin övladı olmadığı üçün onun bioloji valideynləri onu əmisinə övladlığa verilmişdir. Hazırda əmisi yeni ailə həyatı qurmuş və üç övladı dünyaya gəlmişdir. Bir müddətdən sonra onunla övladlığa götürənlər arasında ondan asılı olmayan hallara görə zəruri olan ailə münasibətləri yaranmamışdır və onu az sonra doğma valideynləri öz yanlarına alaraq boya-başa çatdırmışlar. Bir sözlə o, öz doğma ailəsində valideynlərinin qayğısı ilə böyümüşdür. Odur ki, iddiasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul edərək bildirdi ki, iddianın təmin edilməsinə heç bir etirazı yoxdur, iddiaçının qeyd etdikləri həqiqətdir, o, öz doğma valideynlərinin yanında böyüyərək onlardan təlim-tərbiyə almışdır. İddiaçı sadəcə kağız üzərində onaların övladı kimi qalmışdır. Odur ki, övladlığa götürmənin ləğvinə razıdır. Cavabdeh Abdullayeva (Yarıyeva) Fəridə Sarı qızı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və məhkəməyə ünvanladığı ərizədə iddia tələbinin təmin edilməsinə dair heç bir etirazının olmadığını bildirərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs qismində cəlb edilmiş X9 bildirdi ki, iddiaçı onun doğma övladıdır, lakin qardaşı Cavabdeh1 övladı olmadığı üçün onu 1992-ci ildə qardaşına övladlığa vermişlər. Daha sonra şərait dəyişdiyi üçün övladları onların yanına qayıtmış və onların himayəsində böyümüşdür. Cavabdehlər yalnız formal olaraq kağız üzərində iddiaçının valideyni kimi qalıblar. Odur ki, övladlığa götürmənin ləğv edilməsinə razıdır və buna dair ərizəsini məhkəməyə təqdim edir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs qismində cəlb edilmiş X2 bildirdi ki, iddiaçı onun doğma övladıdır, lakin qaynı Cavabdeh1 övladı olmadığı üçün onu 1992-ci ildə qaynına övladlığa vermişlər. Daha sonra şərait dəyişdiyi üçün övladları onların yanına qayıtmış və onların himayəsində böyümüşdür. Cavabdehlər yalnız formal olaraq kağız üzərində iddiaçının valideyni kimi qalıblar. Odur ki, övladlığa götürmənin ləğv edilməsinə razıdır və buna dair ərizəsini məhkəməyə təqdim edir. Üçüncü şəxs kimi göstərilmiş Maraqlı şəxs Qəyyumluq və Himayəçilik Orqanına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, o, heç bir səbəb göstərmədən məhkəmə iclasına nümayəndəsi gəlməmiş və işin baxılmasının başqa vaxta keçirilməsi barədə vəsatət verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Goranboy rayon ВВАГ şöbəsi tərəfindən verilmiş İ-ЖГ seriyalı 265336 nömrəli övladlığa götürmə haqqında şəhadətnamənin surətindən görünür ki, xx xxx 1992-ci il tarixdə anadan olmuş Abdullayev X11 Fazil Şəmil oğlu və X12 tərəfindən övladlığa götürülmüşdür. Övladlığa götürüləndən sonra iddiaçının atasının adı “Fazil” kimi qeyd edilmişdir; Goranboy rayon Sarov kənd icra nümayəndəliyi tərəfindən verilmiş XVİ-ЖГ seriyalı 359750 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx xxx 1992-ci ildə Goranboy rayonu Quşçular kəndində doğulmuşdur. Atası Cavabdeh1, anası X6r; Goranboy Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş məktubdan görünür ki, Maraqlı şəxs 132 nömrəli sərəncamına əsasən İddiaçı Elbrus oğlu bioloji ata və anası olan X3 və X1 rəsmi razılığı nəzərə alınaraq Cavabdeh1 və X7 övladlığına verilmişdir; Maraqlı şəxs tərəfindən verilmiş 132 nömrəli, 24 sentyabr 1992-ci il tarixli sərancamından görünür ki, xx xxx 1992-ci il tarixdə anadan olmuş İddiaçı Elbrus oğlu övladları olmadığına görə əmisi Cavabdeh1 və onun həyat yoldaşı X5 övladlığa veilmişdir; Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 05/Q- 315/15 nömrəli məktubdan görünür ki, İddiaçı övladlığa götürmənin ləğvi barədə məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir Qasım İsmayılov rayon Dəliməmmədli qəsəbə sovetliyi tərəfindən verilmiş İİİ- ЖГ seriyalı 265823 nömrəli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X13 ilə X14 arasında nikah 06 iyul 1983-cü il tarixdə bağlanmış və bu barədə nikahın bağlanması akt qeyləri kitabında 32 nömrə ilə qeyd edilmişdir; Nikah bağlandıqdan sonra sonuncuya “Abdullayeva” soyadı verilmişdir; Gəncə şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 432777 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətinən görünür ki, Cavabdeh1 ilə X12 arasında nikah 09 iyun 2003-cü il tarixdə ləğv edilmişdir. Nikah ləğv olunandan sonra sonuncuya “Əhmədova” soyadı verilmişdir; Sumqayıt “ASAN xidmət mərkəzi” qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 378960 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X24 ilə X17 arasında xx.xx.2019-cu ildə nikah bağlanmış və sonuncuya “Yarıyeva” soyadı verilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, X13 ilə X1 birgə nikahından xx xxx 1992-ci il tarixdə İddiaçı Elbrus oğlu doğulmuşdur. Cavabdehlər Cavabdeh1 və Abdullayeva (Yarıyeva) Fəridə Sarı qızının birgə nikahlarından uşaqları olmadığı üçün İddiaçı Elbrus oğlu Maraqlı şəxs 132 nömrəli sərəncamı ilə əmisi Cavabdeh1 və onun həyat yoldaşı X5 övladlığa verilmişdir. Doğum haqqında şəhadətnamənin ata qrafasında “İddiaçı”, ana qrafasında “X12” kimi qeyd edilmişdir. Bir müddət sonra Cavabdeh1 ilə cavabdeh X12 arasında bağlanmış nikah pozulmuşdur. Hazırda iddiaçının cavabdehlər tərəfindən övladlığa götürülməsi formal xarakter almış və reallıqda cavabdehlər bu statusdan irəli gələn hər hansı hüquq və vəzifə icra etmirlər. Ona görə də, həm övladlığa verənlər, həm də övladlığa götürənlər övladlığa götürmənin ləğv edilməsini razıdırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 131.1-ci maddəsinə əsasən övladlığa götürmənin ləğv olunması məhkəmə qaydasında həyata keçirilir; 131.2-ci maddəsinə əsasən övladlığa götürmənin ləğv olunması barədə işə müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə baxılır; 131.3-cü maddəsinə əsasən məhkəmənin övladlığa götürməni ləğv etmək haqqında qətnaməsinin qüvvəyə mindiyi gündən övladlığa götürməyə xitam verilir; 131.4-cü maddəsinə əsasən övladlığa götürmənin ləğv olunması barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış 3 gün müddətində hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür; 133-cü maddəsinə əsasən övladlığa götürmənin ləğv olunmasını övladlığa götürənlərin özləri, uşağın valideynləri, övladlığa götürülən 14 yaşına çatmış uşaq və müvafiq icra hakimiyyəti orqanı tələb edə bilər; 134.7-ci maddəsinə əsasən məhkəmə övladlığa götürülməni ləğv etdikdə, övladlığa götürülmüş uşağın və övladlığa götürənlərin (onların qohumlarının) qarşılıqlı hüquq və vəzifələrinə xitam verilir. Uşağın mənafeyi bunu tələb edərsə, onunla valideynləri (onun qohumları) arasında qarşılıqlı hüquq və vəzifələr bərpa olunur; 135-ci maddəsinə əsasən uşaq yetkinlik yaşına çatdıqda övladlığa götürmənin ləğvinə yol verilmir. Lakin övladlığa götürən, övladlığa götürülən və övladlığa götürülənin valideynləri (valideynlər sağdırsa, valideynlik hüquqlarından məhrum olunmamışdırsa, məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilməmişdirsə) arasında qarşılıqlı razılığa əsasən övladlığa götürmənin ləğvinə yol verilir. Övladlığa götürmə və övladlığa götürmənin ləğvi ilə əlaqədar mülki işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 29 oktyabr 2009-cu il tarixli qərarının 25-ci maddəsinə əsasən övladlığa götürənin valideynlik hüquqları uşağın onlara mənsubluğuna görə deyil, övladlığa götürmə ilə əlaqədar yarandığına görə övladlığa götürənlər onların üzərinə düşən valideynlik vəzifələrini yerinə yetirmədikdə, valideynlik hüququndan suiistifadə etdikdə və ya övladlığa götürülən uşağa qəddar münasibət bəslədikdə, həmçinin övladlığa götürən xroniki alkoqolizm və narkomaniya xəstəliyindən əziyyət çəkdikdə, məhkəmə tərəfindən övladlığa götürmənin ləğvi məsələsi həll edilə bilər. Məhkəmə iclasında tədqiq edilmiş sübutlardan və işin hallarından göründüyü kimi iddiaçı, yəni övladlığa götürülən artıq yetkinlik yaşına çatmış və övladlığa götürən, övladlığa götürülən və övladlığa götürülənin valideynləri arasında övladlığa götürmənin ləğvinə dair qarşılıqlı razılıq əldə edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, xx xxx 1992-ci il təvəllüdlü İddiaçı cavabdehlər Cavabdeh1 və X12 tərəfindən övladlığa götürülməsi ləğv edilməli, iddiaçı ilə övladlığa götürənlar arasındakı qarşılıqlı hüquq və vəzifələrə xitam verilməli, İddiaçı doğum haqqında akt qeydində düzəliş edilərək, atası qrafasında “X10”, anası qrafasında isə “X16” qızı qeyd olunmalıdır. Qeyd olunanlara əsasən və MPM-in 216-220-ci, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx xxx 1992-ci il tarixdə doğulmuş iddiaçı Cavabdeh1 Fariz oğlunun cavabdehlər Cavabdeh1 və X12 tərəfindən övladlığa götürülməsi ləğv edilsin. İddiaçı Cavabdeh1 Fariz oğlu ilə övladlığa götürənlər Cavabdeh1 və X12 ilə arasındakı qarşılıqlı hüquq və vəzifələrə xitam verilsin. xx xxx 1992-ci il tarixdə doğulmuş iddiaçı Cavabdeh1 Fariz oğlunun doğum haqqında akt qeydində düzəliş edilərək, atası qrafasında “X13”, anası qrafasında “X2” qeyd olunsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №2(045)-195/2023
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-195/2023
15.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Övladlığa götürmənin ləğvi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver