Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-580/2024 22.02.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ X5 Məhəmməd oğlunun sədrliyi, Zeynalzadə Aysel İlham qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Maraqlı şəxs olmaqla «barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli, MŞG/MT/032- 2024-00142 nömrəli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o Maraqlı şəxs ilə xx.xx.2015-ci ildə nikaha daxil olmuşdur. Onların, iki övladı dünyaya gəlmişdir: xx.xx.2017-ci il tarixdə doğulmuş X3 və xx.xx.2019-cu il tarixdə doğulmuş X4. Əvvəllər münasibətləri yaxşı olsa da sonradan pisləşmiş və ayrılmışlar. xx.xx.2024-cü il tarixli mediasiya prosesində MŞG/MT/032-2024- 00142 nömrəli barışıq sazişi imzalamışlar. Barışıq sazişinə görə maraqlı şəxs uşağın saxlanılması üçün, xx.xx.2017-ci il tarixdə doğulmuş X3 və xx.xx.2019-cu il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 100 manat olmaqla, hər ay iki uşaq üçün cəmi 200 manat sabit pul məbləğində aliment ödəməlidir. Lakin maraqlı şəxs sazişin şərtlərinə əməl etməmişdir. Hazırkı vaxtadək uşağın saxlanılması üçün heç bir aliment ödəməmişdir. O, uşağın saxlanılması, ehtiyaclarının ödənilməsində çətinlik çəkir. Odur ki, maraqlı şəxs ilə aralarında imzalanmış xx.xx.2024-cü il tarixli, MŞG/MT/032-2024-00142 nömrəli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılması üçün məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında Ərizəçi maraqlı şəxsdən ayrıldığını, barışıq sazişinin tələblərinə riayət etmədiyini, ərizənin təmin edilməsini, uşaqlar üçün aliment təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Maraqlı şəxs aliment ödəmədiyini, barışıq sazişinin təsdiq edilməsinə etiraz etmədiyini bildirmişdir. İş materiallarında olan AZ-İİİ 894929 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2017-ci il tarixdə doğulmuşdur. Atası Maraqlı şəxs, anası Ərizəçidır. İş materiallarında olan AZ-İV 317350 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2019-cu il tarixdə doğulmuşdur. Atası Maraqlı şəxs, anası Ərizəçidır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, MŞG/MT/032-2024-00142 nömrəli barışıq sazişindən görünür ki, Maraqlı şəxs xx.xx.2017-ci il tarixdə doğulmuş X3 və xx.xx.2019-cu il tarixdə doğulmuş X2 anası Ərizəçi yanında qalmasına razıdır, xx.xx.2017ci il tarixdə doğulmuş X3 və xx.xx.2019-cu il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 100 manat Ərizəçi ödəməyi öhdəsinə götürür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, ərizəçi tərəfindən 100 manat mediasiya xərci ödənilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Eyni Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Eyni Məcəllənin 355-26-cı maddəsində qeyd edilmişdir ki, Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq edilməsi xahiş olunmuş barışıq sazişi qanunvericiliyin tələblərinə riayət edilməklə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Bundan başqa məhkəmə barışıq sazişini nəzərdən keçirərkən müəyyən etdi ki, sazişin ikinci tərəfi müəyyən olunmuş aliment məbləğini sazişin birinci tərəfinə ödəməli olduğu halda buna əməl etməmiş, bu səbəbdən sazişin birinci tərəfi haqlı olaraq xx.xx.2024-cü il tarixli, MŞG/MT/032-2024-00142 nömrəli barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. Həmçinin, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının MPM-in 119-cu maddəsinə əsasən iddia üzrə ödənilmiş 100 manat dövlət rüsumu tələb edilmədiyindən ərizəçinin özünə aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin müvafiq maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi Maraqlı şəxs olmaqla «barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair ərizəsi təmin edilsin. xx.xx.2024-cü il tarixli, MŞG/MT/032-2024-00142 nömrəli barışıq sazişi təsdiq edilsin. xx.xx.2024-cü ildən başlayaraq Maraqlı şəxs xx.xx.2017-ci il tarixdə doğulmuş X3 və xx.xx.2019-cu il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 100 manat olmaqla, hər ay iki uşaq üçün cəmi 200 manat sabit pul məbləğində aliment tutularaq Ərizəçi ödənilsin. Qətnamə dərhal icra edilsin. Ərizəçi tərəfindən ödənilmiş mediasiya xərci ərizəçinin özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemindən istifadə edilməklə elektron qaydada Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Toğrul Məmmədov
Məhkəmə qərarları › İş №2(045)-580/2024
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-580/2024
22.02.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver