Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-544/2023 08.06.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ X*4 Məhəmməd oğlunun sədrliyi, X*5 qızının katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs olmaqla “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, X2nın 23 fevral *998-ci ildə Goranboy rayonu, Həmənli kəndində ölüməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, ölüm faktını müəyyən etdirmək istədiyi X8 onun anasıdır. O Ərizəçi xx xxxxxx *960-cı ildə Goranboy rayonunun Həmənli kəndində anadan olmuşdur. Məhkəməyə təqdm etdiyi Maraqlı şəxs tərəfindən verilmiş 26 yanvar 2023-cü il tarixli arayışdan görünür ki, X*, X2dır. Valideyinlərinin birgə nikahdan yeddi uşaqları olmuşdur ki, o onların beşinci uşağıdır. Valideyinləri vəfat edənədək, daima onunla birlikdə yaşamışdır. X* 0* fevral *999cu il tarixdə Goranboy rayonunun Həmənli kəndinə vəfat etmişdir. X2 23 fevral *998-ci il tarixdə Goranboy rayonunun Həmənli kəndində vəfat etmişdir. Hər iki valideyni kənd qəbristanlığında dəfn olunmuşdur. Bu günlərdə pay torpaq sənədləri ilə əlaqədar sənədləşmə apararkən məlum olmuşdur ki, X2nın ölümü qeydə alınmamışdır. Halbuki, qeyd etdiyi kimi X2 23 fevral *998-ci il tarixdə Goranboy rayonunun Həmənli kəndində vəfat etmişdir və kənd qəbrstanlığında dəfn olunmuşdur. Bu barədə olan Goranboy rayon İcra hakimiyyəti Başçısının Qaramusalı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 26 yanvar 2023-cü il tarixli 23 nömrəli arayışını məhkəməyə təqdim etmişdir. Ona görə də X2nın 23 fevral *998-ci ildə Goranboy rayonu, Həmənli kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs X9 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) *85-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən şahid X*0 ifadə verərək bildirmişdir ki, Ərizəçi tanışdır. Təsdiq edir ki, həqiqətən də iddiaçının X2 23 fevral *998-ci ildə Goranboy rayonu, Həmənli kəndində ölmüşdür. O dəfn və hüzr mərasimində iştirak etmişdir. Məhkəmə iclasında iştirak edən şahid X7 ifadə verərək bildirmişdir ki, Ərizəçi kəndçisidir. Təsdiq edir ki, həqiqətən də iddiaçının X2 23 fevral *998-ci ildə Goranboy rayonu, Həmənli kəndində ölmüşdür. O dəfn və hüzr mərasimində iştirak etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Goranboy rayon İcra Hakimiyyəti Başçısının Qaramusalı kənd İnzibati Ərazi Dairəsi Üzrə nümayəndəliyi tərəfindən verilmiş 26.0*. 2023-cü il tarixli 23 saylı arayışından görünür ki, Ərizəçi X2 23 fevral *998-ci ildə vəfat etmiş və Goranboy rayonu, Həmənli kənd qəbristanlığından dəfn edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş X9nin 26.0*.2023-cü il tarixli arayışından görünür ki, Ərizəçi xx.xx.*960-cı ildə doğulmuşdur, X2, X*dur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Maraqlı şəxs *0.02.2023-cü il tarixli məktubundan görünür ki, Dövlət arxivində X6 ilə X3 birgə nikaha düşməsi aşkar olunmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Maraqlı şəxs 30.**.2022-ci il tarixli məktubundan görünür ki, X3 ölümü avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş məzar daşının fotoşəklindən görünür ki, X8 *926-cı ildə doğulmuş, 23 fevral *998-ci ildə ölmüşdür. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, ərizəçinin X2 23 fevral *998-ci ildə Goranboy rayonu, Həmənli kəndində ölmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*7.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.*-ci maddəsinə əsasən, məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, X3 23 fevral *998-ci ildə Goranboy rayonu, Həmənli kəndində ölməsi faktının müəyyən edilməsi üçün yoxlanılmış sübutlar vardır və həmin faktın başqa yolla müəyyən edilməsi mümkün olmadığından bu, məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəllənin *4.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.*-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 2*7.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 2*6-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X3 23 fevral *998-ci ildə Goranboy rayonu, Həmənli kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Toğrul Məmmədov
Məhkəmə qərarları › İş №2(045)-544/2023
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-544/2023
08.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver