Məhkəmə qərarları › İş №2(045)-247/2024

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-247/2024

12.03.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-247/2024 12.03.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Cəmilova Zəhra Davud qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs nümayəndəsi X4 iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs kimi göstərilməklə) “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 3* may *969-cu ildə Goranboy (keçmiş Qasım İsmayılov) rayonunun Qızılhacılı qəsəbəsində doğulmuş X* ** avqust 2004-cü il tarixdə Rusiya Federasiyasında vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəmi onunla əsaslandıram ki, o, xx xxxxxxxx *972-ci ildə Goranboy rayonunun Qızılhacılı qəsəbəsində doğulmuşdur və hal-hazırda da həmin qəsəbədə yaşayır. Ölümünün qeyd edilmə faktı müəyyən edilməli olan mərhum şəxs X5 onun qardaşıdır. Mərhum qardaşı X5 ** avqust 2004-cü ildə Rusiya Federasiyasında rəhmətə getmiş və *5 avqust 2004-cü ildə Balakürd kənd qəbiristanlığında dəfn olunmuşdur. O, Maraqlı şəxsnə ərizə ilə müraciət edib qardaşı X* ölməsi barədə şəhadətnamə verilməsində ona köməklik olunmasını xahiş etmişdir. Qeydiyyat şöbəsi isə *8 may 2023-cü il tarixli, 3-*6-5/8-*5-348 saylı məktubu ilə ona bildirmişdir ki, qardaşının ölümünü təsdiq edən sənədi qeydiyyat orqanına təqdim edə bilmədiyinə görə ona ölüm haqqında şəhadətnamə verilməsi mümkün deyildir. Ona görə də ona ölüm faktının müəyyən edilməsi ilə əlaqədar məhkəməyə müraciət etməyi məsləhət olunmuşdur. Məhkəməyə təqdim etdiyi fotoşəkillərdən görünür ki, mərhum qardaşı *969-2004-cü illərdə yaşamışdır. Məhkəməyə təqdim etdiyi Qızılhacılı qəsəsbə icra nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 80* saylı arayışından da görünür ki, qardaşı X5 həqiqətən ** avqust 2004-cü ildə Rusiya Federasiyasında rəhmətə getmiş və *5 avqust 2004-cü ildə Balakürd kənd qəbiristanlığında dəfn olunmuşdur. İndi tələbi ondan ibarətdir ki, 3* may *969-cu ildə Goranboy rayonunun Qızızlhacılı qəsəbəsində doğulmuş mərhum qardaşı X* ** avqust 2004-cü il tarixdə Rusiya Federasiyasında ölməsi faktı məhkəmə qaydasında müəyyən edilsin, çünki, o, bu faktı başqa qaydada müəyyən etdirə bilmir. Həmin faktın müəyyən edilməsi ona notariat əməliyyatının aparılması üçün lazımdır, hələlik isə o, bu hüququndan istifadə edə bilmir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Maraqlı şəxs nümayəndəsi X7 bildirdi ki, X* ölümü barədə vətəndaşlıq vəziyyəti aktlarında müvafiq qeyd aparılmamışdır. Bunu nəzərə alaraq ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid X*0 ifadəsində göstərdi ki, ərizəçi onun həmkəndlisidir. O, X6 ilə də bir kənddə yaşamışdır. X6 3*.05.*969-cu il tarixdə Goranboy rayonunun Qızılhacılı qəsəbəsində anadan olmuş və ** avqsut 2004-cü il tarixdə Rusiya Federasıyasında vəfat etmişdir. *5.08.2004-cü il tarixdə X2 cənazəsi ölkəyə gətirilərək Balakürd kənd qəbiristanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid X8 ifadəsində göstərdi ki, ərizəçi onun həmkəndlisidir. O, X6 ilə də bir kənddə yaşamışdır. X6 3*.05.*969-cu il tarixdə Goranboy rayonunun Qızılhacılı qəsəbəsində anadan olmuş və ** avqsut 2004-cü il tarixdə Rusiya Federasıyasında vəfat etmişdir. *5.08.2004-cü il tarixdə X2 cənazəsi ölkəyə gətirilərək Balakürd kənd qəbiristanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid X*3 ifadəsində göstərdi ki, ərizəçi onun həmkəndlisidir. O, X6 ilə də bir kənddə yaşamışdır. X6 3*.05.*969-cu il tarixdə Goranboy rayonunun Qızılhacılı qəsəbəsində anadan olmuş və ** avqsut 2004-cü il tarixdə Rusiya Federasıyasında vəfat etmişdir. *5.08.2004-cü il tarixdə X2 cənazəsi ölkəyə gətirilərək Balakürd kənd qəbiristanlığında dəfn olunmuşdur. Məhkəmə, proses iştirakçılarının izahatlarını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, ərizə təmin edilməlidir. Mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Maraqlı şəxs tərəfindən verilmiş 24.0*.2024-cü il tarixli, *630323 nömrəli arayışdan görünür ki, X6 3*.05.*969-cu il tarixdə Goranboy rayonunun Qızılhacılı kəndində anadan olmuşdur, atası X3, anası X*4r; Qasım İsmayılov rayonu Qızılhacılı kənd soveti tərəfindən verilmiş İ-ЖГ seriyalı, 33692* nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi Nüşirəvan qızı xx.xx.*972-ci il tarixdə Qasım İsmayılov rayonunun Qızılhacılı kəndində anadan olmuşdur, atası X3, anası X*4r; Goranboy RİHB-nin Qızılhacılı qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 80* nömrəli məktubundan görünür ki, X5 3* may *969-cu il tarixdə Goranboy rayonunun Qızılhacılı qəsəbəsində anadan olmuş, ** avqust 2004-cü il tarixdə Rusiya Federasiyasında vəfat etmişd və *5 avqust 2004-cü il tarixdə Goranboy rayonunun Balakürd kənd qəbiristanlığında dəfn olunmuşdur; Maraqlı şəxs *8.05.2023-cü il tarixli, 3-*6-5/8-*5-348/2023 nömrəli məktubu ilə Ərizəçi qardaşının ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, ərizəçinin qardaşı - 3*.05.*969-cu il tarixdə Goranboy (keçmiş Qasım İsmayılov) rayonunun Qızılhacılı kəndində anadan olmuş X5 ** avqust 2004-cü il tarixdə Rusiya Federasiyasında vəfat etmişdir. Ərizəçi qardaşının ölümünü başqa yolla qeydə ala bilmir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli, 3 nömrəli Qərarının: 4.8-ci bəndinə əsasən ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biribirindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur; 9-cu bəndinə əsasən MPM-in 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 3* oktyabr tarixli, *45 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir; 9.4-cü bəndinə əsasən şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM): *4.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 307.*-ci maddəsinə əsasən, məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, 3*.05.*969-cu il tarixdə Goranboy rayonunun Qızılhacılı kəndində anadan olmuş X* ** avqust 2004-cü il tarixdə Rusiya Federasiyasında ölməsi faktının müəyyən edilməsi üçün yoxlanılmış sübutlar vardır və həmin faktın başqa yolla müəyyən edilməsi mümkün olmadığından bu, məhkəmə qaydasında müəyyən edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 2*6-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 3*.05.*969-ci il tarixdə Goranboy rayonunun Qızılhacılı kəndində anadan olmuş X* ** avqust 2004-cü il tarixdə Rusiya Federasiyasında ölməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar