Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-234/2023 04.04.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ X23 Məhəmməd oğlunun sədrliyi, məhkəmə iclasının katibi Civəzadə Aygün Səlahəddin qızının katibliyi, Ərizəçi, onun nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi Maraqlı şəxs olmaqla ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Goranboy Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi Maraqlı şəxs olmaqla ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək 27 oktyabr *963-cü tarixdə Goranboy rayonun Səfikürd kəndində anadan olmuş anası X6 ** iyul 2005-ci il tarixdə, bacısı 04 aprel *982-ci ildə Səfikürd kəndində anadan olmuş X7 *7 iyun 20*0-cu il tarixdə və bacısı *7 avqust *983-cü ildə Səfikürd kəndində anadan olmuş X5 02 fevral 20*2-ci il tarixdə Goranboy rayonunda ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında bildirmişdir ki, ölüm faktını müəyyən etdirmək isdədiyi mərhum X*2 anasıdır. X** və X*5 bacıları olmuşdur. Məhkəməyə təqdim etdiyi Maraqlı şəxs tərəfindən verilmiş 0* sentyabr 2022-ci il tarixli, AZ-İ 405382 saylı nikahın bağlanması haqqında çıxarışın əslindən görünür ki, X* rayon Səfıkürd kənd İcra Nümayəndəliyində 08 dekabr *98*-ci il tarixdə nikahlarını rəsmi qeyd etdirməklə kənd sakini X*3 ilə ailə qurmuşdur. Onların 4 uşaqları olmuşdur- Lalə, Ramidə, Adil və Aydın Hüseynov. Məhkəməyə təqdim etdiyi 29 avqust *988-ci il tarixli Xİİİ-JQ №323835 saylı doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X2, anası X8r. Məhkəməyə təqdim etdiyi Maraqlı şəxs tərəfindən verilmiş doğum haqqında arayışın əslindən görünür ki, bacısı X*5 04 aprel *982-ci ildə Goranboy rayonunun Səfıkürd kəndində anadan olmuşdur. X2, anası-X8r. Məhkəməyə təqdim etdiyi Maraqlı şəxs tərəfindən verilmiş doğum haqqında arayışın əslindən görünür ki, bacısı X** *7 avqust *983-cü ildə Goranboy rayonunun Səfikürd kəndində anadan olmuşdur. X2, anası X8r. Məhkəməyə təqdim etdiyi Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ölüm haqqında arayışın əslindən məlum olur ki, X2 23 dekabr *994-cü ildə Goranboy rayonunun Səfıkürd kəndində vəfat etmişdir. Məhkəməyə təqdim etdiyi Maraqlı şəxs arayışından görünür ki, bacıları ailəli olmamışdırlar. Bu günlərdə pay torpaq sənədləri ilə əlaqədar sənədləşmə apararkən məlum oldu ki, nə anası X6, nə də ki, bacıları - Lalə və Ramidə Hüseynovanın ölümləri qeydə alınmamışdır. Halbuki, anası X*2-** iyul 2005-ci il tarixdə, bacısı- X**-02 fevral 20*2ci il tarixdə, X*5 isə *7 iyun 20*0-cu il tarixdə vəfat etmişlər. Ona görə də Maraqlı şəxsnə ərizə ilə müraciət edərək ana və bacılarına ölümü haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Məhkəməyə təqdim etdiyi Qeydiyyat şöbəsinin 0* sentyabr 2022-ci il tarixli 05/Q-482/*5 saylı məktubundan görünür ki, ərizəsi müsbət həll olunmamışdır. Ona məsləhət olunmuşdur ki, ölümün qeydə alınması faktının təsdiq edilməsi üçün məhkəməyə müraciət etsin. Buna görə də 27 oktyabr *963-cü tarixdə Goranboy rayonun Səfikürd kəndində anadan olmuş anası X6 ** iyul 2005-ci il tarixdə, bacısı 04 aprel *982-ci ildə Səfikürd kəndində anadan olmuş X7 *7 iyun 20*0-cu il tarixdə və bacısı *7 avqust *983-cü ildə Səfikürd kəndində anadan olmuş X5 02 fevral 20*2-ci il tarixdə Goranboy rayonunda ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs, Maraqlı şəxs rəisi məhkəməyə məktub ünvanlayaraq şöbədə iş yükünün çoxluğu ilə əlaqədar olaraq onların iştirakları olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş X9 göstərmişdir ki, o iddiaçının dayısıdır. 27 oktyabr *963-cü tarixdə Goranboy rayonunun Səfikürd kəndində anadan olmuş X6 ** iyul 2005-ci il tarixdə, 04 aprel *982-ci ildə Səfikürd kəndində anadan olmuş X7 *7 iyun 20*0-cu il tarixdə və *7 avqust *983-cü ildə Səfikürd kəndində anadan olmuş X5 02 fevral 20*2-ci il tarixdə Goranboy rayonunda ölməsi faktını təsdiq edir. Belə ki, onlar uzun sürən xəstəlikdən sonra vəfat etmişlər. Onların dəfnində özü iştirak etmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş X*6 izahatında göstərmişdir ki, 27 oktyabr *963-cü tarixdə Goranboy rayonunun Səfikürd kəndində anadan olmuş X6 ** iyul 2005-ci il tarixdə, 04 aprel *982-ci ildə Səfikürd kəndində anadan olmuş X7 *7 iyun 20*0cu il tarixdə və *7 avqust *983-cü ildə Səfikürd kəndində anadan olmuş X5 02 fevral 20*2ci il tarixdə Goranboy rayonunda ölməsi faktını təsdiq edir. Belə ki, onlar uzun sürən xəstəlikdən sonra vəfat etmişlər. Onların dəfnində o iştirak etmişdir. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş Maraqlı şəxs tərəfindən verilmiş 0* sentyabr 2022-ci il tarixli AZ-* №405382 saylı nikahın bağlanması haqqında çıxarışın əslindən görünür ki, X*2 ilə X*3 arasında nikah Goranboy rayon Səfıkürd kənd İcra Nümayəndəliyində 08 dekabr *98*-ci il tarixdə bağlanmışdır. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş Goranboy şəhər İHBnın Goranboy şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 28 dekabr 2022-ci il tarixli arayışından görünür ki, Hüseynov X*8 şəhəri İravanlı kəndində qeydiyyatdadır. İş materiallarında əlavə olunmuş qəbir daşının foto şəkilindən görünür ki, X*2 **.07.2005–ci ildə vəfat etmişdir İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş Maraqlı şəxs tərəfindən verilmiş 0* sentyabr 2020-ci il tarixli 482 saylı məktubdan görünür ki, X*2, X*5 və X5 ölümünün qeydə alınması üçün onun ölümü haqqında tibbi şəhadətnamə təqdim edilmədiyindən qeydiyyatın aparılması mümkün olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş Maraqlı şəxs tərəfindən verilmiş ** oktyabr 2022-ci il tarixli 637 saylı X*0 ərizəsinə cavab məktubundan görünür ki, X6 doğum haqqında akt qeydi Kəlbəcər rayon qeydiyyat şöbəsinin arxivində və Ədliyyə Nazirliyinin Elektron İnformasiya Sistemində aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi *6 avqust *988-ci il tarixdə doğulmuşdur. Ata qrafasında X2 və ana qrafasında anası X3 yazılmışdır. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş AZ *9*8329 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X*6 28 sentyabr *97*-ci il tarixdə doğulmuşdur. Ata qrafasında atası və ana qrafasında anası X4 yazılmışdır. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş Maraqlı şəxs tərəfindən verilmiş 06 avqust 2022-ci il tarixli 749 saylı arayışdan görünür ki, Goranboy rayonu üzrə X7 barəsində 2000-2022-ci illərə aid Maraqlı şəxs arxivində nikah akt qeydiyyatı tapılmamışdır. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş Maraqlı şəxs tərəfindən verilmiş 06 avqust 2022-ci il tarixli 748 saylı arayışından görünür ki, Goranboy rayonu üzrə X** barəsində 200*-2022-ci illərə aid Maraqlı şəxs arxivində nikah akt qeydiyyatı tapılmadı. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, ərizəçi məhkəməyə müraciət edərkən *00 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadəsini dinləyib, işin faktiki hallarını araşdıraraq və məhkəmə baxışında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə araşdırmasının nəticəsi olaraq müəyyən edilmişdir ki, ölüm faktı müəyyən olunması tələb edilən, 27 oktyabr *963-cü tarixdə Goranboy rayonun Səfikürd kəndində anadan olmuş ərizəçinin anası X*2 ** iyul 2005-ci il tarixdə, bacısı 04 aprel *982ci ildə Səfikürd kəndində anadan olmuş X*5 *7 iyun 20*0-cu il tarixdə və bacısı *7 avqust *983-cü ildə Səfikürd kəndində anadan olmuş X** 02 fevral 20*2-ci il tarixdə Goranboy rayonunda vəfat etmişdir. Onların ölüm faktlarının təsdiqi ərizəçiyə JN 0027 Kod 5090*048 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı üzrə sənədləşdirmə işlərinin aparılması üçün lazımdır. İşin göstərilən halları ərizəçinin izahatı, bunu tamamlayan şahid ifadəsi və iş materiallarında olan məhkəmə tərəfindən sübut kimi qəbul edilmiş digər sənədlərlə tam təsdiq olunur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 305.*.*-ci maddəsinə görə məhkəmə xüsusi icraat qaydasında həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsində isə təsbit edilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin *59.* və *59.2-ci maddələrinə qeyd olunur ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq Qeydiyyat şöbələri) tərəfindən aparılır. Həmin orqanlar öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadın dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 3**-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, əsaslı olduğundan ərizə təmin edilməli, 27 oktyabr *963-cü tarixdə Goranboy rayonun Səfikürd kəndində anadan olmuş X6 ** iyul 2005-ci il tarixdə, 04 aprel *982-ci ildə Səfikürd kəndində anadan olmuş X7 *7 iyun 20*0-cu il tarixdə və *7 avqust *983-cü ildə Səfikürd kəndində anadan olmuş X5 02 fevral 20*2-ci il tarixdə Goranboy rayonunda ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəllənin *4.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.*-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 2*7.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 2*6-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. 27 oktyabr *963-cü tarixdə Goranboy rayonunun Səfikürd kəndində anadan olmuş X6 ** iyul 2005-ci il tarixdə, 04 aprel *982-ci ildə Səfikürd kəndində anadan olmuş X7 *7 iyun 20*0-cu il tarixdə və *7 avqust *983-cü ildə Səfikürd kəndində anadan olmuş X5 02 fevral 20*2-ci il tarixdə Goranboy rayonunda ölməsi faktı müəyyən edilsin. Qətnamədən, onun tərəfə rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Toğrul Məmmədov
Məhkəmə qərarları › İş №2(045)-234/2023
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-234/2023
04.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver