Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-402/2024 16.01.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Cəmilova Zəhra Davud qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs kimi göstərilməklə) “barışıq sazişinin təsdiq edilməsi”nə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, barışıq sazişində qeyd edilən bəndlər üzrə “Barışıq Sazişi”nin təsdiqlənməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Maraqlı şəxs ilə 28 dekabr 2017-ci il tarixdə ailə qurmuş və bu barədə olan nikahlarını Goranboy rayon Qeydiyyat şöbəsində rəsmi qeyd etdirmişlər. Birgə yaşadıqları müddətdə xx.xx.2018-ci il tarixdə X3 adlı bir uşaqları olmuşdur. Maraqlı şəxsla birgə yaşamaq mümkün olmadığı üçün ayrılmışlar. Maraqlı şəxs alimentin artırılması üçün qanunvericiliyin tələbinə görə Goranboy şəhər Mediasiya şurasına müraciət etmişdir. O və Maraqlı şəxs 04 dekabr 2023-cü il tarixdə mediasiya prosesində iştirak etmiş, cavabdehlə övladlarına təyin olunmuş alimentin artırılması barədə ümumi razılığa gəlmişlər. Maraqlı şəxs övladı xx.xx.2018-ci il təvəllüdlü X1 üçün xx.xx.2023-cü il tarixindən etibarən hər ay 150 (bir yüz əlli) manat aliment ödəməyi öhdəsinə götürmüşdür və onlar bu barədə barışıq sazişi bağlamışdır. Lakin, cavabdeh Maraqlı şəxs barışıq sazişinin 2.1.1-ci bəndinin tələblərini pozaraq hər ay qeyd olunan alimenti ödəmir. Yəni, üzərinə götürdüyü öhdəliyi icra etmir, alimenti ödəmir. Maraqlı şəxs aylıq aliment ödənişini mediasiya prosesində aralarında bağlanmış barışıq sazişinin tələblərinə uyğun olaraq ödəmədiyi üçün barışıq sazişini məhkəmə qaydasında təsdiq etmək məqsədi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək Maraqlı şəxs ilə aralarında olan xx.xx.2023-cü il tarixli “Barışıq Sazişi”nin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Maraqlı şəxs xx.xx.2023-cü il tarixli “Barışıq Sazişi”nin təsdiq olunmasına etiraz etmədiyini bildirdi. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Ərizəçi və Maraqlı şəxs arasında bağlanmış xx.xx.2023-cü il tarixli “Barışıq Sazişi” təsdiq edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Goranboy rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2018-ci il tarixdə Gəncə şəhərində doğulmuşdur. Atası Maraqlı şəxs, anası Ərizəçidır; Tərəflər (Ərizəçi və Maraqlı şəxs) arasında bağlanmış xx.xx.2023-cü il tarixli “Barışıq Sazişi”ndən görünür ki, onlar mediasiyada alimentin artırılması barədə ümumi razılığa gəlmişlər. Maraqlı şəxs övladı xx.xx.2018-ci il təvəllüdlü X1 üçün xx.xx.2023-cü il tarixdən etibarən hər ay 150 (yüz əlli) manat aliment ödəməyi öhdəsinə götürmüşdür. Aliment elektron qaydada ödəniləcəkdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər; 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir; 355-26-cı maddəsinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq edilməsi xahiş olunmuş barışıq sazişi qanunvericiliyin tələblərinə riayət edilməklə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Bundan başqa məhkəmə iclasında müəyyən olundu ki, Maraqlı şəxs müəyyən olunmuş aliment məbləğini Ərizəçi ödəməli olduğu halda buna əməl etməmiş, bu səbəbdən Ərizəçi 11 yanvar 2023-cü il tarixdə haqlı olaraq barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. Qeyd olunanlara əsasən və MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi və Maraqlı şəxs arasında bağlanmış xx.xx.2023-cü il tarixli “Barışıq Sazişi” təsdiq edilsin. Maraqlı şəxs xx.xx.2018-ci il təvəllüdlü X1 üçün xx.xx.2023-cü il tarixdən etibarən hər ay 150 (yüz əlli) manat aliment tutularaq Ərizəçi ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Tural Ələkbərov
Məhkəmə qərarları › İş №2(045)-402/2024
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-402/2024
16.01.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver