Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-29/2024 21.06.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Qasımov Behbud Telman oğlunun katibliyi, İddiaçı və vəkili Vəkil2, Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əmlak” tələbinə dair iddia ərizə üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 750 əyarlı ağ qızıldan hazırlanmış 25 qram çəkidə olan brilliant qaşlı dəst (kolye boyunbağı, qolbağı) - 2250 manat, 750 əyarlı ağ qızıldan hazırlanmış 10 qram çəkidə olan brilliant qaşlı uzun üzük – tana dəsti – 900 manat, 750 əyarlı qızıldan hazırlanmış 10 qram çəkidə olan naxışlı üzük – 800 manat, 585 əyarlı qızıldan hazırlanmış 1,4 qram çəkidə olan nazik sep – 100 manat, 583 əyarlı qızıldan hazırlanmış 2 qram çəkidə olan 1 ədəd ortası göz şəkilli klon – 140 manat, 750 əyarlı qızıldan hazırlanmış 8 qram çəkidə olan 0,60 sot brilliant qaşlı nişan üzüyü – 750 manat, ümumilikdə 4940 manat dəyərində olan 6 adda qızıl-zinət əşyalarının və 2 adda 1350 manat dəyərində birgə nikah dövründə alınmış əşyaların (soyuducu və qaz peçi “Evrolux”), olmadıqda isə onların cəmi dəyəri 6290 manat pulun və 80 manat dövlət rüsumunun, ümumilikdə 6370 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2013-cü ildə ailə qurmuş, bu barədə Goranboy rayon Qeydiyyat Şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 2015-ci ilin 02 ayının 16 günündə 38 nömrə ilə qeyd edilmişdir. Cavabdeh ilə birgə nikah münasibətindən iki uşağı: xx.xx.2014-cü il təvəllüdlü X10 və xx.xx.2016-a ü təvəllüdlü X8 vardır. O, 2014-cü ildən Goranboy rayonunun Qızılhacılı qəsəbəsində Musiqi məktəbində fortepiano müəllimi vəzifəsində işləyir, aylıq əmək haqqı təxminən 770 manat təşkil edir. Cavabdeh isə hərbidə xidmət edir. Təxminən 2014-cü üdə o, iş yoldaşına bankdan kredit götürüb vermiş, iş yoldaşı krediti ödəmədikdə Cavabdeh həmin krediti banka ödəmək məcburiyyətində qalmışdır. Cavabdeh atası Arzu Hacıyev onun maaş kartını əlindən almışdır. Müəyyən müddətdən sonra kredit tam ödənilib qurtarsa da, onun atası Arzu Hacıyev həyat yoldaşı Cavabdeh maaş kartını qaytarıb özünə verməmişdir. Arzu Hacıyev həmin maaş kartından pullar çıxarıb öz evində əsaslı təmir və yenidən qurma işləri aparmışdır. Onların isə yaşadığı ev yarımçıq və yaşayış üçün yararsız vəziyyətdə idi. Ona görə də, o, X9 müraciət edirdi ki, Cavabdeh maaş kartında olan vəsaitdən ayırıb onların yaşadığı ev üçün də müəyyən işlər görülsün. X9 isə kartı əlində saxlamaq üçün “hələ sizin yaşadığınız evi kimə verəcəyi məlum olmadığını” deyirdi. Ailənin, həyat yoldaşının, uşaqlarının, özünün bütün xərcləri onun əmək haqqı hesabına həll edilirdi. X1 da maaş kartının ona verilməsini təkidlə tələb edirdi. O isə bildirdi ki, onların yaşadığı evdə də tikinti, təmir və quruculuq işləri aparılarsa onda maaş kartını verər. X11 isə onun bu sözlərindən əsəbləşərək 2021-ci ilin iyul ayında həyat yoldaşını Cavabdeh tapşırdı ki, onu apar anasının evinə təhvil ver . Cavabdeh isə ona dedi ki, bir müddət ananın evində qal, atasım sakitləşsin, gətirər. O, cavabdehin bu sözlərinə inanmış, lakin o 4 ay anasının yanında qalmışdır. Cavabdeh 4 ay müddətində o yə uşaqları ilə maraqlanmamış və zənglərinə cavab verməmiş, ailənin hər hansı bir ehtiyaonı, tələbatını təmin etməmişdir. Dayım isə bu məsələyə qarışaraq X9 sən bunların kartını niyə vermirsən, onları bir-birindən ayırırsan, elə isə evlərini hazırlat evlərinə çıxsınlar birgə yaşasınlar dedi. Onun anası, dayısı bu işə qarışdıqdan sonra Cavabdeh ona dedi ki, gedək sənin adına bankdan kredit götürək evi hazırladaq evə yığışaq dedi. O, Cavabdeh ilə gedib bankdan onun adına 7000 (yeddi min) manat kredit pul götürüb evin hazırlanması üçün Cavabdeh vermişdir. Ondan sonra cavabdeh onları evə aparmış və evin tamamlama işlərini görmüşdür. X3 yenə də soyuq münasibət bəsləyirdi. Maaş kartının Arzu Hacıyevdən alınması onun gələcək faciəsi olmuşdur. Yoldaşının bibisinin oğulluğu onların ailə taksi sürücüsü idi. Cavabdeh işə, anası gilə, həkimə gedəndə onu və uşaqları öz ailə taksisi ilə yola salırdı. Anası və o yoldaşına Cavabdeh onları taksi ilə göndərməsin yol maşını ilə də gedərik deyəndə cavabdeh acıqlanaraq ona deyirdi ki, “səni onunla göndərirəm, maaşımla da taksinin pulunu verirəm”. “O, mənim qohumumdu” deyirdi. Anası ona və Cavabdeh “o, nə bizim nədə sizin qan qohumu” deyil, “sabah mənim qızıma ləkə yaxarlar” deyirdi. O hər gün yatandan sonra səhər duranda telefonunu qoyduğu yerdə tapmırdı, ağlına da pis heç nə gəlmirdi. Yoldaşının da onun telefonu ilə maraqlanması onu narahat etmirdi. O həmin taksi ilə yoldaşı harasa, işə göndərəndə taksi gec gələndə o şoferə harada qaldın “mən işə gecikirəm” deyirdi. “O da çatdım, çatıram” deyə mesajına cavab verirdi. O, mobil nömrəsi yananda taksi şoferinin nömrəsi də silinmişdi. Yoldaşı onun o biri nömrəsinə Xəyalın nömrəsini yazanda o yoldaşına dedi ki, “mənim telefonuma nəyə görə yazırsan səndə var” demişdir. Cərrahiyyə əməliyyatına bir neçə gün qalmış Taleh onun telefonu ilə Xəyalla mesajlaşmış, Xəyal isə ona cavab vermişdir. O telefonuna baxanda görmüşdür ki, Xəyaldan ona, onun telefonundan Xəyala SMS göndərilmiş və qəbul edilmişdir. O yoldaşına demişdir ki, “sən mənim telefonumdan Xəyala SMS yazmısan ?” Cavabdeh isə ona “yazmamışam” dedi. O da bəs kimin yazdığını soruşmuşdur. xx.xx.2022-ci ildə anası onu X18 xəstəxanasına cərrahiyyə əməliyyatına aparmışdır. xx.xx.2022-ci il tarixdə əməliyyatdan sonra evə gəlmiş, ağrıları çox olduğu üçün axşam tez yatmışdır. Gecə 3-ə qalmış Cavabdeh onu cərrahiyyə əməliyyatı keçirmiş, ağrıyan bir insanı oyadaraq vidansızcasma döymüşdür. “Sən Xəyalla mesajlaşırsan” demişdir. Cavabdeh o yatdığı vaxt ərzində onun telefonu ilə Xəyala mesaj yazmış, onun isə Xəyala nə cavab verdiyi haqda məlumatı yoxdur və Taleh onu günahlandırmaq üçün belə bir şər, qurama iş görmüş, onu heç nədən döymüş, sonra onu atası Arzu Hacıyevin maşını ilə anası evinə aparmışdır. Həmin gündən xx.xx.2022-d il tarixdən o həmin evə qayıda bilməmişdir. Onun telefonu, onun və uşaqların bütün sənədləri, onun və uşaqlarının fərdi istifadə əşyaları, bütün əmlak və əşyaları hamısı Cavabdeh qalmışdır. O isə heç bir günahı olmadığı üçün ötüb keçər deyə heç bir yerə şikayət ərizəsi verməmişdir. Cavabdeh özü sonradan ona etiraf etmişdir ki, “mən sənin telefonunla Xəyalla müəyyən vaxtlarda mesajlaşırdım”. Talehin dediyinə görə onun adı ilə, onun telefonunda öz nömrəsinə Xəyalın şəkilini qoyaraq öz telefonunla mesajlaşıb. Bu onunla sübut olunur ki, Taleh özü onun telefonu ilə mesajlaşıb. Əgər o belə iş törətmiş olsaydı Cavabdeh çoxdan bu nə mesajdı deyə onun üstünə gələrdi. Avqustun 16-sı günü Taleh onun profilə şəklini qoymuş status paylaşmış və onun adı ilə cümlələr paylaşaraq, ona böhtan atmış, onu el, camaat arasında biabır etmək, nüfuzdan salmaq məqsədi ilə şər əməllər törətmişdir. O, avqust ayının 17-si günü Talehin belə qurama paylaşımı ilə bağlı Goranboy rayon Polis Şöbəsinə ərizə ilə müraciət etdim. Polis Şöbəsində onu bu əməlinə görə məsuliyyətə cəlb edəcəkləri ilə bağlı bu haqda olan məlumatı, işi məhkəməyə verəcəkləri barədə ona şifahi məlumat verdilər və ondan izahat aldılar. Həmin material Goranboy Rayon Polis şöbəsindədir. Məhkəmə sorğusu əsasında materialı Polis Şöbəsində götürmək olar. Cavabdeh ona qarşı şər və böhtan hərəkətləri və əməlləri göz qabağındadır. Cavabdeh ona qarşı etdiyi hərəkətlərə, əməllərə, vicdansızlığa, şərə, böhtana və şeytani niyyətinə görə dövlət, qanı və vicdanı, haqq olan yaradan qarşısında cavab verməli olacaqdır. Aşağıda qeyd olunan əşyalar valideynləri tərəfindən ona cehiz verilmişdir ki, hamısı da cavabdehdədir və qaytarılmamışdır. Digər qeyd olunan qızıl-zinət əşyalan isə cavabdehin valideynləri və öz valideynləri tərəfindən ona hədiyyə edilmişdir və ona məxsusdur. Lakin, yuxarıda da qeyd etdiyi kimi hələ də həmin əşyalar ona qaytarılmamışdır. Qeyd olunan bütün əşyaların hamısı hazırda da cavabdehin evindədir. Bunlardan başqa, birgə nikah dövründə 5 (beş) adda əşyalar, əmlaklar alınmışdır. Onların ½ hissəsi ona məxsusdur. Bütün bu əşyaların cəmi dəyəri 15.267 manat təşkil edir. Həmin əşyalar cavabdeh tərəfindən ona geri qaytarılmadığı üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qızıl-zinət əşyaları 750 əyarlı ağ qızıldan hazırlanmış 25 qram çəkidə olan brilyant qaşlı dəst (kolye boyunbağı, qolbağı) - 2250 manat, 750 əyarlı ağ qızıldan hazırlanmış 10 qram çəkidə olan brilyant qaşlı uzun üzük- tana dəsti - 900 manat, 750 əyarlı qızıldan hazırlanmış 10 qram çəkidə olan naxışlı üzük - 800 manat, 583 əyarlı qızıldan hazırlanmış 1,4 qram çəkidə olan nazik sep -100 manat, 585 əyarlı qızıldan hazırlanmış 1,4 qram çəkidə olan nazik sep -100 manat, 583 əyarlı qızıldan hazırlanmış 2 qram çəkidə olan 2 ədəd ortası göz şəkilli klon -140 manat, 583 əyarlı qızıldan hazırlanmış 8 qram çəkidə olan fantaziya qaşlı üzük - 520 manat, 750 əyarlı qızıldan hazırlanmış 8 qram çəkidə olan 0,60 sot brilyant qaşlı nişan üzüyü - 750 manat, cəmi:5560 manat. Mebel: şifoner -1 ədəd, yataq çarpayısı 2 nəfərlik -1 ədəd, termo -1 ədəd, tumba 2 ədəd - 1500 manat, servant -1 ədəd, divan -1 ədəd, kreslo -2 ədəd, stol -1 ədəd, stul -6 ədəd - 1000 manat, sandıq -1 ədəd -100 manat, pərdə dəsti (atlas və tül) - 300 manat, fortopiano -Belarus - 400 manat, cəmi: 3300 manat. Elektrik cıhazları: lüstür (qonaq otağı) -1 ədəd - 100 manat, lüstür (yataq otağı) -1 ədəd -100 manat, mikser -1 ədəd - 30 manat, ütü- 1 ədəd - 30 manat, duxovka -1 ədəd -100 manat, tozsoran -1 ədəd -150 manat, ət maşını Gepas-1 ədəd-100 manat, paltar yuyan Reqular -1 ədəd - 500 manat, cəmi: 1110 manat. Qab qaçaq, digər əşyalar: obednı serviz -12 dəst, çay serviz -12 dəst, kofe serviz-12 dəst – 150 manat, rumka-bakal - 5 dəst -100 manat, meyvə qabları - 2 ədəd - 30 manat, qazan şirəli -1 dəst- 30 manat, qazan tefal tək -1 ədəd - 20 manat, tava tefal – 1 ədəd - 20 manat, qazan plov üçün tefal -1 ədəd - 35 manat, qaşıq, çəngəl dəsti -12 ədəd - 30 manat, qənd qabı - 6 ədəd -40 manat, fincan nəlbəki dəsti -7 ədəd - 80 manat, tort üçün boşqab dəsti -3 ədəd - 70 manat, məcməi sini -1 dəst - 30 manat, çamadan -1 ədəd -100 manat, güldan - 2 ədəd xrustal -100 manat, ələk -1 ədəd -10 manat, kasa dəsti - 6 ədəd - 20 manat, aş süzən -1 ədəd -10 manat, mərdanə oxlov dəsti -30 manat, ləpə üyüdən -1 ədəd - 20 manat, ləpə qabı - 6 ədəd - 30 manat, üç mərtəbə qab - 2 ədəd - 20 manat, divar saatı -1 ədəd - 30 manat, çaydan böyük -1 ədəd - 20 manat, çaydan dəm üçün -1 ədəd - 10 manat, ləyənlər nerj - 6 ədəd - 40 manat, beşik-150 manat, məhraba -qətifə - 3 ədəd - 30 manat, məhraba - əl-üz - 4 ədəd - 25 manat, pastel dəsti -1 ədəd - 30 manat, süfrə-2 ədəd-20 manat, süfrə-tac firması -1 ədəd - 30 manat, ütü stolu -1 ədəd - 20 manat, şirə çəkən yağmur firması -1 ədəd - 50 manat, cəmi: 1430 manat. Bjyüteriyalar: mirvari muncuq boyunbağı -1 ədəd - 30 manat, sep boyunbağı -1 ədəd -10 manat, qol saatı - 3 ədəd - 30 manat, gümüş 5 qaş üzük -1 ədəd - 20 manat, cəmi: 90 manat. Birgə nikah dövründə alman əşyalar: soyuducu -1 ədəd -1000 manat, qaz peci -Evrolüks -1 ədəd -350 manat, mətbəx mebeli -1000 manat, plazma ekran televizor-Artel- 300 manat, qızdırıcı qaz soba - İran -1 ədəd - 300 manat, cəmi: 2950 manat. Fərdi istifadə əşyaları: şalvar -klassik -1 ədəd - 35 manat, kostyum -klassik (şalvar, pencək) -1 dəst - 65 manat, şalvar - cins -1 ədəd - 25 manat, şalvar lasin -1 ədəd - 27 manat, tuman yubka qara -1 ədəd - 25 manat, kofta ağ -1 ədəd - 25 manat, cəmi: 202 manat. Yatacaq dəstləri: ədyal pərqu - 2 ədəd -100 manat, divan, kreslo üstü dəst – 45 manat, yorğan tək nəfərlik - 4 ədəd -120 manat, döşək tək nəfərlik -3 ədəd -180 manat, döşək iki nəfərlik -1 ədəd -120 manat, yorğan iki nəfərlik - 1 ədəd - 60 manat, cəmi: 625 manat. Yekun olaraq 15.267 (on beş min iki yüz altmış yeddi) manat təşkil edir. Göründüyü kimi, mübahisə predmeti olan siyahıda göstərilən əmlaklar hədiyyə kimi alınmış və ona məxsusdur. Qeyd edilənlərə əsasən hesab edir ki, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Verilən suallara cavab olaraq bildirdi ki, Cavabdeh onu xəyanətdə ittiham edərək döymüş və gecə saat 3-də anasıgilə gətirmişdir. Qeyd olunan qızıl-zinət əşyaları isə cavabdehin valideynləri və öz valideynləri tərəfindən ona hədiyyə edilmişdir və ona məxsusdur. Lakin yuxarıda da qeyd etdiyi kimi həmin əşyalar ona qaytarılmamış və hazırda da cavabdehin evindədir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil2 iddiaçının izahatına oxşar məzmunlu izahat verərək məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, iddia tələbində qeyd edilən qızıl-zinət əşyaları ailə həyatı dövründə daim iddiaçının istifadəsində, sahibliyində və sərəncamında olmuş və hazırda da özündədir. Belə ki, iddiaçı ilə o sonuncu dəfə 2022-ci ilin iyul ayının 14-də ayrılmış, həmin vaxtdan öncə də onlar ayrılmışlar, 4 ay ayrı yaşamışlar, həmin vaxt iddiaçı özünə məxsus bütün əşyalarını özü ilə anası evinə aparmışdır. Onlar yeni evə köçmüş və iddiaçı birbaşa yeni evə gəlmişdir. Yeni evə gəlişində iddiaçı qızıl əşyalarını özü ilə gətirməmiş və anası evində qaldığını bildirmişdir. 7 ay birlikdə yaşadıqları dövrdə iddiaçı heç vaxt qızıl-zinət əşyalarını taxmamış və həmin əşyalar üzərində olmamışdır. Bundan başqa iddiaçının tələb ediyi qızıl-zinət əşyalarından 750 əyarlı ağ qızıldan hazırlanmış 25 qram çəkidə olan brilliant qaşlı kolye dəsri əslində 12 qram çəkidə olmuş, brilliant olmayıb, 1090 manata alınmışdır, qaşlar brilliant olmayıb, həmin dəstə kolye, qolbağ, sırğa və üzük daxil olmuşdur. İddiaçıya məxsus ayrıca qızıl sırğa-üzük dəsti olmamışdır. Bundan başqa 750 əyarlı ağ qızıldan hazırlanmış 10 qram çəkidə olan brilliant qaşlı üzük – tana dəsti əslində belə bir əşya olmamışdır. Bundan başqa 750 əyarlı qızıldan hazırlanmış 10 qram çəkidə olan naxışlı üzük cavabdehin xalası tərəfindən iddiaçıya bağışlanmış, qiyməti 320 manat olmuşdur. Hazırda iddiaçının özündədir. Bundan başqa 583 əyarlı qızıldan hazırlanmış 1,4 qram çəkidə olan nazik sep övladı Ayana məxsusdur, hazırda uşağın boynundadır və uşaq onun himayəsindədir. Bundan başqa 585 əyarlı qızıldan hazırlanmış 1,4 qram çəkidə nazik sep ümumiyyətlə mövcud olmamışdır. Bundan başqa 583 əyarlı qızıldan hazırlanmış 2 qram çəkidə olan 2 ədəd ortası göz şəkilli klon – göz muncuğu klonu bir ədəd olubdur. Övladı Ayanın istifadəsindədir. Bundan başqa 583 əyarlı qızıldan hazırlanmış 8 qram çəkidə olan fantaziya qaşlı üzüyün mövcudluğundan onun məlumatı yoxdur. Bundan başqa 750 əyarlı qızıldan hazırlanmış 8 qram çəkidə olan 0,60 sot brilliant qaşlı nişan üzüyü brilliant qaşlı olmayıbdır, 5 qram adi qızıldan hazırlanmış üzükdür və hazırda iddiaçının özündədir. Bundan başqa iddia tələbində qeyd edilən birgə nikah dövründə alınan əşyalardan 2 adda 1350 manat dəyərində olan soyuducu və “Evrolux” qaz peçinin iddiaçıya verilməsinə onun etirazı yoxdur. Odur ki, məhkəmədən iddia tələbinin qızıl-zinət əşyaları hissəsində rədd edilməsi, birgə nikah dövründə alınan əşyalardan soyuducu və “Evrolux” qaz peçinin isə iddiaçıya verilməsi hissəsində təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil1 cavabdehin izahatına oxşar məzmunlu izahat verərək məhkəmədən iddia tələbinin qismən təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş şahid X5 ifadəsində göstərmişdir ki, İddiaçı onun qızıdır. Tərəflərin arasında mübahisə olmuşdur və qızı 4 ay onunla qalmış, bu zaman qızıl əşyalarını gətirməmişdir. Bundan sonra 13 iyul 2022-ci il tarixdə gecə saat 3 radələrində qızını yoldaşı ilə qayınatası onun yaşadığı evə gətirib qoymuşlar. Qızı gələn zaman özü ilə sözügedən qızıl-zinət əşyalarını yenə də gətirməmişdir. `Məhkəmə iclasında iştirak etmiş şahid X6 ifadəsində göstərmişdir ki, İddiaçı onun bacısı qızıdır. Tərəflərin toy məclisində o da iştirak etmişdir. Həmin vaxt Zəminəyə sep, klon və üzük hədiyyə edilmişdir. Bundan başqa Zəminə ilə yoldaşı ailə qurduqdan sonra mehriban yaşamışlar, lakin aralarında tez-tez mübahisələr olurdu və Zəminə ilk mübahisədə 4 ay anasının evində qalmışdır. Bundan sonra iyul ayının 12-də yoldaşı tərəfindən döyülmüş və ev paltarında anasıgilə gəlmişdir. Məhkəmə iclasında iştirak etmiş şahid X7 ifadəsində göstərmişdir ki, Cavabdeh onun oğludur. İddiaçı iki il bundan əvvəl əşyalarını yığaraq evdən getmişdir. Bundan sonra oğlu ilə barışdıqdan sonra evə qayıtmış və oğlu ilə birgə ayrı evdə yaşamağa başlamışlar. İddiaçı ilə oğlunun arasında yaranmış mübahisədən sonra sonuncu anasıgilə getmiş və 4 ay müddətində orada qalmışdır. Həmin vaxt özünə məxsus qızıl-zinət əşyalarını da özü ilə aparmış və barışıdıqdan sonra gətirməmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 996750 nömrəli çıxarışdan görünür ki, Cavabdeh ilə İddiaçı arasında nikah xx.xx.2015-ci il tarixdə Goranboy rayon Qeydiyyat şöbəsində bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 38 nömrə ilə qeyd edilmişdir; Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı 477731 nömrəli arayışdan görünür ki, X10 xx.xx.2014-cü il tarixdə Goranboy şəhərində doğulmuş, atası Cavabdeh, anası X4r. Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı 894861 nömrəli arayışdan görünür ki, X8 xx.xx.2016-cı il tarixdə Goranboy şəhərində doğulmuş, atası Cavabdeh, anası X4r. Goranboy Rayon Məhkəməsinin 2(045)-52/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, ddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında Goranboy rayon Qeydiyyat şöbəsində 16 fevral 2015-ci il tarixdə bağlanmış və 38 nömrə ilə akt qeydi aparılmış nikah pozulmuş və tərəflərin birgə nikahından doğulmuş 01 sentyabr 2014-cü il təvəllüdlü X10 atası Cavabdeh himayəsində, 02 may 2016-cı il təvəllüdlü X8 isə anası İddiaçı himayəsində qalması qət edilmişdir; Gəncə şəhər Birləşmiş Xəstaxanası tərəfindən verilmi. 598 nömrəli, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək cərrahiyə şöbəsində stasionar müalicə almışdır; «Gəncə univermaq» qızıl-zinət əşyalarının mütəxəssisi tərəfindən verilmiş məktubdan görünür ki, 750 əyarlı ağ qızıldan hazırlanmış 25 qram çəkidə olan brilliant qaşlı dəst (kolye boyunbağı, qolbağı) 2250 manat, 750 əyarlı ağ qızıldan hazırlanmış 10 qram çəkidə olan brilliant qaşlı uzun üzük-tana dəsti - 900 (doqquz yüz) manat, 750 əyarlı qızıldan hazırlanmış 10 qram çəkidə olan naxışlı üzük 800 (səkkiz yüz) manat, 583 əyarlı qızıldan hazırlanmış 1,4 qram çəkidə olan nazik sep 100 (bir yüz) manat, 585 əyarlı qızıldan hazırlanmış 1,4 qram çəkidə olan nazik sep-100 (bir yüz) manat, 583 əyarlı qızıldan hazırlanmış 2 qram çəkidə olan 2 ədəd ortası göz şəkilli kulon 140 (bir yüz qırx) manat, 583 əyarlı qızıldan hazırlanmış 8 qram çəkidə olan fantaziya qaşlı üzük - 520 (beş yüz iyirmi) manat, 750 əyarlı qızıldan hazırlanmış 8 qram çəkidə olan 0,60 sot brilliant qaşlı nişan üzüyü 750 (yeddi yüz əlli) manat təşkil edir; "xxxx" MMC tərəfindən verilmiş ƏQ-244/2022 nömrəli, 05 dekbar 2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Cavabdeh təqdim etdiyi fotoşəkillərə və video görüntülərə əsasən 4 (dörd) sayda qızıl-zinət əşyalarının müqayisə yanaşması ilə xx.xx.2022-ci il tarixə real bazar dəyəri 1873 manat təşkil edir; Tərəflərin toy mərasimini əks etdirən fotoşəkillər və “CD” diskdən görünür ki, 750 əyarlı ağ qızıldan hazırlanmış 25 qram çəkidə olan brilliant qaşlı dəst (kolye boyunbağı, qolbağı), 750 əyarlı ağ qızıldan hazırlanmış 10 qram çəkidə olanbrilliant qaşlı uzun üzük-tana dəsti, 750 əyarlı qızıldan hazırlanmış 10 qram çəkidə olan naxışlı üzük və 750 əyarlı qızıldan hazırlanmış 8 qram çəkidə olan 0,60 sot brilliant qaşlı nişan üzüyü iddiaçıya hədiyyə edilmişdir; "xxxx" ASC-nin 30155 nömrəli, 12.09.022-ci il tarixli qəbzdən görünür ki, iddiaçı hazırkı tələb üzrə 132 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, məhkəmə iclasında tədqiq edilmiş subutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək belə qənaətə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında cavabdeh tərəf iddia tələbində qeyd olunan qızıl-zinət əşyalarından 750 əyarlı ağ qızıldan hazırlanmış 25 qram çəkidə olan brilliant qaşlı dəst (kolye boyunbağı, qolbağı), 750 əyarlı qızıldan hazırlanmış 10 qram çəkidə olan naxışlı üzük və 750 əyarlı qızıldan hazırlanmış 8 qram çəkidə olan 0,60 sot brilliant qaşlı nişan üzüyünün mövcudluğunu tam inkar etməsə də, lakin həmin qızıl-zinət əşyalarının iddia ərizəsində qeyd olunduğu çəkidə, ölçüdə və dəyərdə olmadığını, eyni zamanda həmin əşyaların iddiaçının özündə olduğunu, bundan başqa tələb olunan digər qızıl-zinət əşyalarından 750 əyarlı ağ qızıldan hazırlanmış 10 qram çəkidə olan brilliant qaşlı uzun üzük tana dəsti, 585 əyarlı qızıldan hazırlanmış 1,4 qram çəkidə olan nazik sep və 583 əyarlı qızıldan hazırlanmış 2 qram çəkidə olan 1 ədəd ortası göz şəkilli klonun ümumiyyətlə mövcud olmadığını iddia edərək buna dair etiraz ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə işin müəyyən olunmuş hallarına münasibətdə bildirir ki, qızıl-zinət əşyalarından 750 əyarlı ağ qızıldan hazırlanmış 25 qram çəkidə olan brilliant qaşlı dəst (kolye boyunbağı, qolbağı), 750 əyarlı qızıldan hazırlanmış 10 qram çəkidə olan naxışlı üzük, 750 əyarlı qızıldan hazırlanmış 8 qram çəkidə olan 0,60 sot brilliant qaşlı nişan üzük və 750 əyarlı ağ qızıldan hazırlanmış 10 qram çəkidə olan brilliant qaşlı uzun üzük tana dəstinin mövcudluğu və dəyəri iddiaçının təqdim etdiyi fotoşəkillər, “CD” disk və mütəxəssis rəyi ilə təsdiq olunduğu halda, digər qızıl-zinət əşyaları 585 əyarlı qızıldan hazırlanmış 1,4 qram çəkidə olan nazik sep və 583 əyarlı qızıldan hazırlanmış 2 qram çəkidə olan 1 ədəd ortası göz şəkilli klonun mövcudluğu isə məhkəmə iclasında sübuta yetirilməmişdir. Ona görə də, 750 əyarlı ağ qızıldan hazırlanmış 25 qram çəkidə olan brilliant qaşlı dəst (kolye boyunbağı, qolbağı), 750 əyarlı qızıldan hazırlanmış 10 qram çəkidə olan naxışlı üzük, 750 əyarlı qızıldan hazırlanmış 8 qram çəkidə olan 0,60 sot brilliant qaşlı nişan üzük və 750 əyarlı ağ qızıldan hazırlanmış 10 qram çəkidə olan brilliant qaşlı uzun üzük tana dəstinin mövcudluğu işin mübahisəsiz halı, həmin qızılların hazırda kimdə olması isə işin mübahisəli halı kimi müəyyən edilməlidir. Odur ki, mövcud qızıl-zinət əşyalarının kimdə olmasının müəyyən edilməsinə məhkəmə iclasında tədqiq edilmiş sübutlarla qanunauyğun qiymət verilməlidir. Sübutları qiymətləndirən zaman məhkəmə «əsaslı şübhələr yaratmayan» sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər («Avşar Türkiyəyə qarşı» iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı № 25657/94, §282) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Kraska İsveçrəyə qarşı» iş üzrə xx.xx.1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı məhkəmə üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə və 29-cu maddəsinin İİ hissəsinə müvafiq olaraq Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 152-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər; 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir; 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir; “İnsan Hüquqlarının və X2 Haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir; Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34-cü maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir. Zinət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Sadalanan qanunvericilik normalarına əsasən, məhkəmə işin hallarına qiymət verərkən iddiaçının gəlin köçdüyü cavabdehin evindən sonuncu dəfə münaqişəli vəziyyətdə getməsi və daha sonra cavabdehlə münasibətləri kəskinləşdiyi üçün həmin evə qayıtmamasını nəzərə alaraq hesab edir ki, iddiaçının belə bir şəraitdə özü ilə hər hansı qızıl-zinət əşyalarını aparması ağlabatan mühakimə hesab oluna bilməz. Məhkəmə tərəfindən cavabdehin qızıl-zinət əşyalarının onda olmasını təkzib etməsi özünü müdafiə və məsuliyyətdən yayınma kimi qiymətləndirilir. Odur ki, məhkəmə hesab edir ki, mübahisə predmeti olan qızıl-zinət əşyalarından 750 əyarlı ağ qızıldan hazırlanmış 25 qram çəkidə olan brilliant qaşlı dəst (kolye boyunbağı, qolbağı), 750 əyarlı qızıldan hazırlanmış 10 qram çəkidə olan naxışlı üzük, 750 əyarlı qızıldan hazırlanmış 8 qram çəkidə olan 0,60 sot brilliant qaşlı nişan üzük və 750 əyarlı ağ qızıldan hazırlanmış 10 qram çəkidə olan brilliant qaşlı uzun üzük tana dəstinin İddiaçı olması işin faktiki halları və məhkəmə araşdırması ilə öz təsdiqini tapmadığından iddia tələbi qızıl-zinət əşyalarına münasibətdə qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 31.1-ci maddəsinə əsasən ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur; 31.2-ci maddəsinə əsasən nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ərarvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir; 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır; 32.2.1-ci maddəsinə əsasən onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.) ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir; 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir; 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir; 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir; 37.2-ci maddəsinə əsasən ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ərarvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Sadalanan qanunvericilik aktları normalarına əsasən məhkəmə qeyd edir ki, Ailə Məcəlləsinin 32-ci və Mülki Məcəllənin 225.1-ci maddələrinin mənasından aydın olunur ki, hər hansı əmlakın ər və arvadın ümumi birgə mülkiyyəti sayılması üçün iki şərtin mövcudluğu zəruridir. Birincisi, əmlak ər və arvadın mülkiyyətinə nikah müddətində daxil olmalıdır. İkincisi, əmlak nikah dövründə ər-arvadın ümumi gəlirləri hesabına əldə olunmalıdır. Tələb olunan iki adda əşyaların (soyuducu və qaz peçi “Evrolux”) birgə nikah dövründə əldə olunması və cavabdehdə olması elə cavabdehin izahatı ilə də öz təsdiqini tapdığı üçün işin mübahisəsiz halı kimi qəbul edilməlidir. Odur ki, cavabdeh tərəfin bu hissədə iddianın təmin olunmasına etirazı olmadığı üçün tələb təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci mаddəsinə əsаsən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin müddəalarını rəhbər tutaraq belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 750 əyarlı ağ qızıldan hazırlanmış 25 qram çəkidə olan brilliant qaşlı dəst (kolye boyunbağı, qolbağı) (2250 manat), 750 əyarlı ağ qızıldan hazırlanmış 10 qram çəkidə olan brilliant qaşlı uzun üzük – tana dəsti (900 manat), 750 əyarlı qızıldan hazırlanmış 10 qram çəkidə olan naxışlı üzük (800 manat) və 750 əyarlı qızıldan hazırlanmış 8 qram çəkidə olan 0,60 sot brilliant qaşlı nişan üzüyü (750 manat), olmadıqda isə onların cəmi dəyəri 4700 (dörd min yeddi yüz) manat məbləğində pul, həmçinin birgə nikah dövründə alınmış əşyalardan soyuducu (1000 manat) və “Evrolux” qaz peçi (350 manat), olmadıqda isə onların cəmi dəyəri 1350 manat məbləğində pul və ödənilmiş 80 (səksən) manat məbləğində dövlət rüsumunun əvəzi alınaraq İddiaçı verilməlidir. Qeyd olunanlara əsasən və MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 750 əyarlı ağ qızıldan hazırlanmış 25 qram çəkidə olan brilliant qaşlı dəst (kolye boyunbağı, qolbağı) (2250 manat), 750 əyarlı ağ qızıldan hazırlanmış 10 qram çəkidə olan brilliant qaşlı uzun üzük – tana dəsti (900 manat), 750 əyarlı qızıldan hazırlanmış 10 qram çəkidə olan naxışlı üzük (800 manat) və 750 əyarlı qızıldan hazırlanmış 8 qram çəkidə olan 0,60 sot brilliant qaşlı nişan üzüyü (750 manat), olmadıqda isə onların cəmi dəyəri 4700 (dörd min yeddi yüz) manat məbləğində pul, həmçinin birgə nikah dövründə alınmış əşyalardan soyuducu (1000 manat) və “Evrolux” qaz peçi (350 manat), olmadıqda isə onların cəmi dəyəri 1350 manat məbləğində pul və ödənilmiş 80 (səksən) manat məbləğində dövlət rüsumunun əvəzi alınaraq İddiaçı verilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №2(045)-29/2024
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-29/2024
21.06.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver