Məhkəmə qərarları › İş №2(045)-465/2023

Goranboy Rayon Məhkəməsi Qərardad — İş №2(045)-465/2023

09.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Goranboy rayonu İş № 2(045)-465/2023 09.02.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlu, Ərizəçi (maraqlı şəxs kimi Maraqlı şəxs göstərilməklə) “Ölümün qeyd edilmə faktının müəyyən edilməsi tələbinə dair” iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Ərizəçi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1* noyabr 1993-cü ildə Goranboy rayonu Səmədabad kəndində anadan olmuş azərbaycanlı, X1 23 avqust 2*11-ci il tarixdə Goranboy rayonu Səmədabad kəndində ölümünün qeyd edilmə faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İlk olaraq məhkəmə qeyd edir ki, xahiş edilən məsələyə xüsusi icraat qaydasında baxılmalı olduğu halda, ərizənin məzmun və formasına riayət edilməyərək iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Daha sonra ərizədən göründüyü kimi tələbin əsaslığını təsdiq edən sübutlar, yəni vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda şəxsin ölümünə dair müvafiq qeydlərin saxlanılmaması və onların bərpasının (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkünsüzlüyü barədə hər hansı sənəd ərizəçi tərəfindən ərizəyə əlavə edilməmişdir. Əksinə olaraq tələbin əsası kimi ərizəyə əlavə edilmiş Maraqlı şəxs *7.*2.2*23-cü il tarixli məktubu ümumiyyətlə X2 ölümü haqqında akt qeydinin mövcud olmadığını göstərir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM): 149.2.3-ci maddəsinə əsasən, ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 15*.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır;https://www.eqanun.az/framework/46945 Məhkəmə hesab edir ki, məhkəməyə müraciət edilərkən hər bir şəxs ərizəyə və ya onun verilməsinə dair MPM-lə müəyyən edilmiş qaydaya, formaya və məzmuna, həmin sənədlərə dair müəyyən edilmiş tələblərə əməl etməlidir. Yuxarıda göstərilənlərə və MPM-in 152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi (maraqlı şəxs kimi Maraqlı şəxs göstərilməklə) “Ölümün qeyd edilmə faktının müəyyən edilməsi tələbinə dair” iddia ərizəsi və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılsın. Ərizəçi izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 1* (on) gün müddətində işə baxan Goranboy Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar