Məhkəmə qərarları › İş №2(045)-1959/2025

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-1959/2025

23.10.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-1959/2025 23.10.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ X12 Samir oğlunun sədrliyi, Səmədzadə Səməd Dilqəm oğlunun katibliyi ilə, Ərizəçi, Maraqlı şəxs Maraqlı şəxs iştirakları ilə, Ərizəçi (Maraqlı şəxs kimi göstərilməklə) “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binаsındа, аçıq məhkəmə iclаsındа bахаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, barışıq sazişində qeyd edilən bəndlər üzrə Barışıq sazişinin təsdiqlənməsinə dair qətnamə çıxarlmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, onlar Maraqlı şəxs ilə 09 oktyabr 2018-ci il tarixdə nikahı Gəncə Asan Xidmət Mərkəzinin Qeydiyyat şöbəsində rəsmi qeyd etdirməklə ailə qurmuşlar. Birgə yaaşadıqları müddətdə 08 iyul 2020-ci il təvəllüdlü X8 və 20 aprel 2023-cü il təvəllüdlü X6 adlı uşaqları olmuşdur. Maraqlı şəxslə birgə yaşamaq mümkün olmadığı üçün ayrılmışlar. Bu barədə olan Goranboy rayon Məhkəməsinin 07 noyabr 2024-cü il tarixli, 2(045)-1640/2024 saylı qətnaməsini məhkəməyə təqdim edir. O və Maraqlı şəxs 13 avqust 2024-cü il tarixdə mediasiya prosessində iştirak etmişlər və uşağa təyin olunmuş alimentin miqdarı barədə ümumi razılığa gəlmişlər. X8 və X1 üçün hər ay 100 (bir yüz) manat miqdarında aliment ödəməyi öhtəsinə götürmüşdür və onlar bu barədə barışıq sazişi bağlamışlar. Lakin cavabdeh Abdullayev X3 3-cü bəndinin tələblərini pozaraq alimenti ödəməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2024-cü il tarixli barışıq sazişindən görünür ki, tərəflər nikahlarının məhkəmə qaydasında pozulması, ata Maraqlı şəxs övladları 08 iyul 2020-ci il təvəllüdlü X8 və 20 aprel 2023-cü il təvəllüdlü X5 ana Ərizəçi himayəsində saxlanması, birinci tərəf Maraqlı şəxs övladları X8 və X2 üçün xx.xx.2024cü il tarixdən etibarən hər ay hər uşaq üçün 100 (yüz) manat, ümumilikdə 200 (iki yüz) manat aliment ödəyəcəyini, alimentin elektron qaydada ödənilməsini, birinci tərəf Maraqlı şəxs və ikinci tərəf Ərizəçi yuxarıda qeyd olunan mübahisə üzrə başqa tələblərinin olmaması barədə ümumi razılığa gəlmişlər; Goranboy Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 499115 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs ilə Ərizəçi arasında bağlanmış nikaha xx.xx.2024-cü il tarixdə xitam verilmiş və bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 212 nömrə ilə qeyd edilmişdir; Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı 450871 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2020-ci ildə Goranboy şəhərində doğulmuş, atası Maraqlı şəxs, anası Ərizəçidır; Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı 884323 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2023-cü ildə Goranboy şəhərində doğulmuş, atası Maraqlı şəxs, anası Ərizəçidır; Goranboy Rayon İcra Hakimiyyəti Başçısının Goranboy Şəhər İnzibati Ərazi X7 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 5-45-1/2-A-1275/2025 nömrəli arayışından görünür ki, X6 həqiqətən ünvan 1 ünvanında müvəqqəti qeydiyyatsız yaşayır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Ərizəçi ilə Maraqlı şəxs birgə nikahdan xx.xx.2020-ci il təvəllüdlü X8, xx.xx.2023-cü il təvəllüdlü X6 adlı uşaqları doğulmuşdur. Mediasiya prosesi nəticəsində Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2024-cü il tarixli barışıq sazişi bağlanmış, lakin mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi maraqlı şəxs tərəfindən vaxtında könüllü qaydada icra edilməmişdir. Hazırda Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə həmin sazişin məcburi icra edilməsi üçün təsdiq edilməsini tələb edir. MPM-in: 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqmda məhkəmə xüsusi icraat qaydasında işlərə baxır; 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər; 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır; 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir; 355-26.1-ci maddəsinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda və ya barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiyaprosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişindən və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. “Mediasiya haqqında” Qanununun: 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır; 34.2-ci maddəsinə əsasən Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur; 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər; 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Beləliklə, yuxarıda qeyd olunan normaların məzmunundan müəyyən edilir ki, şəxslər arasında məhkəmədən kənar qaydada mübahisələrin həlli nəzərdə tutulmuşdur. Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişi 2 halda məhkəmə tərəfindən təsdiq edilir: 1) Mediasiya institutunun tətbiqi dairəsinə daxil olan mübahisələrlə bağlı məhkəmənin icraatında olan iş üzrə tərəflər arasındakı mübahisə mediasiya vasitəsilə həll edildikdə barışıq sazişi məhkəməyə təqdim olunur. Bu halda məhkəmə barışıq sazişini təsdiq etdikdə həmin iş üzrə icraata xitam verilir. 2) Məhkəməyə müraciət etməmişdən öncə mediasiya vasitəsilə bağlanmış barışıq sazişi əgər tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmadıqda və ya könüllü icradan imtina olunduqda yalnız məcburi icra üçün onun təsdiq edilməsi barədə məhkəməyə müraciət edilə bilər. Göründüyü kimi maraqlı şəxs qanunvericiliklə müəyyən edilmiş müddət ərzində barışıq sazişini könüllü qaydada icra etmədiyindən, barışıq sazişi qanunauyğun olduğundan hər hansı bir üçüncü şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından yuxarıda qeyd edilən hallar nəzərə alınmaqla təsdiq edilməlidir. Məhkəmə barışıq sazişinin birinci, ikinci, üçüncü, beşinci və altıncı hissələri ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, ərizəçi ərizəsində maraqlı şəxsin yalnız alimentin tutulması (barışıq sazişinin 3-cü bəndi) hissəsində pozulduğunu qeyd etmiş və ərizəsini sazişin 3-cü bəndinin şərtlərinin pozulması ilə əsaslandırmışdır. Əlavə olaraq qeyd edilməlidir ki, sazişin bu hissələrinin digər hissələrdən ayrılması mümkündür. Bu səbəbdən məhkəmə sazişin bu şərtlərinə münasibət bildirmir və barışıq sazişinin bu hissələrinin təsdiq edilməsindən imtina edir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi Maraqlı şəxs arasında xx.xx.2024-cü il tarixdə mediasiya şurasında bağlanmış barışıq sazişinin tərəflər nikahlarının məhkəmə qaydasında pozulması, ata Maraqlı şəxs övladları 08 iyul 2020-ci il təvəllüdlü X8 və 20 aprel 2023-cü il təvəllüdlü X5 ana Ərizəçi himayəsində saxlanması, birinci tərəf Maraqlı şəxs övladları X8 və X2 üçün xx.xx.2024-cü il tarixdən etibarən hər ay hər uşaq üçün 100 (yüz) manat, ümumilikdə 200 (iki yüz) manat aliment ödəyəcəyini, alimentin elektron qaydada ödənilməsini, birinci tərəf Maraqlı şəxs və ikinci tərəf Ərizəçi yuxarıda qeyd olunan mübahisə üzrə başqa tələblərinin olmaması barədə ümumi razılığa gəlmələri təsdiq edilməlidir. Göstərilənlərə əsasən MPM-in 217 və 355-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi Maraqlı şəxs qızı arasında xx.xx.2024-cü il tarixdə mediasiya şurasında bağlanmış barışıq sazişinin tərəflər nikahlarının məhkəmə qaydasında pozulması, ata Maraqlı şəxs övladları 08 iyul 2020-ci il təvəllüdlü X8 və 20 aprel 2023-cü il təvəllüdlü X5 ana Ərizəçi himayəsində saxlanması, birinci tərəf Maraqlı şəxs övladları X8 və X2 üçün xx.xx.2024-cü il tarixdən etibarən hər ay hər uşaq üçün 100 (yüz) manat, ümumilikdə 200 (iki yüz) manat aliment ödəyəcəyini, alimentin elektron qaydada ödənilməsini, birinci tərəf Maraqlı şəxs və ikinci tərəf Ərizəçi yuxarıda qeyd olunan mübahisə üzrə başqa tələblərinin olmaması barədə ümumi razılığa gəlmələri təsdiq edilsin. Qətnamədən onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Goranboy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X13

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar