Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-636/2025 22.04.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Zeynalzadə Aysel İlham qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs kimi göstərilməklə) “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, *6 may 2023-cü ildə Azərbaycan Respublikasının Bakı şəhərində anadan olmuş, milliyyətcə azərbaycanlı, oğlu X2 23 may 2024-cü il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx *987-ci ildə Göyçə mahalının, İnəkdağı kəndində anadan olmuşdur. Hazırda ailəsi ilə birlikdə yuxarıda qeyd etdiyi ünvanda qeydiyyatda olmaqla yaşayır. İki övladı olmuşdur. Ölüm faktını müəyyən etdirmək istədiyi mərhum X4 onun ikinci övladı idi. Mərhum oğlu *6 may 2023-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. Sağlam doğulmuşdur və xəstə deyildir. Lakin, birdənbirə səhhəti pisləşdi, həkimə aparmış, həkimlərin səyinə baxmayaraq 23 may 2024-cü il tarixdə vəfat etdi və Goranboy rayonu Zeyvə kənd qəbiristanlığında dəfn etmişlər. Oğlunun ölümü ona çox pis təsir etdiyi üçün xəstələnmişdir. Bugündə özünü yaxşı hiss etmir, çünki o, mərhum oğlunu çox istəyirdi. Oğlunun ölümünü qəbul edə bilmədiyi üçün bugünə kimi ona ölüm haqqında şəhadətnamə almamışdır. Lakin, bugünlər də fikirləşdi ki, oğlunun ölümünü qeydiyyata aldırmaq lazımdır. Ona görə də oğlunun ölümü barədə şəhadətnamə almaq üçün Maraqlı şəxsnə ərizə ilə müraciət etmişdir. Məhkəməyə təqdim etdiyi Maraqlı şəxs 25 fevral 2025-ci il tarixli, 3-*6-5/8-*5-74/2025 sayu cavab məktubundan görünür ki, ərizəsi müsbət həll olunmamışdır, ona məsləhət olunur ki, ölüm faktının təsdiq edilməsi üçün məhkəməyə müraciət etsin. İndi istəyir ki, oğlunun ölüm faktı məhkəmə qaydasında müəyyən edilsin və ona oğlunun ölümü barədə şəhadətnamə verilsin. Ona oğlunun qeyd etdiyi vaxtda vəfat etməsinin məhkəmə qaydasında müəyyən olunması onun ölümünü qeydə aldırmaq üçün lazımdır ki, gələcəkdə hər-hansı bir problemi olmasın. O, oğlunun ölümü barədə şəhadətnaməni başqa qaydada ala bilmir. Məhkəməyə gətirəcəyi şahidlər təsdiq edərlər ki, həqiqətəndə oğlu qeyd etdiyi vaxtda vəfat etmişdir və Goranboy rayonu Zeyvə kənd qəbiristanlıqda basdırılmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinə uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən şahid X7 ifadəsində bildirdi ki, Ərizəçi onun oğludur, mərhum X4 isə onun nəvəsidir. X8 *6 may 2023-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. Uşaq sağlam doğulmuşdur, lakin bir müddət keçdikdən sonra, yəni 23 may 2024-cü il tarixdə səhhəti pisləşmiş və həkimlərin səyinə baxmayaraq Bakı şəhərində vəfat etmişdir. Məhkəmə iclasında iştirak edən şahid X*0 ifadəsində bildirdi ki, mərhum X4 onun nəvəsidir. X8 *6 may 2023-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. Uşaq sağlam doğulmuşdur, lakin bir müddət keçdikdən sonra, yəni 23 may 2024-cü il tarixdə səhhəti pisləşmiş və həkimlərin səyinə baxmayaraq Bakı şəhərində vəfat etmişdir. Maraqlı şəxs X*4 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) *85-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 5 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 42550* nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X*3 arasında nikah 09 mart 202*-ci il tarixdə bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 548 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra sonuncuya “Allahverdiyeva” soyadı verilmişdir; Maraqlı şəxs tərəfindən verilmiş AZ-İV seriyalı 660445 nömrəli arayışdan görünür ki, X6 *0.09.202*-ci ildə Gəncə şəhəri, Kəpəz rayonunda doğulmuş, atası Ərizəçi, anası X3r; 5 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı 882502 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 *6 may 2023-cü ildə Bakı şəhərində doğulmuş, atası Ərizəçi, anası X3r; Maraqlı şəxs tərəfindən verilmiş 3-*6-5/8-*5-74/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, X2 ölümü haqqında akt qeydi şöbənin arxivində və Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktlarının” “X* Sistemində” aşkar edilməmişdir; Goranoy Rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş 23 may 2024-cü il tarixli “təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinin müşayət vərəqə”sindən görünür ki, *6.05.2023-cü il təvəllüdlü X5 Bakı şəhərində rəhmətə getmiş və meyit xəstəxanaya gətirilmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, ərizəçinin oğlu X4 23 may 2024-cü il tarixdə vəfat etmiş və Goranboy rayonu, Zeyvə kənd qəbiristanlığında dəfn edilmişir. Ərizəçi oğlunun ölümünü məhkəmə qərarı olmadan başqa yolla qeydə aldıra bilmir. MPM-in: *4.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.*-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 2*7.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 307.*-ci maddəsinə əsasən, məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, *6 may 2023-cü il tarixdə Bakı şəhərində anadan olmuş X2 23 may 2024-cü il tarixdə ölməsi faktının müəyyən edilməsi üçün yoxlanılmış sübutlar vardır və həmin faktın başqa yolla müəyyən edilməsi mümkün olmadığından bu, məhkəmə qaydasında müəyyən edilməlidir. Göstərilənlərə əsasən MPM-in 2*6-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. *6 may 2023-cü il tarixdə Bakı şəhərində anadan olmuş X2 23 may 2024-cü il tarixdə vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №2(045)-636/2025
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-636/2025
22.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver