Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-245/2024 16.01.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs kimi göstərilməklə) “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, *2 avqust *950-ci ildə Azərbaycan Respublikasının Qasım İsmayılov (indiki Goranboy rayonu) rayonunda anadan olmuş, milliyyətcə azərbaycanlı, anası X* 22 yanvar 2023-cü il tarixdə, Goranboy şəhərində uzun sürən şəkərli diabet xəstəliyi səbəbindən ölüm faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx xxxxxxx *982-ci ildə Goranboy şəhərində anadan olmuşdur. Hazırda yuxarıda qeyd etdiyi ünvanda ailəsi ilə birlikdə yaşayır. Ölüm faktını müəyyən etdirmək isdədiyi mərhum X3 onun anası idi. Mərhum anası *2 avqust *950-ci ildə Qasım İsmayılov rayonunda (indiki Goranboy rayonu) anadan olmuşdur. Uzun müddət idi ki, şəkərli diabet xəstəliyindən əziyyət çəkirdi. Anası uzun sürən şəkərli diabet xəstəliyindən 22 yanvar 2023-cü il tarixdə evində vəfat etmişdir və Goranboy rayon qəbirstanlığında dəfin olunmuşdur. Bu barədə olan Goranboy rayon Bələdiyyəsinin 30 noyabr *09 saylı arayışını məhkəməyə təqdim edir. Anasının ölümü ona çox pis təsir etdiyi üçün xəstələnmiş, elə indi də xəstədir, daima müalicə olunur. Anasının ölümünü qəbul edə bilmədiyi üçün bu günə kimi ona ölüm haqqında şəhadətnamə almamışdır. Bu günlərdə anasının ölümü barədə şəhadətnamə almaq üçün Maraqlı şəxsnə ərizə ilə müraciət etmişdir. Məhkəməyə təqdim etdiyi Maraqlı şəxs 28 noyabr 2023-cü il tarixli 3-*6-5/-*5-763/2023 saylı cavab məktubundan görünür ki, ərizəsi müsbət həll olunmamışdır, ona məsləhət olunur ki, ölüm faktının təsdiq edilməsi üçün məhkəməyə müraciət etsin. İndi istəyir ki, anasının ölüm faktı məhkəmə qaydasında müəyyən edilsin və ona anasının ölümü barədə şəhadətnamə verilsin. Ona anasının qeyd etdiyi vaxtda vəfat etməsinin məhkəmə qaydasında müəyyən olunması ondan miras qalan əmlaka vərəsəlik hüququnun tanınması üçün lazımdır. O, anasının ölümü barədə şəhadətnaməni başqa qaydada ala bilmir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinə uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs X9 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) *85-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Qasım İsmayılov rayon ВВАГ tərəfindən verilmiş Vİİİ-ЖГ seriyalı 384234 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi xx xxxxxxx *982-ci ildə Qasım İsmayılov şəhərində doğulmuş, atası X6, anası X2r; Qasım İsmayılov rayonu Qızılhacılı kənd soveti tərəfindən verilmiş АЗ seriyalı 257902 nömrəli evlənmək haqqında şəhadətnamədən görünür ki, X6 ilə X4 arasında nikah 20 noyabr *974-cü il tarixdə bağlanmış və bu barədə vətəndaşlıq vəziyyəti aktları kitabında ** nömrə ilə qeyd edilmişdir; Maraqlı şəxs 28.**.2023-cü il tarixli, 3-*6-5/8-*5-763/2023 nömrəli məktubundan görünür ki, X* ölümü haqqında akt qeydi Maraqlı şəxs arxivində və Ədliyyə Nazirliyinin “X5”də aşkar edilməmişdir; Goranboy rayon Bələdiyyəsi tərəfindən verilmiş *09 nömrəli, 30 noyabr 2023-cü il tarixli arayışdan görünür ki, mərhum X3 22 yanvar 2023-cü il tarixdə vəfat etmiş və Goranboy rayon qəbiristanlığında dəfn edilmişdir; Fotoşəkildən görünür ki, X3 22.0*.2023-cü ildə vəfat etmiş və onun xatirəsinə rayon qəbiristanlığında məzar daşı inşa edilmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, ərizəçinin anası X3 həqiqətən 22.0*.2023-cü il tarixdə Goranboy şəhərində vəfat etmiş və ərizəçi anasının ölümünü başqa yolla qeydə ala bilmir. Lakin ərizəçi anasının uzun sürən şəkərli diabet xəstəliyi səbəbindən ölməsinə dair məhkəməyə hər hansı sübut təqdim etməmiş, həmçinin bu fakt məhkəmə araşdırması zamanı da öz təsdiqini tapmamışdır. Odur ki, ərizə bu hissədə təmin edilməməlidir. MPM-in: *4.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.*-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 2*7.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 307.*-ci maddəsinə əsasən, məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, *2 avqust *950-cu ildə Qasım İsmayılov rayonunda anadan olmuş X* 22 yanvar 2023-cü il tarixdə Goranboy şəhərində ölməsi faktının müəyyən edilməsi üçün yoxlanılmış sübutlar vardır və həmin faktın başqa yolla müəyyən edilməsi mümkün olmadığından bu, məhkəmə qaydasında müəyyən edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 2*6-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. *2 avqust *950-cu ildə Qasım İsmayılov (indiki Goranboy rayonu) rayonunda anadan olmuş X* 22 yanvar 2023-cü il tarixdə Goranboy şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №2(045)-245/2024
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-245/2024
16.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver