Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-569/2023 08.06.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ X*2 Məhəmməd oğlunun sədrliyi, X*3 qızının katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs olmaqla “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 30 aprel *987-ci ildə Goranboy rayonu, Nadirkənd kəndində anadan olmuş X3 *8 yanvar 20*9-cu ildə Goranboy rayonu, Nadirkənd kəndində ölüməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o xx xxxx *96*-ci ildə Goranboy rayonunun Nadirkənd kəndində anadan olmuşdur. Hazırda da həmin kənddə yaşayır. Üç övladı olmuşdur Ölüm faktını müəyyən etdirmək istədiyi mərhum X7 onun birinci övladı idi. Mərhum qızı 30 aprel *987-ci il tarixdə Qasım İsmayılov rayonunun (indiki Goranboy rayonu) Nadirkənd kəndində anadan olmuşdur. Uzun müddət idi ki, şəkərli diabet xəstəliyindən əziyyət çəkirdi. Qızı *8 yanvar 20*9-cu il tarixdə uzun sürən şəkərli diabet xəstəliyindən evdə vəfat etmişdir və Nadirkənd kənd qəbirstanlığında dəfn olunmuşdur. Övladının ölümü ona çox pis təsir etdiyi üçün xəstələnmiş, elə indi də xəstədir. Daimi müalicə olunur. Qızının ölümünü qəbul edə bilmədiyi üçün bu günə kimi ona ölüm haqqında şəhadətnamə almamışdır. Bu günlərdə qızının ölümü barədə şəhadətnamə almaq üçün Maraqlı şəxsnə ərizə ilə müraciət etmişdir. Məhkəməyə təqdim etdiyi Maraqlı şəxs 05 dekabr 2022-ci il tarixli, 05/Q-7*5/*5 saylı cavab məktubundan görünür ki, ərizəsi müsbət həll olunmamışdır, ona məsləhət olunmudşur ki, ölüm faktının təsdiq edilməsi üçün məhkəməyə müraciət etməlidir. Bu səbəbdən də qızı - 30 aprel *987ci ildə Goranboy rayonu, Nadirkənd kəndində anadan olmuş X3 *8 yanvar 20*9-cu ildə Goranboy rayonu, Nadirkənd kəndində ölüməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs X9 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) *85-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən şahid X8 ifadə verərək bildirmişdir ki, o qızın atasıdır. Təsdiq edir ki, həqiqətən də qızı - X7 *8 yanvar 20*9-cu ildə Goranboy rayonu, Nadirkənd kəndində ölmüşdür. Məhkəmə iclasında iştirak edən şahid X4 ifadə verərək bildirmişdir ki, o ərizəçinin kəndçisidir. Təsdiq edir ki, həqiqətən də X7 *8 yanvar 20*9-cu ildə Goranboy rayonu, Nadirkənd kəndində ölmüşdür, onun hüzr mərasimində iştirak etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Goranboy rayon İcra Hakimiyyəti Başçısının Nadirkənd kənd İnzibati Ərazi Dairəsi Üzrə nümayəndəliyi tərəfindən verilmiş 02.*2.2022-ci il tarixli 3*8 saylı arayışından görünür ki, X7 *8 yanvar 20*9-cu ildə Goranboy rayonu, Nadirkənd kəndində öz evində ölmüş və Goranboy rayonu, Nadirkənd qəbristanlığından dəfn edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Qasım İsmayılov rayonu Borsunlu kənd soveti tərəfindən verilmiş Xİİ-ЖГ 358838 saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X5 30 aprel *987-ci ildə Nadirkənd kəndində doğulmuşdur. X2, anası X*r. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Qasım İsmayılov rayonu Borsunlu kənd soveti tərəfindən verilmiş Xİİ-ЖГ 386*28 saylı nikahın bağlanması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X8 ilə Ərizəçi arasında nikah 26 aprel *987-ci ildə *4 saylı akt qeydi ilə qeydə alınmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş məzar daşının fotoşəklindən görünür ki, X7 *8 yanvar 20*9-cu ildə ölmüşdür. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, ərizəçinin qızı 30 aprel *987-ci ildə Goranboy rayonu, Nadirkənd kəndində anadan olmuş X7 *8 yanvar 20*9-cu ildə Goranboy rayonu, Nadirkənd kəndində ölmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*7.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.*-ci maddəsinə əsasən, məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, 30 aprel *987-ci ildə Goranboy rayonu, Nadirkənd kəndində anadan olmuş X3 *8 yanvar 20*9-cu ildə Goranboy rayonu, Nadirkənd kəndində ölməsi faktının müəyyən edilməsi üçün yoxlanılmış sübutlar vardır və həmin faktın başqa yolla müəyyən edilməsi mümkün olmadığından bu, məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəllənin *4.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.*-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 2*7.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 2*6-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 30 aprel *987-ci ildə Goranboy rayonu, Nadirkənd kəndində anadan olmuş X3 *8 yanvar 20*9-cu ildə Goranboy rayonu, Nadirkənd kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Toğrul Məmmədov
Məhkəmə qərarları › İş №2(045)-569/2023
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-569/2023
08.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver