Məhkəmə qərarları › İş №2(045)-2043/2024

Goranboy Rayon Məhkəməsi Qərardad — İş №2(045)-2043/2024

19.11.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Goranboy rayonu İş № 2(045)-2043/2024 19.11.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Goranboy Rayon Məhkəməsinin hakimi Mustafayev Taleh Məhəmmədəli oğlu İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “qanunsuz hərəkətlərə son qoyulması və maddi ziyan tələbi” barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qanunsuz hərəkətlərinə son qoyularaq, Goranboy Rayon Yuxarı Ağcakənd kəndində yerləşən ona və övladlarına məxsus olan həyətyanı torpaq sahəsindən çıxarılmaları, onlar tərəfindən qanunsuz tikilmiş tikilinin sökülməsi və evini sökdükləri üçün və içərisində olan əşyaları məhv etdiklərinə görə ona dəyən maddi ziyana görə 35000 (otuz beş min) manat nəğd pulun müştərək qaydada cavabdehlər tərəfindən ödənilməsi və həyətyanı torpaq sahəsinin onun adına rəsmləşdirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinin qanunla müəyyən olunmuş qayda, forma və məzmununa riayət edilməyərək, iddia ərizəsində cavabdehlərdən Cavabdeh3 şəxsiyyətini eyniləşdirmə məlumatları qeyd olunmamış, bundan başqa iddia ərizəsində ərizəçinin öz tələbinin əsası kimi istinad etdiyi fakt və halların və onları təsdiq edən sübutların siyahısı göstərilməmiş (yəni ki, mübahisə predmeti olan daşınmaz əmlakın mövcudluğunu və iddiaçıya məxsusluğunu və 35000 manat məbləğində vurulmuş maddi ziyana dair hər hansı sənəd iddia ərizəsinə əlavə edilməmişdir) və bundan başqa ərizənin verilməsi üçün qanunla müəyyən olunmuş qaydada dövlət rüsumunun ödənilməsinə dair sənəd təqdim edilməmişdir (“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.3cü maddəsinə əsasən 195 (bir yüz doxsan beş) manat məbləğində dövlət rüsumu ödənilməli olduğu halda, 100 (yüz) manat məbləğində dövlət rüsumu ödənilmişdir), bundan başqa bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirilərək bir iddiada verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) : 149.2.2-ci maddəsinə əsasən, ərizədə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir; 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə; 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə; 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmənin gəldiyi nəticəyə görə iddia ərizəsi, ona əlavə edilmiş sənədlər və ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Məhkəməyə müraciət edilərkən hər bir şəxs iddia ərizəsi və ya onun verilməsinə dair MPM-lə müəyyən edilmiş qayda, forma və məzmuna, həmin sənədlərə dair müəyyən edilmiş tələblərə əməl etməlidir. Yuxarıda göstərilənlərə əsasən, MPM-in 152, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı “qanunsuz hərəkətlərə son qoyulması və maddi ziyan tələbi” barədə iddia ərizəsi, ona əlavə edilmiş sənədlər və ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. İddiaçı izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində işə baxan Goranboy Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar