Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-494/2023 02.05.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ X20 Məhəmməd oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi ilə, Ərizəçi və onun nümayəndəsi və vəkili X2 iştirakı ilə, Ərizəçi Maraqlı şəxs olmaqla “ölümün qeyd edilmə faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 14 dekabr 1959-cu ildə Goranboy rayonu, Faxralı kəndində anadan olmuş X1 19 yanvar 2023-cü ildə Luqansk şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 1959-cu ildə Goranboy rayonunun Fakralı kəndində anadan olmuş və hazırda da ailəsi ilə birlikdə həmin kanddə yaşayır. X8 ilə nikahlarını 15 dekabr 1983-cü il tarixdə Qasım İsmayılov rayonu Faxralı kənd sovetliyində rəsmi qeyd etdirməklə ailə qurmuşdur. Birgə yaşadığı müddətdə 15 oktyabr 1986-ci il təvəllüdlü X6, 03 mart 1989-cu il təvəllüdlü X10 və 05 oktyabr 1990-cı il təvəllüdlü X9 adlı üç uşaları doğulmuşdur. Ölüm faktını müayyən etdirmək istədiyi X8 onun arvadı olmuşdur. X8 xərçəng xəstəliyindən əziyyət çəkdiyindən onu müalicə etdirmək üçün oğlanları X3 yaşadığı Luqansk şəhərinə aparmışlar. Orada müalicə olunmağına baxmayaraq 19 yanvar 2023-cü ildə səhhəti birdən- birə pisləşərək vəfat etmişdir. Bu barədə olan ölüm haqqında şəhədətnamə məhkəməyə təqdim olunmuşdur. X1 cənazəsi Azərbaycan Respublikası Goranboy rayon Faxralı kəndinə gətirilərək kənd qəbirstanlığında dəfn olunmuşdur. Bu barədə olan Goranboy rayon İcra Hakimiyyəti Başçısının Faxralı kənd İnzibati Ərazi Üzrə nümayəndəliyin 09 fevral 2023-cü il tarixli, 90 saylı arayışı məhkəməyə təqdim olunmuşdur. X1 ölümü barədə şəhadətnamə almaq üçün Maraqlı şəxsnə ərizə ilə müraciət etmiş və Maraqlı şəxs 06 fevral 2023-cü il tarixli. 05/Q- 80/15 saylı cavab məktubundan görünür ki, ölüm faktının tasdiq edilməsi üçün məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Hazırda istəyir ki, arvadı X1 ölümünün qeyd edilmə faktı məhkəmə qaydasında müəyyən edilsin və ona arvadının ölümü barədə şəhadətnamə verilsin. Məhkəmə iclasında iştirak edən Ərizəçi izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Ərizəçi nümayəndəsi və vəkili X11 ərizəçinin ölüm faktını başqa cür təsdiq etdirə bilmədiyini, X7 ölüm faktını təsdiq etməkdən imtina etdiyini nəzərə alaraq ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs X13 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən şahid X12 ifadə verərək bildirmişdir ki, o, X1 qudasıdır. Mərhum qudası 19 yanvar 2023-ci il tarixdə xərçəng xəstəliyindən Luqansk şəhərində ölmüşdür və Goranboy rayon Faxralı kənd qəbirstanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında iştirak edən şahid X4 ifadə verərək bildirmişdir ki, o, ərizəçinin baldızı və mərhum X1 bacısıdır. Mərhum qudası 19 yanvar 2023-ci il tarixdə xərçəng xəstəliyindən Luqansk şəhərində ölmüşdür və Goranboy rayon Faxralı kənd qəbirstanlığında dəfn olunmuşdur. Məhkəmə ərizəçinin izahatını və şahid ifadəsini dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Goranboy rayon İcra Hakimiyyəti Başçısının Fəxralı kənd İnzibati Ərazi Dairəsi Üzrə nümayəndəliyi tərəfindən verilmiş 90 nömrəli 09 fevral 2023-cü il tarixli arayışından görünür ki, X8 19 yanvar 2023-cü ildə vəfat etmişdir. xx.xx.2023-cüil tarixdə Fəxralı kənd qəbristanlığında dəfn olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Goranboy rayon İcra Hakimiyyəti Başçısının Fəxralı kənd İnzibati Ərazi Dairəsi Üzrə nümayəndəliyi tərəfindən verilmiş 91 nömrəli 09 fevral 2023-cü il tarixli arayışından görünür ki, Ərizəçi hal-hazırda Goranboy rayonu Faxralı kəndində qeydiyyatda olmaqla yaşayır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Qasım İsmayılov rayonu Faxralı kənd soveti tərəfindən verilmiş İİİ-ЖГ seriyalı 290616 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Qasım İsmayılov rayonu Faxralı kənd soveti tərəfindən verilmiş İ-ИЕ seriyalı 829321 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X8 xx.xx.1959-cu il tarixdə Faxralı kəndində doğulmuşdur; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Qasım İsmayılov rayonu Faxralı kənd soveti tərəfindən verilmiş Xİ-ЖГ seriyalı 476833 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X6 xx.xx.1986-cı ildə Goranboy rayonu, Faxralı kəndində doğulmuş, atası Ərizəçi, anası X5r; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Qasım İsmayılov rayonu Faxralı kənd soveti tərəfindən verilmiş XİV-ЖГ seriyalı 344189 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X10 xx.xx.1989-cu ildə Goranboy rayonu, Faxralı kəndində doğulmuş, atası Ərizəçi, anası X5r; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Goranboy rayonu Faxralı kənd İcra nümayəndəliyi tərəfindən verilmiş AZ-T seriyalı 140319 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X9 xx.xx.1990-cı ildə Goranboy rayonu, Faxralı kəndində doğulmuş, atası Ərizəçi, anası X5r; İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Luqansk Şəhər Xəstəxanası 2 nömrəli Dövlət Müəssisəsi tərəfindən verilmiş ölüm haqqında tibbi şəhadətnamədən görünür ki, X8 19 yanvar 2023-cü il tarixdə Rusiya Federasiyası Luqansk şəhərində vəfat etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş məzar daşının fotoşəklindən görünür ki, X8 xx.xx.2023-ci ildə vəfat etmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, ərizəçinin arvadı X8 19 yanvar 2023-cü il tarixdə Luqansk şəhərində vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, xx.xx.1959-cu il tarixdə anadan olmuş X1 19 yanvar 2023-cü il tarixdə Rusiya Federasiyası Luqansk şəhərində ölməsi faktının müəyyən edilməsi üçün yoxlanılmış sübutlar vardır və həmin faktın başqa yolla müəyyən edilməsi mümkün olmadığından bu, məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1959-cu il tarixdə Goranboy rayonunda doğulmuş X1 xx.xx.2023-cü il tarixdə Luqansk şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Toğrul Məmmədov
Məhkəmə qərarları › İş №2(045)-494/2023
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-494/2023
02.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver