Məhkəmə qərarları › İş №2(045)-516/2025

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-516/2025

20.02.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-516/2025 20.02.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ X3 Məhəmməd oğlunun sədrliyi, Məmmədova Nurcan İlham qızının katibliyi ilə, Ərizəçi Maraqlı şəxs olmaqla «barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli, MŞS/MT030/2024-00140 nömrəli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o Maraqlı şəxs ilə xx.xx.2019-cu ildə nikaha daxil olmuşdur. Onların, bir övladı dünyaya gəlmişdir: xx.xx.2022-ci il tarixdə doğulmuş X2. Nikahları xx.xx.2024-cü il tarixdə pozulmuşdur. Mediasiya prosesində xx.xx.2024-cü il tarixli, MŞS/MT030/2024-00140 saylı barışıq sazişi imzalamışlar. Barışıq sazişinə görə maraqlı şəxs xx.xx.2022-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 235 manat sabit pul məbləğində aliment ödəməlidir. O, uşağın saxlanılması, ehtiyaclarının ödənilməsində çətinlik çəkir. Odur ki, maraqlı şəxs ilə aralarında imzalanmış xx.xx.2024-cü il tarixli, MŞS/MT030/2024-00140 nömrəli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılması üçün məhkəməyə müraciət etməli olmuşdur. Ərizəçi məhkəməyə ərizə ilə mürciət edərək onun iştirakı olmadan işə baxılmasını, maraqlı şəxsin barışıq sazişinin tələblərinə riayət etmədiyini, ərizənin təmin edilməsini, uşaq üçün aliment təyin edilməsini xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan AZ-Vİ 828607 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2022-ci il tarixdə doğulmuşdur. Atası Maraqlı şəxs, anası Ərizəçidır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, MŞS/MT030/2024-00140 nömrəli barışıq sazişindən görünür ki, Maraqlı şəxs xx.xx.2022-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat Ərizəçi ödəməyi öhdəsinə götürür. İş materiallarında olan xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, ərizəçi tərəfindən 50 manat rüsum ödənilmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 20 ” dekabr 2024-cü il tarixli 15 nömrəli qərarında göstərilmişdir ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. xx.xx.2024-cü il tarixli, MŞS/MT030/2024-00140 nömrəli barışıq sazişinə əsasən Maraqlı şəxs xx.xx.2022-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat, yəni ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,68 misli həddində alimenti Ərizəçi ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Eyni Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Eyni Məcəllənin 355-26-cı maddəsində qeyd edilmişdir ki, Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq edilməsi xahiş olunmuş barışıq sazişi qanunvericiliyin tələblərinə riayət edilməklə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Bundan başqa məhkəmə barışıq sazişini nəzərdən keçirərkən müəyyən etdi ki, sazişin ikinci tərəfi müəyyən olunmuş aliment məbləğini sazişin birinci tərəfinə ödəməli olduğu halda buna əməl etməmiş, bu səbəbdən sazişin birinci tərəfi haqlı olaraq xx.xx.2024-cü il tarixli, MŞS/MT030/2024-00140 nömrəli barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. Həmçinin, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının MPM-in 119-cu maddəsinə əsasən iddia üzrə ödənilmiş 50 manat dövlət rüsumu tələb edilmədiyindən ərizəçinin özünə aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin müvafiq maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi Maraqlı şəxs olmaqla «barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair ərizəsi təmin edilsin. xx.xx.2024-cü il tarixli, MŞS/MT030/2024-00140 nömrəli barışıq sazişi təsdiq edilsin. xx.xx.2024-cü ildən başlayaraq xx.xx.2022-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,68 misli həddində aliment Maraqlı şəxs tutularaq Ərizəçi ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemindən istifadə edilməklə elektron qaydada Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Toğrul Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar