Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-411/2023 14.03.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, İsmayılova Tümən Ağamalı qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs kimi göstərilməklə) “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 11.*4.1984-cü il tarixdə Goranboy rayonu Qaramusalı kəndində anadan olmuş qızı X1 12 dekabr 2*22-ci il tarixdə Gəncə şəhərində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X2 onun qızıdır. Qızı 11.*4.1984-cü il tarixdə Goronboy rayonu Qaramusalı kəndində anadan olmuşdur. 12 dekabr 2*22 ci il tarixdə Gəncə şəhəri Cavadxan qəsəbəsində yaşadığı fərdi yaşayış evinin hamam otağında çimərkən hamam otağında quraşdırılmış təbii qazla işləyən su qızdırıcısının dəm qazından zəhərlənərək vəfat etmişdir. Ölüm faktı üzrə Gəncə şəhər prokurorluğunda aparılan araşdırma zamanı qızı Ramilə Rüstəmovanın ölməsi faktında cinayət hadisəsi aşkar olunmamışdır. Qızı zəhərlənən zaman əraziyə təcili yardım çağırmadan onu özləri Gəncə şəhərində yerləşən 3 saylı xəstəxanaya aparmışlar. Xəstəxana tərəfindən ölüm haqqında həkim arayışı verilmədiyi üçün Maraqlı şəxs ölüm haqqında şəhadətnamənin verilməsindən imtina etmişdir. Hazırda onlar ölüm haqqında şəhadətnamə almaq istəyirlər. Buna görə də qızının ölüm haqqında şəhadətnaməsini ala bilmir. Həmin şəhadətnamənin başqa qaydada alınması mümkün deyil. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Həmin faktın başqa cür müəyyən edilməsi mümkün deyil. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən şahid X4 ifadəsində göstərdi ki, bacısı X3 12 dekabr 2*22 ci il tarixdə Gəncə şəhəri Cavadxan qəsəbəsində yaşadığı fərdi yaşayış evinin hamam otağında çimərkən hamam otağında quraşdırılmış təbii qazla işləyən su qızdırıcısının dəm qazından zəhərlənərək vəfat etmişdir. Bacısı 11.*4.1984-cü il tarixdə Goranboy rayonunun Qaramusalı kəndində anadan olmuşdur. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. 15.*2.2*23-cü il tarixdə Maraqlı şəxs məhkəməyə məktub ünvanlayaraq Ərizəçi ərizəsinə şöbənin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etmədiklərini bildirmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını və şahid ifadəsini dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, ərizə təmin edilməlidir. Mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Qasım İsmayılov rayonu Xınnalı kənd soveti tərəfindən verilmiş İX-ЖГ seriyalı, 484729 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 11.*4.1984cü ildə Qasım İsmayılov rayonunun Qaramusalı kəndində doğulmuşdur, atası X5, anası Ərizəçidır; Maraqlı şəxs 3*.*1.2*23-cü il tarixli, *5/Q-61/15 nömrəli məktubu ilə Ərizəçi bildirilmişdir ki, ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq qeydiyyat şöbəsində onun ərizəsinin təmin edilməsi mümkün deyildir. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etmək məsləhət görülür. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, ərizəçinin qızı – 11.*4.1984-cü il tarixdə Goranboy rayonunun Qaramusalı kəndində anadan olmuş X2 12 dekabr 2*22-ci il tarixdə Gəncə şəhərində vəfat etmişdir. Ərizəçi qızının ölümünü başqa yolla qeydə ala bilmir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2*19-cu il tarixli, 3 nömrəli Qərarının: 4.8-ci bəndinə əsasən ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biribirindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur; 9-cu bəndinə əsasən MPM-in 3*7.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2**3-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir; 9.4-cü bəndinə əsasən şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 3*7.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 3*7.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 3*8-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, 11.*4.1984-cü il tarixdə Goranboy rayonunun Qaramusalı kəndində anadan olmuş X1 12 dekabr 2*22-ci il tarixdə Gəncə şəhərində dəm qazından zəhərlənərək ölməsi faktının müəyyən edilməsi üçün yoxlanılmış sübutlar vardır və həmin faktın başqa yolla müəyyən edilməsi mümkün olmadığından bu, məhkəmə qaydasında müəyyən edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 216-22*, 36*-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 11.*4.1984-cü il tarixdə Goranboy rayonunun Qaramusalı kəndində anadan olmuş X1 12.12.2*22-ci il tarixdə Gəncə şəhərində dəm qazından zəhərlənərək ölməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Tural Ələkbərov
Məhkəmə qərarları › İş №2(045)-411/2023
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-411/2023
14.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver