Məhkəmə qərarları › İş №2(045)-2325/2025

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-2325/2025

24.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-2325/2025 24.02.2026 GORANBOY RAYON MƏHKƏMƏSİ X*6 Samir oğlunun sədrliyi, Səmədzadə Səməd Dilqəm oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs kimi göstərilməklə) “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum anası X2 28 sentyabr 2007ci il tarixdə Goranboy rayonunun Qaramusalı kəndində vəfat etməsi faktı müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Goranboy rayonunun Qaramusalı kəndində yaşayır. Mərhum anası X5 28 sentyabr 2007-ci il tarixdə Goranboy rayonunun Qaramusalı kəndində vəfat etmiş və həmin tarixde Qaramusalı kənd qəbrstanlığında dəfn edilmişdir. Mərhum anası haqqında ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etsə də oradan ona cavab olaraq bildirmişlər ki, məһkəməyə müraciət etsin. Məhkəməyə təqdim etdiyi Goranboy rayon İHB-nın Qaramusalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 20.**.2025-ci il tarixli 27 nömrəli arayışdan görünür ki, həqiqətən X7 xx.xx.2007-ci il tarixində Goranboy rayonu Qaramusalı kənd qəbrstanlığında dəfn edilmişdir. Məhkəməyə təqdim etdiyi Maraqlı şəxs ona ünvanladığı *9 noyabr 2025-ci il tarixli, 3-*6-5/8-*5-394/2025 saylı məktubunda göstərilmişdir ki, anası X3 ölümü şöbənin arxivində və "X* Sistemində" aşkar edilməmişdir. Odur ki, ölüm faktının müəyyən edilməsi üçün qanunvericilikdə müəyyən olunmuş qaydada məhkəməyə müraciət edilməlidir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinə uyğun izahat verərək, məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs X8 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) *85-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən şahid X*0 ifadəsində bildirdi ki, ərizəçi onun kəndlisidir, mərhum anası X5 vəfat etdiyi zaman onun dəfn mərasimində iştirak etdiyini, hətta dəfn maşını kimi onun maşınından istifadə olunduğunu qeyd etdi. Mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Maraqlı şəxs tərəfindən verilmiş *9.**.2025-ci il tarixli, 3-*6-5/8-*5-394/2025 nömrəli məktubundan görünür ki, X2 ölüm haqqında akt qeydi şöbənin arxivində və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin "X* Sistemi"-nə aşkar edilməmişdir. Odur ki, anasının ölüm faktının təsdiq edilməsi üçün qanunvericilikdə müəyyən olunmuş qaydada məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir; Goranboy rayon İcra Hakimiyəyəti Başçısının Qaramusalı Bələdiyyəsi tərəfindən verilmiş 27 nömrəli, 20.**.2025-ci il tarixli arayışdan görünür ki, Ərizəçi anası X5 xx.xx.2007-ci ildə Goranboy rayon Qaramusalı kənd qəbristanlığında dəfn edilmişdir; AR Qasım İsmayılov rayonunun Safıkürd kənd sovetinin Xİİ-ЖГ seriyalı 35893* nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi Qntaz qızı xx.xx.*964-cü tarixində doğulmuşdur. X6, anası X4r; Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin AA №3904985 seriyalı surətindən görünür ki, Ərizəçi xx.xx.*964-cü il tarixdə anadan olmuşdur; "xxxx" MMC tərəfindən verilmiş *2.*9.2025-ci il tarixli, *926568677 nömrəli qəbzdən görünür ki, iddiaçı hazırkı tələb üzrə *00 manat dövlət rüsumu ödəmişdir; Goranboy Rayon Polis Şöbəsinin *7.02.2026-cı il tarixli, 3-*3-75/2-B4274/2024 nömrəli məktubundan görünür ki, X2 fərdi uçot kartockası F-* kserosürəti məhkəməyə göndərilmişdir, həmin sənəddən görünür ki, X5 09 may *939-cu il tarixdə Qasım İsmayılov rayonu, Qaramusalı kəndində doğulmuşdur; Məhkəmə proses iştirakçılarının izahatlarını və şahid ifadəsini dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, ərizəçinin anası 09.05.*939-cu il təvəllüdlü X5 28 sentyabr 2007-ci il tarixdə Goranboy rayonunun Qaramusalı kənd qəbristanlığında dəfn edilmişir. Ərizəçi anasının ölümünü məhkəmə qərarı olmadan başqa yolla qeydə aldıra bilmir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – MPM): *4.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.*-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 2*7.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 307.*-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.3-cü maddəsinə əsasən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, 09 may *939-cu il tarixdə anadan olmuş X5 28 sentyabr 2007-ci il tarixdə Goranboy rayonunda ölməsi faktının müəyyən edilməsi üçün yoxlanılmış sübutlar vardır və həmin faktın başqa yolla müəyyən edilməsi mümkün olmadığından bu, məhkəmə qaydasında müəyyən edilməlidir. Göstərilənlərə əsasən MPM-in 2*6-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 09 may *939-cu il tarixdə anadan olmuş X2 28 sentyabr 2007-ci il tarixdə Goranboy rayonunda ölməsi faktı müəyyən edilsin. Qətnamədən onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Goranboy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X*7

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar